Məhkəmə qərarları › İş №1(102)-2325/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2325/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2325/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçiləri Quliyev Sahib Şahbala oğlunun və Süleymanlı Elxan Bəhmən oğlunun i ştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 200-1.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə, ona CM-in 308.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli hökmü ilə isə CM-in 2001.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərim anov Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Əsədova Gültəkin Akif qızı) Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində olan 169 nömrəli “Natura+” və 389 nömrəli “Propolis” apteklərinin müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda faktiki yaşayan, CM-in 200-1.2.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə dərman satışı və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması c əzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması və azadlığın məhdudlaşdırılması cəzasının icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmış, CM-in 308.1-ci maddəsi ilə isə ona əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdır. İşin halları: İbtid ai araşdırma orqanı tərəfindən Məhkum CM-in 200-1.2.3 və 308.1-ci maddələri ilə verilmiş ittihama əsasən o, bilə-bilə yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini vahid niyyətlə satış məqsədi ilə əldə etməklə saxlamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəh əri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən xx.xx.2008-ci il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmış, cinayətdən xəbərsiz X9 adına təsis edilmiş "Buta Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2018-ci il tarixli İN/L-246/2018 saylı lisenziyası və həmin lisenziyanın 1 may 2018-ci il tarixli İN/L-246/2018/106 saylı əlavəsi əsasında fəaliyyət göstərən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 169 nömrəli "Natura+” və 2019-cu ilin iyul ayından etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2018-ci il tarixli İN/L-246/2018 saylı lisenziyası və həmin lisenziyanın 18 iyul 2019-cu il tarixli İN/L-246/2018/279 saylı əlavəsi əsasında fəaliyyət göstərən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 389 nömrəli "Propolis” apteklərinin xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə müdiri vəzifəsində işləyərkən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, aptek müəssisəsinə rəhbərlik etmək, əhaliyə vaxtında və keyfiyyətlə dərman yardımının göstərilmək, başqa tibb müəssisələri ilə peşəkar səviyyədə qarşılıqlı əlaqə yaradılması üçün kollektivin işini səmərəli təşkil etmək, tabeçiliyində olan işçilər tərəfindən əmr və sərəncamların icra olunmasına nəzarət etmək, aptek müə ssisəsinin (aptekin) fəaliyyətini təhlil etmək və fəaliyyət göstəricilərinə əsasən əhaliyə göstərilən dərman yardımının yaxşılaşdırılması üçün tədbirlər görmək, idarəetmənin yeni iqtisadi forma və üsullarından istifadə etməklə aptek müəssisəsinin (aptekin) səmərəli maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək, əhalinin və tibb müəssisələrinin dərmanla təchizatı sahəsində aptek müəssisəsinin (aptekin) fəaliyyətində qarşıya çıxan məsələləri sərbəst həll etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömr əli Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Qanunun 6.5-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qeydiyyatı tələb olunmayan dərman vasitələrinin siyahısına uyğun gəlməyən, yəni qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən müxtəlif adda dərman vasitələrini, o cümlədən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 389 nömrəli "Na tura+” aptekində cəmi dəyəri 4.074,05 manat olan 41 adda müxtəlif dərman vasitələrini, o cümlədən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən cəmi dəyəri 13 manat olan 1 qutu "Adalat 30mg N20 TAB” adlı, cəmi dəyəri 160 manat olan 1 qutu "Humira Pen N2” adlı, cəmi dəyəri 22 manat olan 1 qutu "Ovitrelle N1 shpris” adlı, cəmi dəyəri 40 manat olan 2 qutu "Kalsium folinat N1 flakon” adlı, cəmi dəyəri 35 manat olan 5 qutu "Vinkristin 1mq 1ml N1” adlı,cəmi dəyəri 70 manat olan 2 qutu "Strattera 60mq N28” adlı, cəmi dəyəri 3 manat olan 1 qutu "Enoksaparin N1” adlı, cəmi dəyəri 17,55 manat olan 1 qutu "Cipralex 10mg N28” adlı, cəmi dəyəri 450 manat olan 1 qutu "Altuzan 400mq N1 flakon” adlı, cəmi dəyəri 130 manat olan 2 qutu "Gardasil 0.5ml N1 spric” adlı, cəmi dəy əri 20 manat olan 1 qutu "Cinnal F 75 İU N1 flakon” adlı, cəmi dəyəri 30 manat olan 1 qutu "Prevenar 13 0.5ml N1” adlı, cəmi dəyəri 20 manat olan 1 qutu "Xoplat 50İU N1” adlı, cəmi dəyəri 16 manat olan 2 qutu "Ferrum Hausmann 30ml” adlı, cəmi dəyəri 12 manat olan 3 qutu "Aferin 150ml sirop” adlı, cəmi dəyəri 20 manat olan 4 qutu "Peditus 100ml” adlı, cəmi dəyəri 24 manat olan 2 qutu "Kalsimaks D3 N40 shipuci” adlı, cəmi dəyəri 101,82 manat olan 1 qutu "Melitide N1” adlı, cəmi dəyəri 30 manat olan 1 qutu "Rizodeg 100 U/ml N5 rucka” adlı, cəmi dəyəri 110 manat olan 1 qutu "Qenotropin 12mg N1 kalem” adlı, cəmi dəyəri 225 manat olan 1 qutu "Herseptin 150mq N1 fl” adlı, cəmi dəyəri 4,57 manat olan 1 qutu "Salbutamol-Teva N1” adlı, cəmi dəyəri 216 manat olan 12 qutu "Leykeran 2q N25 tab” adlı, c əmi dəyəri 328,51 manat olan 7 qutu "Doksorubisin-Ebeve N1” adlı, cəmi dəyəri 150 manat olan 2 qutu "Remikeyd 100mq N1 fl” adlı, cəmi dəyəri 105 manat olan 1 qutu "Peqasis 180mg rucka N1” adlı, cəmi dəyəri 270 manat olan 2 qutu "Altuzan 100mq 4ml N1 fl” adlı, cəmi dəyəri 11,43 manat olan 1 qutu “Sistein-Ultra 10ml” adlı, cəmi dəyəri 13,66 manat olan 0,4 qutu “Karipain N5” adlı, cəmi dəyəri 5,58 manat olan 1 qutu “Nootropil 800 N28” adlı, cəmi dəyəri 18 manat olan 2 qutu “Qaviskon 150ml sirop” adlı, cəmi dəyəri 3,50 manat olan 1 qutu “Dolgit 25gr N1” adlı, cəmi dəyəri 4,37 manat olan 1 qutu “Ditilin N5” adlı, cəmi dəyəri 20,71 manat olan 1 qutu “Protamin Sulfat N10” adlı, cəmi dəyəri 895,28 manat olan 1 qutu “Aktemra 400mg N1” adlı, cəmi dəyəri 7 manat olan 1 qutu “Stuqeron 25mg N50” adlı, cəmi dəyəri 35,94 manat olan 2 qutu “İnsultard N1” adlı, cəmi dəyəri 104,25 manat olan 3 qutu “Avodart N28” adlı, cəmi dəyəri 63 manat olan 9 qutu “Erius N14” adlı, cəmi dəyəri 215,88 manat olan 21 qutu “Diabeton MR N28” adlı, cəmi dəyəri 52 manat olan 1 qutu “Lukrin Depot N1 flakon” adlı, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 169 nömrəli “Propolis” aptekində cəmi dəyəri 2.407,45 manat məbləğində 23 adda müxtəlif dərman vasitələrini, o cümlədən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən cəmi dəyəri 13,5 manat olan 3 qutu “Prednol 4mq N20 TAB” adlı, cəmi dəyəri 7,5 manat olan 1 qutu “Prednol 16mq N20 tab” adlı, cəmi dəyəri 39 manat olan 6 qutu “Prednol 20mq N1 amp” adlı, cəmi dəyəri 15 manat olan 0,5 qutu “ Sialis 5mq N28 tab” adlı, cəmi dəyəri 349,22 manat olan 1 qutu “Panziga 2,5gr 25ml” adlı, cəmi dəyəri 370,28 manat olan 2 qutu “Aktemra 20mg N1 flakon” adlı, cəmi dəyəri 160 manat olan 1 qutu “Humira Pen N2” adlı, cəmi dəyəri 23,375 manat olan 2,5 qutu “Estolam 10mg N28 tab” adlı, cəmi dəyəri 1,69 manat olan 1 qutu “Diklofenak 3ml N5 amp” adlı, cəmi dəyəri 25,39 manat olan 1 qutu “Plaviks 75mg N28” adlı, cəmi dəyəri 14,42 manat olan 1 qutu “Kardura 4mg N30” adlı, cəmi dəyəri 12 manat olan 1 qutu “Ritmonorm 150mg N30 tab” adlı, cəmi dəyəri 90 manat olan 2 qutu “Ursofalk 250ml sirop” adlı, cəmi dəyəri 13,48 manat olan 4 qutu “Veroshpiron 25mq N20” adlı, cəmi dəyəri 30 manat olan 3 qutu “Prednol 250mq N1 amp” adlı, cəmi dəyəri 40 manat olan 1 qutu “Blemaren N80 shipuci” adlı, cəmi dəyəri 44,3 5 manat olan 0,8 qutu “Apidra N5” adlı, cəmi dəyəri 28 manat olan 3,5 qutu “Ventolin nebu N20” adlı, cəmi dəyəri 895,28 manat olan 1 qutu “Aktemra 400mg N1 flakon” adlı, cəmi dəyəri 6,66 manat olan 0,6 qutu “Veroshpiron 100mq N30” adlı, cəmi dəyəri 40 manat olan 5 qutu “Tamoksifen 20mq N30” adlı, cəmi dəyəri 44 manat olan 2 qutu “Spiriva 18mkq N30 kaps” adlı, cəmi dəyəri 100,3 manat olan 1 qutu “Levemir 100U/ml N5” adlı olmaqla, külli miqdar təşkil edən vahid niyyətlə cəmi 6.437,5 manat dəyərində 63 adda dərman vasitələrini, həmçinin vahid niyyətlə yararlılıq müddəti bitmiş və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən yararlılıq müddəti 2022-ci ilin fevral ayınadək olan cəmi dəyəri 40 manat olan 1 qutu “Famvir 250mg N21 tab” adlı, yararlılıq müddəti 2022- ci ilin may ayınadək olan cəmi dəyəri 45 manat olan 3 qutu “Qranosite 34 N1 flakon” adlı, yararlılıq müddəti 2022-ci ilin iyun ayınadək olan cəmi dəyəri 12 manat olan 1 qutu “Azaram 50 mq N100” adlı, yararlılıq müddəti 2022-ci ilin may ayınadək olan cəmi dəyəri 60 manat olan 2 qutu “Xarelto 15mq N28 tab” adlı və yararlılıq müddəti 2022-ci ilin iyun ayınadək olan cəmi dəyəri 44 manat olan 2 qutu “Spiriva 18mkq N30 kaps” adlı dərman vasitəsini, ümumilikdə külli miqdar təşkil edən cəmi 6.638,5 manat (altı min altı yüz otuz səkkiz manat əlli qəpik) dəyərində 66 adda dərman vasitəsini 2021-ci ilin sonlarından 2022-ci ilin iyun ayınadək olan müddətdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan mənbələrdən vahid niyyətlə bilə-bilə satış məqsədilə əldə edib müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 169 nömrəli “Propolis” aptekində və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən 389 nömrəli “Natura+” aptekində qeyd edilən formada satış məqsədilə saxlamış və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(001)-894/2022 nömrəli qərarı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 iyun 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərin xüsusi saxlanc yerində aşkar olunub götürülməklə, insanların həyatının və sağlamlığının müdafiəsi, dərman vasitələrinin qeydiyyatdan yayındırılmaqla qanunsuz dövriyyəsinin qarşısının alınması və bununla əlaqədar iqtisadi münasibətlərin şəffaflığının təmin edilməsi sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxılması nəticəsində məhkəmə Məhkum ona CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun əməlində maddədə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması barədə nəticəyə gələrək onun haqqında yuxarıda göstərilən hökm çıxarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı İsgəndərov Coşqun Ramiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (səd rlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 25 iyun 2024-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli hökmü ləğv - - edilmiş, Məhkum CM-in 200-1.2.3 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 200-1.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə dərman satışı və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə, CM-in 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas qəti cəzaya birləşdirmək yolu ilə c inayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dərman satışı və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşgul olmaq hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu cəzaların çəkilməsi müddətlərinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlı ğın məhdudlaşdırılması cəzasının icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti, Məhkum müdafiəçisi E.B.Süleymanlı isə kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: dövlət ittihamçısı A.A.Ələkbərov - apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini; müdafiəçi E.B.Süleymanlı - hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində CM-in 200-1.2.3 və 308.1-ci maddələri ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini. Kassasiya protestinin v ə kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in müvafiq normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, işin müəyyən edilmiş faktiki hallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətlərin faktiki xarakterini və ic timai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, mövcud və potensial nəticələrini nəzərə almamış, CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarındakı izahları düzgün dəyərləndirməmiş, nəticədə məhkum edilmiş şəxsə əsassız olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış, lakin həmin halların nədə ehtiva olunduqlarını öz qərarında kifayət qədər əsaslandırmamışdır. İlk dəfə cinayət törətmə CM-in 59.2-c i maddəsinə əsasən məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Lakin, xüsusi olaraq vurğulanmalıdır ki, aşağı instansiya məhkəmələri yekun qərarlarda sadəcə bu hala ümumi formada istinad edirlər və həmin halı cinayət qanununun konkret hansı normasına əsasən yüngülləşdirici hal kimi qəbul etmələrini göstərmirlər, ümumiyyətlə, həmin halın törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, nəyə görə fərqli növ cəza təyininə əsas olmasını, cəzanın məqsədləri ilə uzlaşmasını əsaslandırmırlar. Təbii ki, məhkəmələrin bu cür yanaşması ilə məhkum edilmiş şəxsə alternativ cəza təyin olunmasına haqq qazandırmaq və bunu ədalətli mövqe hesab etmək mümkün sayıla bilməz. İkinci bir tərəfdən, mövcud cinayət qanunvericiliyi, yəni CM-in 59.1.4-cü maddəsi şəxsin himayəsində azyaşlı uşağın olmasını təsadüfi olaraq yüngülləşdirici hal kimi nəzərdə tutmur. Bu tələb ona görədir ki, məhkəmələr cəza təyin etmədən öncə, onu, icra prosesində təqsirkarın ailəsinin, himayəsindəki uşaqların həyat şəraiti ilə əlaqələndirsinlər, cəzanın ailəyə sosial, maddi və mənəvi tərəfdən necə təsir edəcəyini düşünsünlər. Yəni, aşağı instansiya məhkəmələrinin istinad etdiyi əlamətin təyinatı məhkum edilmiş şəxsə münasibətdə CM-in 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə bərabər, ailənin qorunub saxlanması, ailə fərdlərinin və uşaqların öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, nəticə etibarilə, uşağın və ailə fərdlərinin hüquq və mənafelərinin təmin edilməsidir. Ailədəki hüquqlar ın təmin edilməsinə yönələn ictimai maraq da tələb edir ki, şəxsə cəza təyini məsələsi müzakirə edilərkən təqsirkar şəxsin buna hansı dərəcədə hazır olması, şəxsiyyəti, həyat şəraiti, ailə fərdlərinə və uşaqlarına olan münasibəti ətraflı araşdırılmalı, bununla yanaşı, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları da nəzərdən qaçırılmamalıdır. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin alternativ cəzaya məruz qalmasına bəraət qazandırmaq, belə cəzanın tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün olmaz. İş materiallarından aydın olur ki, yekun məhkəmə qərarlarının qəbul edildiyi ərəfədə Məhkum ailəsinə maddi, mənəvi qulluq göstərməsi halları, ailədəki uşaqların norma l həyat şəraitini, tərbiyəsini və məişətini təmin etməsinin mümkünlüyü, yəni, nəticə etibarı ilə, təqsirkarın ailə fərdlərinin hüquqlarını təmin etmək iqtidarında olub-olmaması apellyasiya instansiyası məhkəməsində lazımınca araşdırılmamış və əsaslandırılmamışdır. Protest müəllifi daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyinində diqqətdən qaçırılmışdır ki, vəzifəli şəxs olan Məhkum xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnmiş, yəni onun vəzifəli şəxs olaraq qanunsuz fəaliyyəti nəticəsində dövlətin, konkret olaraq hazırki halda A zərbaycan Respublikası Səhiyyə Nazirliyinin dərman vasitələrinin qanunsuz dövriyyəsinə nəzarətinin təmin olunması sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuş, buna görə də həmin dövlət qurumu iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Dövlət ittihamçısı bildirmişdir ki, Məhkum təqsirli bilindiyi CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər cinayət əməli isə iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kateqoriyasına aid olmaqla, ictimai təhlükəli qəsdin obyektini dövlət qeydiyyatından keçməli və zəruri standartlara cavab verməli olan dərman vasitələrinin dövriyyəsinə nəzarətin həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlər sistemi təşkil etmişdir. Yəni, xarakterinə görə bu cinayət əməlinin də ictimai təhlükəlilyi ondan ibarətdir ki, dövlət qeydiyy atından keçərək yoxlanmalı olan, lakin qeydiyyatdan keçirilməyən dərman vasitələrinin gizli yollarla dövriyyəyə buraxılması onların qeydiyyatı ilə bağlı zəruri ödənişlərin icra edilməməsinə, mənşəyinin, keyfiyyətinin və müvafiq tələblərə uyğunluğunun yoxlanılmamasına, nəticədə də dövlətin iqtisadi sisteminə zərər yetirilməsinə səbəb olmuşdur. Digər tərəfdən, belə dərman vasitələrinin külli miqdarda dövriyyəyə çıxarılması onların istehsal mənşəyini və lazımi standartlara cavab veribverməməsini aydınlaşdırmağa mane olmuş, həmçinin əlavə olaraq ayrı-ayrı fərdlərin sağlam və təhlükəsiz şəraitdə yaşamaq hüququnu da təhlükəyə atmışdır. Belə ki, Məhkum iki ayrı cinayət əməlinə görə əsas cəza kimi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunması, CM-in 308.1-ci maddəsi ilə olan hiss ədə isə barəsində CM-in 46.2-ci maddəsinin tətbiq edilməməsi və bu maddə ilə əlavə cəzanın təyin edilməməsi həm o, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, nəticədə isə, eyni cinayət əməlləri törətmiş və barəsində oxşar hallar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CM-in və CPM-in bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021- ci il tarixli 15 nömrəli Qərarına, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyanın 6-cı maddəsinə, “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarına, iş üzrə toplanmış və araşdırılmış bir çox sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi E.B.Süleymanlı həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilməmiş, CM-in 200-1.2.3-cü maddəsi ilə də onun təqsirliliyi sübuta yetirilməmiş, ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutlar isə şübhəli və qeyri mötəbər olduğundan, ittihamın sübuta yetirilməsinin əsası kimi qəbul oluna bilməz. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət vermiş və məhkəmə həmin hissədə öz mövqeyini kifayət qədər dəlil və sübutlara istinad etməklə və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırmışdır. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hökmü ləğv etmiş və hüquqi əsaslar olmadan, şəxsi mülahizələr əsasında Məhkum CM-in 308.1-ci maddəsi ilə də təqsirli bilərək, ona həmin maddə ilə cəza təyin etmişdir. Lakin, məhkəmə kollegiyası bu zaman Məhkum vəzifəli şəxs olmasının hansı sübutlarla təsdiq edildiyini, onun bu əməli nəticəsində vurulan ziyanın nədən ibarət olmasını, ziyanın növünü və məbləğinin miqdarını müəyyən edə bilməmiş, istintaq orqanı tərəfindən müəyyən edilmiş 6.638,50 manat məbləğində maddi ziyan isə Məhkum qarşı CM-in 200-1.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə müəyyən edilmişdir. Müdafiəçi həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdar təşkil edən dərman vasitəsini satış məqsədilə saxlaması ilə bağlı hərəkətləri ona CM-in 200-1.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla tam əhatə olunmasını nəzərə almamış və onun eyni bir hərəkətini əsassız olaraq həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi qiymətləndirməklə, cinayət qanunun tələblərini kobud şəkildə pozmuşdur. B undan başqa, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Məhkum müdiri olduğu hər iki aptek üzrə 9 iyun 2022-ci il tarixli baxış və götürmə protokollları dərman vasitələrinin götürüldüyü vaxtda və yerdə, yəni apteklərdə deyil, sonradan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tərtib olunmuş, qeyd olunan apteklərdə baxış və götürmə istintaq hərəkətinin icraatı qaydasının CPM-in 125.2.7, 244, 245 və 247-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi ittiham hökmünün əsas sübutu kimi "xxxx" MMC-nin 29 sentyabr 2022-ci il tarixli məktubuna istinad etmişdir ki, həmin məktubla Məhkum işlədiyi apteklərdə dövlət qeydiyyatına alınmalı olan və ya yararlılıq müddəti keçmiş dərman vasitələri ilə bağlı hər hansı fakt təsdiq edilməmişdir. Məhkum qarşı irəl i sürülmüş ittihamda qeyd olunan dərman vasitələrinin hamısı qeydiyyatsız olmamış, onların əksəriyyəti açıq satışdadır və bu hal ittihamın və bu ittiham üzrə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız olaraq məhkum edilməsini təsdiq edir. Daha sonra müdafiəçi E.B.Süleymanlı iş üzrə həm ibtidai arşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında keçirilmiş ekspertiza rəylərini də mübahisələndirərək həmin rəylərin ziddiyyətli olmasını qeyd etmiş, ümumilikdə isə Məhkum əməlində CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini təsdiq edən mötəbər sübutları mövcud olmamasını qeyd etmişdir. Onun qənaətinə görə, belə olan halda aradan qaldırılması mümkün olmayan ziddiyyətli və şübhəli hallar təqsirləndirilən (məhkum) şəxsin xeyirinə təfsir olunmalı və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli hökmü ləğv edilməklə cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkumun müdafiəçisi E.B.Süleymanlı kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş hüquqi şəxs - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum yüngül cəzalar təyin olunmasını və bu zaman cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını iddia edərək həmin məhkəmənin çıxardığı hökmün ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi E.B.Süleymanlının kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instan siyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini və müdafiəçi E.B.Süleymanlının kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n çıxarılmış hökmün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktını n müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxara q və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümum iyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və möv cud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və t ədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya müraciətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hi ssəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, K onstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmç inin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiy i faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədə k təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digə r cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkə t və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, c əzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmə lə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cina yət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir i ctimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirl əndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyət inə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və y a təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumps iyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxılarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, yaxud da təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-in bu və ya digər maddəsini xaric etmək hüququna da malikdirlər o şərtlə ki, bu haqda nəticə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Təsadüfi deyil ki, məhkəmələrin bununla bağlı səlahiyyətləri həmçinin CPM-in 318.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 12 5, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəll ə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmu ş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6 -cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı ma ddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları m üəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat ver ilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqınd a tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fad in Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüquq unun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standar tlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunl ardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəm ə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli qanunvericiliyin normalarının və beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdi r ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm faktları araşdırmaq və müəyyən etmək, həm də qanunvericiliyin bu və ya digər normasını tətbiq etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları tədqiq etməklə və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun həmin məhkəmənin hökmündə təsvir edilən cinayət əməllərini törətməsi və bu əməllər üzrə onun təqsirli bilinərək cəzalandırılmalı olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün h eç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlar və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər han sı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, məhkum olunmuş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş hüquqları tam həcmdə təmin olunmuşdur. Məhkum təqsirli bilindiyi cinayət əməllərini törətməsinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin əsasında duran sübutlar iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi yekun qərarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, şahidlərin ifadələ rinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmasını müəyyən etmiş, həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməmiş və yalınz apellyasiya müraciətlərinə münasibət bildirməklə kassasiya qaydasında mübahisələndirilən hökmün çıxarılmasını məqsədə müvafiq bilmişdir. 416.1-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Bu yekun məhkəmə aktının qəbul edilməsi zamanı məhkəmə sübutlar və sübutetməyə dair qanunveiciliyinin tələblərinə əməl etmiş və eyni zamanda Məhkum törətdiyi əməllərə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham olunduğu cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. İbtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış və qanuna müvafiq qaydada qiymətləndirilmş sübutlar birinci instansiya məhkəməsinin və apellyasya instansiyası məhkəməsinin hökmlərində ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası həmin sübutların təkrarən hazırki qərarda da təsvirinə ehtiyac görmür. Qeyd olunanlara əsasə n məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Məhkum CM-in 308.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyinin müəyyən edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum CM-in 308.1-ci maddəsi ilə bəraət verərkən heç bir sübuta əsaslanmamış və əsassız olaraq sonuncuya həmin maddə ilə bəraət verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası əvvəla qeyd etməyi lazım bilir ki, Məhkum ona istinad olunan cinayətləri törətdiyi dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində olan 169 nömrəli “Natura+” və 389 nömrəli “Propolis” apteklərinin müdiri vəzifəsində işləməsi işin mübahisə siz halıdır və bu hala görə, habelə CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən o, müvafiq normativ sənədlərlə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən vəzifəli şəxs olmaqla eyni zamanda korrupsiya cinayətlərinin və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin (CM-in 33-cü fəslində nəzərdə tutulmuş), o cümlədən CM-in 308-ci maddəsində göstərilən cinayətin subyekti hesab edilməlidir, Belə ki, CM-in 308-ci maddəsinin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə m üvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən sui-istifadə etməsi müəyyən edilməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəzifəli şəxsin qu lluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin, cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Fiziki və ya hüquqi şəxslərin hüquqlarına və ya qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə real maddi ziyanda, əldən çıxmış mənfəətdə, eləcə də, qanunla qorunan müxtəlif dəyərlərə dəymiş zərərdə (vətəndaşların konstitusiya hüquq və azadlıqlarının pozulması, hakimiyyət orqanlarının nüfuzdan salınması, onların işində maneələr yaradılması, ictimai qaydanın pozulması və s.) ifadə oluna bilər. Hüquqlara və ya qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü isə zərər çəkmişlərin sayı, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, idarənin, müəssisənin, təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi xarakterində ifadə oluna bilər. Məhkum CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunundan göründüyü kimi, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən ümumilikdə külli miqdar təşkil edən cəmi 6638,50 manat dəyərində 66 adda dərman vasitəsini satış məqsədilə saxlamasında, həmin hərəkətləri ilə əlaqədar iqtisadi münasibətlərin şəffaflığının təmin edilməsi sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurulmasında ifadə olunmuş və məhkəmə kollegiyasının qənaətinə görə bu əməl heç də CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əhatə olunmur. Yəni, vəzifəli şəxs CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti məhz vəzifəsində sui-istifadə etməklə törətdikdə, bu zaman isə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda onun belə əməllər törətməsi cinayətləri n ideal məcmusunu yaradır, belə hallarda həmin əməllər CM-in 200-1.2.3-cü maddəsi ilə yanaşı, CM-in 308.1ci maddəsi ilə də tövsif edilir və CM-in 200-1.2.3-cü maddəsi CM-in 308.1-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış etmir. Belə təfsir isə CM-in 17-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, CM-in 17.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. CM-in 17.2-ci maddəsində təsbit edilmişdir ki, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. CM-in 17.3-cü maddəsinin tələbinə görə isə, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mən afelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ic timai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə qeyddə sadalanan şəxslərlə bərabər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələd iyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. İşin mübahisəsiz hallarından göründüyü kimi, vəzifəli şəxs olmuş Məhkum əməlləri, yəni onun dövlət qeydiyyatından keçməyən ümumilikdə külli miqdar təşkil edən cəmi 6638,50 manat dəyərində 66 adda dərman vasitəsini satış məqsədilə saxlama sı nəticəsində dövlətin iqtisadi münasibətlərin şəffaflığının təmin edilməsi sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Bu baxımdan məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq belə qənaətə gəlir ki, qanunvericiliyinin normalarının eyni cür təfsirindən çıxış edən apellyasiya instansiyası haqlı olaraq Məhkum CM-in 200-1.2.3-cü maddəsi ilə yanaşı CM-in 308.1-ci maddəsi ilə də təqsirli bilinərək məhkum edilməsinə dair yekun nəticəyə gəlmiş, bu nəticə isə, kassasiya şikayətində iddia olunduğu kimi, ehtimallar üzərində deyil, qanuni üsullarla toplanmış və qanuna müvafiq qaydada qiymətləndirilmiş mötəbər sübutlar üzərində qurulmuşdur. Məhkum açıq-aşkar yüngül cəzaların təyin edilməsi barədə kassasiya protestinin dəl illərinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələ sini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfind ən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşd ur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2 və 61.3-cü maddələrinin tələblərindən isə görünür ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. Yuxarıda istinad olunan CPM-in 125, 143-146 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalara həmçinin təqsrkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tə rəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirka rın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, kassasiya protestində də istinad olunan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir k onkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tör ədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsi nə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndiril ən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki iş üzrə məhkum olunmuş Məhkum barəsində seçilmiş cəza tədbirinin növü və həddi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 200-1.2.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul o lma hüququndan məhrum edilməklə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 308.1-ci maddəsinin sanksiyasında isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş və buna görə həmin cinayətlər CM-in 15.3-cü maddəsinin tələblərinə uyğun olaraq az ağır cinayətlər kateqoriyasına aid edilr. Apellyasiya instansiyası məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə Məhkum barəsində istər həmin maddələrlə, istərsə də cinayətlərin məcmusu üzrə cəza tədbiri seçərkən sonuncunun törətdyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-in 59-cu maddəsinə əsasən Məhkum ilk dəfə cinayət törətməsini və himayəsində üç azyaşlı uşaqlarının olmalarını (kassasiya protestinin dəllərinin əksinə olaraq imperativ xarakter daşıyan və buna görə mübahisələndirilməsi mümkün olmayan CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal) onun cəzasını yüngülləşdirən hallar qismində, CM-in 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini düzgün olaraq, kifayət qədər nəzərə almış və istər bu hallara, istərsə də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəzalar təyin etmişdir. Kassasiya protestində bu haqda hər hansı dəlil irəli sürülməsə də, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs b arəsində daha yüngül və ya ağır cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun. Cinayət işinin materiallarından da, kassasiya protestinin məzmunundan da göründüyü kimi, onun müəllifi Məhkum təyin edilmiş cəzaların ağırlaşdırılması üçün əsas ola bilən, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış heç bir hala istinad etməmiş və belə halların mövcudluğunu təsdiq edən sübutlar ı məhkəməyə təqdim etməmişlər. Halbuki, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-in 416-cı maddəsində sadalanan pozuntulara yol verilm ədiyini, digər tərəfdən isə məhkum olunmuş şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici, yəni CPM-in 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş əsaslarla xitam verilməsininin mümkün olmamasını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Məhkum, onun müdafiəçiləri E.B.Süleymanlının və S.Ş.Quliyevin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 200-1.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 i yun 2024-cü il tarixli hökmü isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli hökmü isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar