Məhkəmə qərarları › İş №1(102)-2326/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2326/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2326/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Masallı rayonu, Qızılavar kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq x küçəsi, nömrəsiz fərdi evdə yaşamışdır. 2. 29 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 14 fevral 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən naməlum «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən «Səccad» adlı şəxsin + 98 905 *** ** ** nömrəsi ilə «Whatsapp» mesajlaşma tətbiqi vasitəsilə danışıb naməlum tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol kənarında gizlədilmiş yerdən digər şəxslərə çatdırmaq məqsədi ilə külli miqdarda təmiz çəkisi 2.057,03 qram narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1.674,808 qram narkotik vasitə heroini və təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaq məqsədilə kirayəyə götürdüyü və daimi yaşamadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evə qədər daşıyıb orada gizlədərək saxlamış, əldə etdiyi ümumi narkotik vasitələrdən təmiz çəkisi 71,43 qram narkotik vasitə qurudulmuş marixuananı, naməlum tarixdə və yerdə 20 manat müqabilində Təqsirləndirilən şəxs1 satmış, külli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,408 qram və 01 ədəd sellofan bükümdə təmiz çəkisi 75,382 qram ümumi təmiz çəkisi 80,790 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində və etibarnamə ilə idarə etd iyi «Chevrolet Cobalt» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «Araz» marketin qarşısına qədər daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 09 oktyabr 2023-cü il tarixdə, saat 17:40-da həmin ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb avtomobili ilə birlikdə Sabunçu rayon polis idarəsinin 12ci polis şöbəsinə gətirilib, orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdard a təmiz çəkisi 5,408 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gün, saat 20:20-də 12-ci polis şöbəsinin həyətində «Chevrolet Cobalt» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərək avtomobilin salonunda sürücü oturacağının yanında sol qapının içərisindəki saxlanc yerində 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 75,382 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş olsa da, yuxarıda göstərilən ünvanda yerləşən daimi yaşamadığı evində digər narkotik vasitələrin və psixotrop maddələrin olduğunu deməyərək bu barədə məlumatı olduğunu gizlətmiş, onun polis əməkdaşları tərəfindən tutulmasını bilən Məhkum bir qrup şəxs halında cinayəti törədərək qanunsuz ol araq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi həmin İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan cinayət qrupun üzvü Təqsirləndirilən şəxs1 «Səccad» adlı şəxsdən Məhkum kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi nömrəsiz evində ondan aldığı külli miqdarda narkotik vasitələri və psixotrop maddəni saxladığı barədə məlumatı əldə edib sonuncunun tez bir zamanda onları başqa ünvana gizlətməsi barədə təlimatı əsasında hərəkət edərək bu barədə Təqsirləndirilən şəxs2 məlumat verib onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib 10 okt yabr 2023-cü il tarixdə, naməlum saatda Təqsirləndirilən şəxs2lə birlikdə həmin evdə saxlanılan külli miqdarda ümumi çəkisi 1.985,6 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd plastik qabda təmiz çəkisi 1.594,018 qram narkotik vasitə heroini və 01 ədəd bağlamada təmiz çəkisi 810 qram psixotrop maddə metamfetamini götürərək üzərində saxlayıb Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə və saxlama cinayət əlaqəsində olduğu tanışı Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi bağ evinə qədər daşımış, orada 11 oktyabr 2023-cü il tarixdə, naməlum saatda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 30 manat müqabilində təmiz çək isi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuananı satmış, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3 evinə qonaq gəlmiş sonuncunun qardaşı oğlu Şahid12 təmiz çəkisi 19,018 qram narkotik vasitə heroini pay vermiş, Təqsirləndirilən şəxs1 təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri, Zabrat qəsəbəsi R.Axundov küçəsində yerləşən nömrəsiz fərdi evə qədər daşıyaraq, orada gizlədib, saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il saat 20:50-da Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən 307 nömrəli orta məktəbin yaxınlığında saxla nılaraq yaşadığı yuxarıda qeyd edilən evində axtarış aparılan zaman evin mətbəx otağındakı şkafda təmiz çəkisi 71,43 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs2 yerdə qalan külli miqdarda ümumi təmiz çəkisi 1.975,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda təmiz çəkisi 1.575,0 qram narkotik vasitə heroini, təmiz çəkisi külli miqdarda 810 qram psixotrop maddə olan metamfetamini və metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzini Bakı şəhəri, Sabunçu qəsəbəsi, Komsomol dairəsinin yaxınlığına qədər üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 oktyabr 2023-cü il tari xdə, saat 21:00-da Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerdə saxlanılaraq 12-ci polis şöbəsinə gətirilmiş və orada üzərində keçirilmiş axtarış zamanı əlində olan çantanın içində külli miqdarda 05 ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 405,0 qram, 480,0 qram, 485,0 qram, 490,0 qram və 115,0 qram olmaqla ümumi təmiz çəkisi 1.975,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd plastik qabda təmiz çəkisi 1.575,0 qram narkotik vasitə heroin, 01 ədəd sellofan bükümündə təmiz çəkisi 810 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 və Şahid 12 Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərilərinə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuana, Şahid12 üzərində isə təmiz çəkisi 19,018 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1396/2024 nömrəli, 20 sentyabr 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə m əsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, özünü ona verilmiş ittihamla təqsirli bilmədiyini qeyd etmiş və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

8. Hökmdən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verib, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.

9. Hökmdən Təqsirləndirilən şəxs3 müdafiəçisi Məhərrəmov Kamra n Musa oğlu apellyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs3 münasibətdə ləğv olunması və “cinayət hadisəsi baş verməməsi” səbəbi ilə işə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini, bu olmadığı təqdirdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan əməlinin narkotik vasitələrin miqdarı nəzərə alınmaqla, həmin Məcəllənin 234.1 və ya 234.1-1-ci maddələrindən birinə tövsif edilib cəza təyin edilməsini xahiş etmişdir.

10. Hökmdən Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Qalib Sadıq oğlu apellyasiya şikayəti verib, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.2-ci maddələri üzrə cinayət təqibinə xitam verilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsini, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

11. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Bayramov Şamil Vaqif oğlu apellyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs2 aid hissəsinin ləğv edilməsi, Təqsirləndirilən şəxs2 barəsində cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1396/2024 nömrəli, 20 sentyabr 2024-cü i l tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

14. Kassasiya şikayətində məhkum qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən bir bükümdə, təqribən 1 qram çəkidə narkotik vasitə aşkar edilmişdir. O, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli hesab etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Vaqid oğlu və digər şəxslərin ondan kənar külli miqdarda narkotik vasitə əldə etmələri, saxlamaq və qanunsuz satma əməlləri barədə məlumatı olmamış, həmin narkotik vasitələrin ona aidiyyəti olmamışdır. Cinayət məsuliyyətinə cəlb edilən digər şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımamış, onları ilk dəfə istintaq və məhkəmə prosesində görmüşdür. İbtidai istintaq zamanı həmin şəxslərlə ifadələr arasında ziddiyyətlər mövcud olsa da, üzləşdirmə istintaq hərəkəti aparılmamışdır. İbtidai istintaq dövründə onun yaşadığı ünvanda baxış keçirilmiş, lakin hər hansı narkotik vasitə aşkar edilməmişdir. İstintaq orqanı mülahizələrə əsaslanmış, məhkəmələr isə bu mülahizələrə eyni qiymət vermişdir. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüq uqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrini n tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkə məsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Kassasiya şikayətində cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi, nəticədə törədilən cinayət əməlinin səhv tövsif edildiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mö vcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayə t əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).

26. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 2 34.4.3-cü maddələri üzrə əməlin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

27. Belə ki, Məhkum və baxılan iş üzrə məhkum edilmiş digər şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum ona verilən ittiham üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 23 4.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün qismən etirafedici ifadələri ilə yanaşı, digər məhkumların ifadələrində göstərdikləri xüsusatlar, şahid ifadələri, onun üzərinə video çəkilişlə aparılmış şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin avtomobildə baxış, axtarış və götürmə aparılması haqqında protokollar, məhkum Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi və maddi sübutun götürməsi haqqında protokol, məhkumlar Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolu, Məhkum götürülmüş mobil telefonlara baxış protokolu, digər məhkumların mobil telefonlara baxış protokolları, müxtəlif istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri, maddi sübutlar, eləcə də cinayət i şinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edə n halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti məhkumun verdiyi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

30. Belə qənaətə gələn məhkəmə kol legiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar q əbul etmişdir.

32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 1(103)-2467/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar