Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2325/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, Məhkumun müdafiəçisi müdafiəçi1, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4 və İsrafilov Cavid Abdulla oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə (hakimlər X1 (sədrlik edən), X5 və X8 ibarət tərkibdə) ## ###### 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, onun ## ####### 2023-cü il tarixdən ## ####### 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün və ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablanmış və təyin edilmiş cəzadan çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni ## ###### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, iş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınmışdır. Həmin hökmdən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4 və İsrafilov Cavid Abdulla oğlu, müdafiəçilər Babayev İsmayıl Seyfəddin oğlu və müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli (Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli, qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Hüquqi məsələlər Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə, əsasən, şərti hesab edilməsi və onun azad edilməsi xahiş edilmişdir. Məhkum Məhkum məhkəmə iclas zalında məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum Məhkum tərəfindən verilmiş ərizəyə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2325/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2325/2025
02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver