Məhkəmə qərarları › İş №1(102)-2323/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2323/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2323/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə da ir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(104)-115/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 22 noyabr tarixli, 1(100)-400/2023 nömrəli hökmü ilə (X3 (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Elmin Rüstəmovdan ibarət tərkibdə), xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 1(043) 140/2021 saylı hökmü ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, İİ dərəcə əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərba ycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-140/2021 saylı hökmü ilə Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün hissəsi 2 (iki) gün azadlığın məhdudlaşdırılması CM-in 68.1.1-1 -ci maddəsinə əsasən 1 (bir) gün azadlıqdan məhrumetmə ilə əvəz edilməklə, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya p rotesti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 2024-cü il 27 mart tarixli, 1(104)-115/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(100)-400/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 1 (bir) il müddətə endirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il t arixli, 1(043)-140/2021 saylı hökmü ilə Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə, yəni 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırki qərarla təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşımış, xx.xx.2022-ci il tari xdə saat 02:50-də Gəncə şəhər BPİnin PPXT-nin 2-ci bölüyünün əməkdaşları tərəfindən Gəncə şəhəri, Tbilisi küçəsində saxlanılarkən könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada tutulduqdan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı PPXB əməkdaşlarına təhvil verdiyi və onlar tərəfindən təqdim edilən həmin kibrit qutusunun içərisindən siqaret kağızına bükülü vəziyyətdə olmaqla, şəxsi istehlak miqdarından artıq, yəni 0,204 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində sax lamaqla daşımış, 17 sentyabr 2022-ci il tarixdə, saat 19:00-da radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri 23 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq, Gəncə şəhər 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız paketdəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,783 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vas itə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Depo qəsəbəsində saxlanılaraq Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə, təmiz çəkisi 0,299 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya pr otestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə əməli tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə narkotik vasitənin və psixotrop maddənin Məhkum üzərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, narkotik vasitələinin və psixotrop maddənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Lakin məhkəmə hökmündə Məhkum əməlində CM-in 234.1-ci maddəsinin tərkib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı düzgün əsaslandırma aparmamışdır. İsin hallarından da göründüyü kimi, 5 ayı əhatə edən qısa bir dövrdə Məhkum üzərindən 2 fərqli növdə olmaqla 2 dəfə narkotik vasitə heroin və bir dəfə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Faktiki olaraq Məhkum üzərindən xx.xx.2022-ci il tarixdə psixotrop maddə metamfetamin aşkar edilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulub ittiham elan edildikdən sonra xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azad edild ikdən qısa müddət sonra, cəmi 19 gün ərzində istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan heroini asanlıqla əldə edib üzərində saxlamasından görünür ki, Məhkum narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi, əsasən də satışı ilə məşğul olan şəxslərlə qarşılıqlı olaraq sıx əlaqədədir. Dolayısıyla Məhkum narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində birbaşa iştirak edir. Məhkəmə Məhkum barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, Məhkum yuxarıda qeyd edilən formada narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində sıx və yaxından iştirakını nəzərə almamışdır. Eyni zamanda, istifadə etdiyi halda nəyə görə Məhkum psixotrop maddə metamfetamindən istifadə ilə bağlı hər hansı əlamətin aşkar edilməməsinə qiymət verməmiş, məhkəmənin gəldiyi həmin nəticə məhkəmə iclasında tədqiq edilmiş heç bir sübutla, o cümlədən məhkəmə-narkoloii ekspertizasının rəyi ilə təsdiq edilməmişdir. Bundan başqa, iş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Məhkum əvvəllər törətdiyi, məhz narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayət əməlinə görə CM-in 234.1 -ci maddəsi ilə məhkum olunmuşdur. Dövlət ittihamçısı əlavə olaraq bildirmişdir ki, məhkəmə yalnış qiymətləndirmə aparmış və Məhkum əməlini tövsif edərkən əsas istinad etdiyi bir hal da ondan ibarət olmuşdur ki sonuncudan aşkar edilmiş narkotik vasitənin və psixotrop madənin satış məqsədilə əldə edilm əsinə dəlalət edən hər hansı sübut olmamış, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Məhkum narkotik vasitələrin və psixotrop maddənin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə narkotik vasitə və psixotrop maddə satması yəni istehsalçı müəyyən olunsaydı, o zaman Məhkum satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Məhkəmə Məhkum aşkar edilmiş psixotrop maddə və narkotik vasitənin şəxsi istehlak miqdarından çox olmaqla miqdarını, psixotrop maddə və narkotik vasitənin qısa müddətdə, ikinci və üçüncü hallarda isə habelə tutulub azad edildikdən qısa müddət sonra, əvvəl törətdiyi əməllərdən heç bir peşmançılıq hissi keçirməd ən, cəmi 3 dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Bundan başqa məhkəmə Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ******-**-** mobil nömrəsindən "men gəlləm, bu uşaqa ondan bir az 100 faiz verməliyik, demişəm çataq 6 manat puldu, bir də su verəcik", ***-***-**-** mobil nömrəsindən "nağarsan, 20 man olsa yarı kola, biraz da o birindən ala bilərəmmi?" "pulun varmı, 15 man olsa normalni bir sey alınarmı" və s. bu kimi məzmunda çoxsaylı mesajların yazılmasının onun narkotik vasitə və psixotrop maddələrin satışında fəal iştirak edən şəxs olmasını, üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən təkzib edilməz sübutlar olmasını nəzərə almam ışdır. Sadalananlara baxmayaraq, məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Beləliklə də, məhkəmə Məhkum yuxarıda şərh olunan cinayət əməlinin törətməsi ibtidai istintaq orqanı tərəfindən CPM-in 139-cu maddəsində təsbit olunmuş halları baxımından sübuta yetirilməsini əsassız olaraq nəzərə almamış, özü də həmin hallarda nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Dövlət ittihamçısı kassasiya protestində Gəncə Apelya siya Məhkəməsinin 27 mart 2024-cü tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiya məhkəməsində iştirak edən məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddə sinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılmas ı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-i n 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki q anuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyün ü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Dövlət ittihamçısı kassasiya protestində məhkumun cinayət əməlinin düzgün tövsif edilmədiyini, məhkəmələrin məhkumun əməlini CM-in 234.4.2-cü maddəsindən CNM-in 234.1-ci maddəsinə tövsif edərkən yanlışlığa yol verdiyini göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, dövlət ittihamçısı eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, onun həmin dəlilləri ətraflı araşdırılaraq apellyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, apellyasiya protestinin dəlilləri əsaslı sayıla bilməz. Çünki məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi i lə düzgün tövsif edildiyinə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edilmiş, eləcə də apellyasiya protestinin kassasiya protestinin dəlilləri ilə üst-üstə düşən eyni dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər yenidən təkrar olaraq ətraflı yoxlanılmış, ittiham tərəfinin hər bir dəlilinə ətraflı və əsaslandırılmış cavablar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Kassasiya protestində göstərilmişdir ki, məhkəmələr Məhkum əməlində CM- in 234.1ci maddəsinin tərkib elementlərinin mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmişlər. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkumun üzərindən ayrı-ayrı vaxtlarda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Bu faktın özü məhkumun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Lakin məhkumun bu narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını sübut etmək vəzifəsi qanunla ittiham tərəfinin üzərinə qoyulmuşdur və ittiham tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlayaraq daxili inamına əsasən qiymətləndirmək isə hakimin vəzifəsi olaraq CPM-də müəyyən edilmişdir. Apel lyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, qərarda məhkəmə məhkumun satış məqsədinin olmaması ilə bağlı gəlmiş olduğu qənaətini konkret sübutlara istinad etməklə ətraflı təsvir etmiş, ittiham tərəfinin satış məqsədi ilə bağlı sübutlarını qəbul etməməsinin səbəblərini inandırıcı şəkildə ətraflı şərh etmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 22 noyabr tarixli, 1(100)-400/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(104)-115/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar