Məhkəmə qərarları › İş №1(102)-2321/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2321/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2321/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və müdafiəçisi Hüseynov Əli Meybulla oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğl u tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx -cı il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, x idarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 aprel 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 may 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxış ına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum M-6 (59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km-də, 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozub, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq sərxoş vəziyyətdə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qan ununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələbinə zidd olaraq, yəni hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyib avtomobili Sarıcalar kəndi istiqamətindən Saatlı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşı sol hərəkət zolağına çıxara raq, hərəkət üçün təhlükə yaratmış, buna görə qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alacağını zənn edərək idarə etdiyi “VAZ-21070” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşı sol hərəkət zolağına istiqamətləndirməsi zamanı, o, avtomobili öz hərəkət zolağına qaytarmaq istəyərkən onun hərəkət istiqamətində yolun orta xəttindən sola doğru 0,6 metr məsafədə nəqliyyat vasitələri arasında baş vermiş toqquşma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 6-cı boyun fəqərəsinin arxa çıxıntısının sınığı ilə müşayiət olunan, alın nahiyəsində yara, sol diz oynağının ön səthində yara, qollarında sıyrıqlardan ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sonuncunun avtomobilində olmuş sərnişinlər Zərərçəkmiş şəxs3 baş beyinin yüngül dərəcəli əzilməsi, solda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmosefaliya, sağ orbitaətrafının əzilməsi, hər iki almacıq sümüyünün sınığı, burun sümüyünün sınığı, sağ bazu sümüyünün orta 1/3nin qapalı yerdəyişən sınığı, sol said sümüyünün orta 1/3-nin, sol mil sümüyünün distal ucunun az yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 sol yanaq nahiyəsində yumşaq toxumaların əzilməsi, geniş ölçülü cırılmış yara, sol gözün büllurunun travmatik bulanması, qansızmasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid ehtiyatsızlıqdan xəsarətlər yetirilməklə, X4 qaraciyərin cırılması, sağ bud sümüyünün yuxarı 1/3-də, sağ qa mış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişmiş sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, çənəaltı nahiyədə yara, qaşarası proyeksiyada, sol qaşın tış hissəsində, sol gözaltı nahiyədə, sağ yanaq nahiyəsində, sağ bazunun bayır səthində, sağ qoltuqaltı proyeksiyada, sol körpücük xətti üzrə 3-7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 5-7-ci qabırğa səviyyəsində, sağ budun orta 1/3-də bayır səthdə, sağ diz oynağının ön səhində, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ iç topuq proyeksiyasında, sağ ayağın üst səthində sıyrıqlar ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, onlardan qarnın qapalı küt travmasından, qaraciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma ilə ehtiyatsı zlıqdan ölümünə səbəb olmuş və sonra zərərçəkmiş şəxslərə özü barədə heç bir məlumat verməyərək, xəsarət almasa da hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Saatlı MRX-ya gedərkən TTTY avtomobilində və Saatlı MRX-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq özünün hadisəni törədən nəqliyyat vasitələrinin birinin sürücüsü olması barədə tibb işçilərinə və digər orqanlara xəbər vermədən, hadisə yerinə qayıtmalı olduğu halda qayıtmayıb yaşadığı evə gedib hadisə yerindən qaçmış, yəni yol hərəkəti qaydalarını sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.

5. Lənkəran Ağı r Cinayətlər Məhkəməsinin 1(099)-500/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla və toplanılmış əlavə cəzanın əsa s cəzaya birləşdirməklə qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 oktyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Elşad Bərşad oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum barəsində əməlində cinayət tərkibi olmadığına görə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəntiq tərəfindən tərtib edilmiş hadisə yerinə baxış protokolunda və həmin protokola əsasən iş üzrə təyin edilmiş komp leks məhkəmə yol-nəqliyyat hadisələri və trasoloji ekspertizasının 10 oktyabr 2023-cü il tarixli qərarında göstərildiyi kimi, nəqliyyat vasitələrinin toqquşması hərəkət istiqamətlərini ayıran şaquli qırıq-qırıq xətlərdən təxminən 60 sm məsafədə, mərhum sürücü Xalıq Ağayevin hərəkət zolağında baş vermişdir. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, hadisənin baş verməsində hər iki sürücü təqsirli hesab edilmiş, ekspert tərəfindən toqquşmadan əvvəl hər iki nəqliyyat vasitəsinin biri digərinin hərəkət zolağına daxil vəziyyətdə hərəkətdə olduğu qeyd olunmuşdur. Sürücü Məhkum üçün təhlükə mərhum sürücü Xalıq Ağayevin qısa məsafədən öz soluna manevr edərək, onun hərəkət zolağına daxil olduğu anda yaranmışdır. Toqquşmadan əvvəl hər iki sürücü tormozlama əməliyyatı aparmaq və digər təhlükəsizlik tədbirləri görmək imkanı tapmamışdır. Məlum olmuşdur ki, “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Məhkum Sarcalar kəndi istiqamətindən Saatlı şəhəri istiqamətinə doğru təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, qarşı istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “VAZ-21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili aralı məsafədən müşahidə etmiş, həmin avtomobilin öz hərəkət zolağında hərəkət etdiyini və təhlükə yaratmadığını qənaətinə gələrək, hərəkətini davam etdirmişdir. Nəticədə, nəqliyyat vasitələri arasındakı məsafə kritik həddə çatdığı anda Xalıq Ağayev qəflətən öz soluna manevr edərək Məhkum hərəkət zolağına daxil olmuşdur. Bununla belə, ekspert rəyi ilə eni 3 metr olan hərəkət zolağı üzrə hərəkətdə olan təqsirləndirilən şəxsin avtomobilini sola döndərərək qarşıdan gələn nəqliyyat vasitəsi ilə 30–35 dərəcə bucaq altında toqquşması texniki baxımdan əsaslandırılmamışdır. Belə ki, eni 3 metr olan yola əks hərəkət zolağının 60 sm hissəsi də əlavə olunduqda, cəmi 3,6 metr eni olan sahədə avtomobilin 30–35 dərəcə bucaq altında manevr etməsi texniki cəhətdən mümkün hesab edilə bilməz. Məhz bu səbəbdən ekspert rəyində bu istiqamətdə hər hansı riyazi əsaslandırma təqdim edilməmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-500/2024 nömrəli, 06 noyabr 2024cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 2631.3-cü maddəsi il ə təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hədlərinin azaldılaraq, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaların qismən toplanılması, toplanılmış əlavə cəzanın əsas cəzaya birləşdirilməsi və üzərində qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissə lərdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində müdafiəçi apellyasiya şikayətinin məzmununu təkrarlamaqla, Məhkum əməllərində cinayət tərkibi əlamətləri mövcud olmadan onun barəsində ittiham hökmünün çıxarıldığını iddia etmiş, bu baxımdan sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmədiyini bildirmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarının ləğv edilərə k, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edil ərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit ed ilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində müdafiəçi məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmədiyini, məhkumun əməlində cinayət tərkibinin olmadığını iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mürac iəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi nə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).

19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il ).

20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət mü əllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın q anuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-175/2025 nömrəli, 27 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar