Məhkəmə qərarları › İş №1(102)-2320/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2320/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2320/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxxxx 1985-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(103)-1001/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Talıbov Hüseyn Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 1(101)-900/2024 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 23 4.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli 1(103)-1001/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 1(101)-900/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi nin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə naməlum İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən naməlum İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxsin və qeyrilərinin külli miqdarda 12.043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1569 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yer dən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələri əldə etmək qərarına gəldikdən sonra naməlum İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri gizlədildiyi, naməlum yerdən qeyd edilən külli miqdarda 12043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1569 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib külli miqdarda 12043,3 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1515,8 qram çəkidə psixotrop maddə metamfe tamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada gizlətməklə saxlamış, qalan külli miqdarda 53,2 qram çəkidə psixotrop maddə metamfetamini isə öz üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – BNMİ) əməkdaşları tərəfindən 11 may 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 09:30-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanda yerləşən DİN-in BNMİ-nə dəvət olunub həmin gün saat 11:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 53,2 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 11 may 2023-cü il tarixdə saat 13:00-da evə keçirilən baxış zamanı Məhkum yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağından bir ədəd sellofan torbada olan on iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1002,6 qram, 1003,8 qram, 1003,0 qram, 1002,9 qram, 1002,2 qram, 1004,0 qram, 1003,3 qram, 1003,9 qram, 1006,0 qram, 1001,6 qram, 1004,2 qram və 1005,8 qram olmaqla ümumilikdə eyni tərkibli külli miqdarda 12043,3 qram çəki də kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 509,1 qram və 1006,7 qram olmaqla həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə eyni tərkibdə olan ümumilikdə külli miqdarda 1515,8 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd üzərlərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunması x ahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum ümumiyyətlə heç bir əlaqəsi olmayan cinayətdə ittiham olunur, barəsində aparılmış cinayət işi qərəzli və qanunsuzdur. Belə ki, Məhkum ifadəsində Xəzər RPİ-nin İŞ-də barəsində CM-in 234.1-1-cİ maddəsinə dair cinayət işi olmasını Xəzər rayon prokurorluğu tərəfindən 13 yanvar 2023-cü il tarixdə qəbul edilən əsasən əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan tərkibi olmadığından və təqsiri sübuta yetirilmədiyindən barəsində cinayət işi üzrə cinayət təqibinə hissəvi xitam verilməsini, buna görə də polis əməkdaşları tərəfindən ona qarşı qərəzli münasibət göstərilməsini, həmçinin xx.xx.2023-cü il tarixində səhər saatlarında yaşadığı evdə olan zaman polis əməkdaşlarının yaşadığı evə daxil olmalarını, onu, arvadı X11nı və qayını X12i tutub BNMİ-n ə aparmalarını, axşam saatlarına qədər saxlamalarını, polis əməkdaşları tərəfindən döyülərək, həmçinin təzyiq olunaraq, narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini, əks halda arvadı və qayınının da həbs ediləcəyini bildirmələrini, buna görə də məhkum arvadı X11nı və qayını X12i qorumaq məqsədi ilə hazırda ittiham olunduğu cinayət işində qeyd edilən narkotik vasitələrin ona məxsus olmasını etiraf etmək məcburiyyətində qalmasını, əsil həqiqətdə isə narkotik vasitələrin ona məxsus olmadığını, ümumiyyətlə heç bir əlaqəsi olmayan cinayətdə ittiham olunduğunu bildirmişdir. Bundan başqa, şikayətdə qeyd edilir ki, cinayət işinin materiallarında olan Məhkum Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə Nərimanov rayo n prokurorluğunda araşdırılmış 312-C23 saylı materialda olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasının 2 iyun 2023-cü il tarixli rəyindən görünür ki, Məhkum sol gözün ağlı qişasının iç bucağına qansızma, üzün sol yarısının qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 34 gün əvvəl olmaqla müavinə olunanın göstərdiyi tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd edilən rəydən də göründüyü kimi, Məhkum polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapır. Həmçinin, cinayət işinin məhkəmə istintaqı zamanı verilmiş vəsatətə əsasən Məhkum istifadəsində olmuş 070 *** ** ** mobil nömrəsi, həyat yoldaşı X1 istifadəsində olmuş 077 *** ** ** mobil nömrəsi və qayını X2 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsinin xx.xx.2023-cü il tarixində saat 08:00-dan xx.xx.2023-cü il tarixində saat 23:00dək olan müddətdə qeydə alındığı anten dairələri üzrə məlumatlarının götürülməsi üçün müvafiq mobil operatora sorğu verilmiş və cavablar alınaraq cinayət işinə əlavə edilmişdir. Həmin sorğulara verilmiş cavablardan da göründüyü kimi Məhkum xx.xx.2023-cü ildə saat 08:44:53 dəqiqədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində (anten məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük KTMİ) yerləşən evdə olmuş, bundan sonra ona məxsus telefonun anten məlumatları verilmiş cavabda yoxdur. Qeyd edilən vaxtdan sonra Məhkum məxsus mobil nömrənin anten məlumatlarının olmaması onun xx.xx.2023-cü ildə saat 08:44:53 dəqiqədə yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə daxil olaraq onu, arvadı X11nı və qayını X12i tutub BNMİ-nə aparmalarını, ittiham aktında göstərildiyi kimi xx.xx.2023-cü ildə saat 09:30 dəqiqədə deyil, həmin gün saat 08:44:53 dəqiqədə tutulduğunu sübut edir. Bundan başqa, Məhkum arvadı X11nın istifadəsində olmuş 077 *** ** ** mobil nömrəsinin anten məlumatlarından görünür ki, X11nın istifadəsində olmuş mobil nömrənin anten dairəsi xx.xx.2023-cü ildə saat 08:15:07 dəqiqədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində (anten məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük KTMİ) yerləşən evdə olmuş, bund an sonra ona məxsus telefonun anten məlumatlarına əsasən X11nın istifadəsində olmuş mobil nömrənin anten dairəsi xx.xx.2023-cü ildə saat 15:32:29 dəqiqə, 15:56:42 dəqiqə və 15:56:44 dəqiqə olmaqla Badamdar servis, Səbail rayonu, 1128-ci keçiddə olması görünür. Yəni anten məlumatları da X11nın BNMİ-nin inzibati binasında olmasını bir daha sübut edir. Qeyd edilməlidir ki, X11nın istifadəsində olmuş mobil nömrənin anten məlumatlarına əsasən xx.xx.2023-cü ildə saat 08:15:07 dəqiqədə yaşadıqları evdə olmalarını, polis əməkdaşları tərəfindən yaşadıqları evə daxil olduqdan sonra onların tutularaq mobil telefonlarının əlindən alınıb söndürülməsini, daha sonra həmin gün saat 15:32:29 dəqiqə, 15:56:42 dəqiqə və 15:56:44 dəqiqə olmaqla X11nın BNMİ-nin inzibati binasında olan zaman mobil nömrənin ak tiv edilməsini, göstərilən zaman kəsiyində mobil nömrənin digər anten məlumatlarının olmaması, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, Koroğlu küçəsində (anten məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük KTMİ) yerləşən evdən anten məlumatlarına əsasən Badamdar servis, Səbail rayonu, 1128-ci keçidə, yəni BNMİ-nin inzibati binasına qədər olan məsafədə hərəkət trayektoriyası üzrə anten məlumatlarının olmaması X5 birlikdə yaşadıqları evdə tutularaq BNMİ-nin inzibati binasına aparılmasını bir daha sübut edir. Bundan başqa, Məhkum qayını X2 istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsinin anten məlumatlarından görünür ki, X12in istifadəsində olmuş mobil nömrənin anten dairəsi xx.xx.2023-cü ildə saat 11:23:27 dəqiqədən həmin gün saat 16:01:33 dəqiqəyə qəd ər anten məlumatlarına əsasən Abbasqulu Abbaszadə küçəsi TELEQULLE-nin yaxınlığında olan ünvanı göstərir. Göründüyü kimi anten məlumatları da Məhkum ifadəsində göstərdiklərini, yəni polis əməkdaşları yaşadığı evə daxil olaraq onu, arvadı X11nı və qayını X12i tutub BNMİ-nə aparmalarını, axşam saatlarına qədər saxlamalarını, polis əməkdaşları tərəfindən döyülərək, həmçinin təzyiq olunaraq, narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsini, əks halda arvadı və qayınının da həbs ediləcəyini bildirmələrini, buna görə də məhkum arvadı X11nı və qayını X12i qorumaq məqsədi ilə hazırda ittiham olunduğu cinayət işində qeyd edilən narkotik vasitələrin ona məxsus olmasını etiraf etmək məcburiyyətində qalmasını, əsil həqiqətdə isə narkotik vasitələrin ona məxsus olmadığını, ümumiyyətlə, heç bir əlaqəsi olmayan cinayətdə ittiham olunduğunu bir daha sübut edir. Həmçinin, təqsirləndirilən şəxs Məhkum məxsus olduğu iddia edilən narkotik vasitənin kimyəvi tərkibi müəyyən edilərsə, həmin maddələrin narkotik vasitə olmaması və ya çox az bir hissənin narkotik tərkibli maddə olması müəyyən ediləcəyini düşündüklərindən sözügedən cinayət işinin tam, hər tərəfli, obyektiv araşdırılaraq ədalətli hüquqi qiymət verilməsi üçün iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi, ekspert qarşısında sualların qoyularaq cavablandırılması və müvafiq rəyin alınması təmin edilməli olması barədə vəsatət vermələrinə baxmayaraq hakim tərəfindən əsassız olaraq vəsatətləri rədd edilmişdir. Təqsirləndirilən şəxs Məhkum iddia edilən narkotik vasitənin kimyəvi tərkibi müəyyən edilərsə həmin maddələrin narkoti k vasitə olmaması müəyyən ediləcəyini, olmayan narkotik vasitəyə görə bilərəkdən barəsində sifarişli olaraq hökm çıxarıldığını, qanunsuz və ədalətsiz olaraq törətmədiyi cinayətə görə azadlıqdan məhrum edildiyini bildirir. Bununla yanaşı iş materiallarından da göründüyü kimi BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı X12 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11:23 dəqiqə başlanması və 11:37 dəqiqədə qurtardığı göstərilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmçinin xx.xx.2023-cü il tarixində saat 13:00 dəqiqə başlanması və 13:13 dəqiqədə qurtardığı göstərilən “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol istintaq hərəkəti cinayət işi başlamadan, məhkəmə qərarı olmadan və belə səlahiyyətə malik olmayan təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Məh kum üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol saxlanıldığı yerdə deyil, xidməti otaqda və Azərbaycan Respublikası CPM-nin 246.2.1-246.2.3-cü maddələrində göstərilməklə nəzərdə tutulan hallar müəyyən edilmədən, yəni məhkəmə qərarı alınmadan və cinayət işi başlanılmadan keçirilmişdir. İş materiallarından göründüyü kimi, ittihamın əsasını təşkil edən sübutlardan biri iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmçinin “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol istintaq hərəkəti nəticəsində tərtib edilmiş protokol olmuşdur ki, həmin istintaq hərəkəti cinayət işi başlanılmadan keçirilmiş, cinayət prosessual qanunvericiliyinə əsasən cinayət işi başlanılmasından əvvəl aparıla bilən istintaq hərəkətlərinin dəqiq da irəsi müəyyən edilmiş, belə olduğu halda qeyd edilən protokolun sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsi baxımından yolverilməzdir. Bundan başqa iş materiallarından göründüyü kimi cinayət işi üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra şübhəli şəxsin izahatının alınması zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, AR CPM-in 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Göründüyü kimi şübhəli şəxsin dərhal sonra dindirilməsi istintaq hərəkəti icra edilməli olmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq onun izahatı alınmışdır ki, bununla da Azərbaycan Respublikası CPM-nin tələb ləri kobud şəkildə pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə ba xışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifa dələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində olan cinayət işinin qanun pozuntuları ilə istintaq olunması bildirilir və barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələ ri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəx sin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əməl ə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsə ləni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstər ilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadl ıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olar aq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olm aq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən topla nmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə bağlı iş üzrə toplanmış sübutlara istinad edilməklə ətraflı şərh verildiyindən məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokolu və ona əlavə edil miş disk, “evə baxış keçirilməsi və götürmə haqqında” 11 may 2023-cü il tarixli protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli 6/2727 nömrəli rəyi, Məhkum üzərindən aşkar edilərək götürülmüş “Samsung” “mobil telefona baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokolu, habelə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddəl əri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, ya xud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin mat eriallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası C PM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğu ndan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar