Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2324/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in ) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Şahbaba oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1990-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin fakti ki hallarına görə, Məhkum narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda «Davud» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 327,1 qram çəkidə psixotrop maddə metamfetamini və 1150,5 qram çəkidə narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 2 ünvanına daşıdıqdan sonra narkotik vasitə heroini yaşadığı ünvanda, psixotrop maddə metamfetamini isə üzərində saxlamış, 18 yanvar 2023-cü il tarixdə saat 18:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvan ın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış, həmin gün saat 20:10-da orada barəsində şəxsi axtarış keçirilən zaman üzərindəki əl çantasının içərisindən 01 bükümdə təmiz çəkisi 327,1 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və əməliyyat-axatrış tədbirlərinin davamı olaraq həmin gün saat 21:45-də yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı mətbəxdə olan paltaryuyan maşının içərisindən 01 bükümdə təmiz çəkisi 1150,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib gəzdirdiyi üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməs inin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət məhkəmə tərkibində) 28 mart 2024-cü il tarixli, 1(101)-609/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən ap ellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət məhkəmə tərkibində) 03 iyun 2024-cü il tarixli, 1(103)1187/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(101)-609/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Şahbaba oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmənin qərarı məhkuma cəza təyin edilməsinə dair hissədə əsassız və ədalətsiz olduğundan dəyişdirilməlidir, Məhkum barəsində təyin edilmiş cəza ağırlığına görə açıqdan-açığa onun əməlinə və şəxsiyyətinə uyğun deyildir, məhkəmə kollegiyası məhkumun barəsində CM-in 79-cu maddəsinin tətbiq edilərək, məhkuma təyin edilmiş cəzanın təxirə salınmasının mümkün olmaması barədə gəldiyi qənaətini konkret dəlil və sübutlarla deyil, heç bir hüquqi əsası olmayan şəxsi mübahizələri ilə əsaslandırmışdır. Ona görə də, məhkəm ə kollegiyasının bu hissədə gəldiyi nəticənin əsassız və ədalətsiz hesab edir. Cinayət işinin materiallarında Məhkum həyat tərzi ilə bağlı onun şəxsiyyətini mənfi xarakterizə edən hər hansı halı təsdiq edə bilən konkret dəlil və sübut əldə olunmamışdır. Mübahisələndirilən qərarda da məhkumun şəxsiyyətini mənfi xarakterizə edən və cəmiyyət arasında müsbət davranış nümunəsi kimi qəbul olunmayan dəlil və sübuta istinad olunmamışdır. Hesab edir ki, şəxsin yalnız narkotik vasitə istifadəçisi olması onun şəxsiyyətinin mənfi xarakterizə olunması kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunmuşdur, işdə olan rəydən görünür ki, Məhkum da narkotik vasitələrdən istifa də halları inkar edilmir, lakin onun narkotik vasitələrdən və ya psixotrop maddələrdən asılılığı yoxdur və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum himayəsində azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun czasını yüngülləşdirən qanunla müəyyən edilmiş hal olması məhkəmələr tərəfindən nəzərə alınsa da, onun bu cinayəti fiziki və ya psixi məcburiyyət təsiri altında törətməsi 39.1.6-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş yüngülləşdirici hal olması ümumiyyətlə məhkəmələr tərəfindən müəyyən edilməmiş və cəza təyin edilərkən əsassız olaraq nəzərə alınmamışdır.
8. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarını məhkuma cəza təyin edilməsinə dair hissədə dəyişdirilməklə, onun barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilərək, cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum müdafiəçisi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəflərindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona barəsində CM-in 79-cu maddəsi tətbiq edilməklə, cəzanın çəkilməsinin təxirə salınması haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarak terli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normaların tələbi və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən, kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materia lları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum barəsində əməlinin daha yüngül maddəyə tövsif edilərək, təyin edilmiş cəzanın çəkilməsinin CM-in 79-cu maddəsinə əsasən çəkilməsinin təxirə salınması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 1(101)-609/2024 nömrəli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razı laşarkən ona əsaslanmışdır ki, on dörd yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir, Məhkum keçirdiyi həyat tərzi, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun övladının tərbiyəsi ilə məşğul olmaq həvəsində olması görünmür, Məhkum törətdiyi cinayət əməlləri narkotik vasitələrin satışı ilə bağlı olduğundan və o, azadlıqdan qalarsa, onun tərəfindən yenidən həmin növ cinayətin törədilməsinə əsaslı ehtimalların olduğunu nəzərə alındıqda onun cəzasının təxirə salınması cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində müəyyən edilən şəxslər tərə findən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədin uyğun deyildir. Belə olan halda, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin təxirə salınması işin hallarına uyğun olmadığından CM-in 79.1-ci maddəsinin tətbiqi cinayət xarakterinə, ictimai təhlükəlilk dərəcəsində və təqsirkarın şəxsiyyətinə uyğun deyildir, birinci instansiya məhkəməsi Məhkum barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddində yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır.
28. Göründüyü kimi, Məhkum birinci instan siya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın və əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməklə təyin edilmiş cəzanın çəkilməsinin təxirə salınmasına dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının çəkilməsinin təxirə salınmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
31. Qeyd olunanlar məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxa rıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2024-cü il tarixli, 1(103)-1187/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 Şahbaba oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.