Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2328/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynov) 1(101)-915/2022 nömrəli, 09 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Nəsimi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzası nı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmasını özündə əks etdirən intim videoları yayacağı hədəsi ilə 2021-ci ilin fevral ayından 04 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs külli miqdarda, yəni 54.000 manat məbləğində pulu hədə-qorxu ilə tələb etmiş, ilk dəfə 2021-ci ilin fevral ayında ünvan 1 ünvanın qarşısında həmin dövrün məzənnəsinə görə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən H eydər Əliyev Mərkəzinin yaxınlığında həmin dövrün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında ünvan 1 ünvanın qarşısında 3.600 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 41.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, Zərərçəkmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 02 mart 2022-ci il tarixdə saat 13:35də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum Zərərçəkmiş şəxs hədəqorxu ilə tələb etdiyi sonuncuya DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul ehtiyatı fondundan seriya və nömrələri protokola qeyd olunmaqla verilmiş, həmin günün məzənnəsinə görə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib hadisə yerindən uzaqlaşarkən, saat 13:53-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanının yaxınlığında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Baş İdarəyə dəvət olunub şəxsi axtarış keçirilərkən qeyd olunan pul vəsaiti onun şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-100/2023 nömrəli 10 avqust 2023-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(101)-915/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellya siya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(103)-100/2023 saylı qərarını ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəməsində işə düzgün hüquqi qiymət verilməmiş, şəxsin təqsirliliyini sübuta yetirmək üçün kifayət qədər sübut toplanılmamışdır. Belə ki, məhkəmə öz hökmünü yalnız təqsirləndirilən şəxsin məhkəməyəqədərki istintaq dövründə verdiyi ifadə ilə əsaslandırmış, təqsirləndirilən şəxsin məhkəmə prosesi zamanı verdiyi ifadələrini nəzərə almamışdır. Halbuki, təqsirləndirilən şəxsin b ildirdiyinə görə məhkəməyəqədərki istintaq dövründə polis əməkdaşları tərəfindən fiziki və psixoloji işgəncələrə məruz qalaraq, etirafedici izahat verməyə məcbur edilmişdir. İş materiallarından görünür ki, Məhkum ona elan edilmiş ittiham üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən, BMCMİ-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nərimanov prokurorluğuna müraciət etmişdir. Nərimanov rayon prokurorluğunun 03 fevral 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş və Nərimanov rayon Məhkəməsinin 6(005)-78/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərarı ilə Nərimanov rayon prokurorluğunun qeyd edilən qərarı qanunsuz hesa b edilərək ləğv edilmiş və yenidən araşdırılmanın davam etdirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs işgəncə verilərək ifadə verməyə məcbur edildiyini dəfələrlə məhkəməyə qədər istintaq dövründə və məhkəmə iclasları zamanı bildirsə də, qeyd edilən bu hallar araşdırılmamışdır. Göründüyü kimi, ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadənin işgəncə altında verilməsinə dair əsaslı şübhələr var, təqsirləndirilən şəxsin bu dəlili araşdırılmamış, birinci instansiya məhkəməsi bu xüsusatın araşdırılmasına təşəbbüs belə göstərməmişdir. Belə olan halda həmin ifadələrin mötəbərliliyi və düzgünlüyü şübhə altında qalmış olur. Ona görə də, təqsirləndirilən şəxsin işgəncə altında məhkəməyəqədərki verdiyi ifadələrin əks olunduğu 05 noyabr 2021-ci il tarixli təqsi rləndirilən şəxsin dindirilməsi protokolu (cild l səh 95) sübutlar siyahısından çıxarılmalı idi. Zərərçəkmiş şəxsin verdiyi ifadələr, sonradan ifadəsini dəyişmək üçün istintaq orqanına etdiyi müraciət şəxsin ifadəsinin ziddiyyətli olduğunu və həqiqəti əks etdirmədiyini göstərir. Həmçinin zərərçəkmiş şəxslə təqsirləndirilən arasında razılıq əldə olunmuşdur. Cinayət işinin məzmunundan görünür ki, iş öz ictimai təhlükəlilik qüvvəsini itirmişdir. Tərəflər arasında əldə olunmuş razılığa əsasən zərər tam ödənilmişdir. Kassator qeyd etmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək, habelə hədə-qorxu ilə sonuncunun əmlakına qəsd etmək niyyəti olmamışdır. Şəxsin əməli o halda hədə-qorxu ilə tələb etmə kimi qiymətləndirilə bilərdi ki, Məhkum Zərərçəkmiş şəxs pulunu alıb mənimsəməklə yanaşı, onu şantaj etmək, ona məxsus əmlakı geri qaytarmamaq üçün müxtəlif üsullardan istifadə etsin. Videogörüntülər əvvəlcədən zərərçəkmiş şəxsin xahişi ilə qeydə alındığından, sonradan da onu şantajla, hədə-qorxu ilə pul tələb etmək üçün istifadə etmək niyyəti olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələl ər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işində Azərbaycan Respublikası CM-in 182.3.2-ci madd əsi ilə nəzərdə tutulmuş cinayət törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur, lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə qanunsuz olaraq həmin hökmü qüvvədə saxlamışdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə ittiham irəli sürmüş və onun elan edilmiş ittiham üzrə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum hökmün təsviri hissəsində göstərilən şəraitdə zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatların yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs 54000 manat pul tələb etməsi və 41000 manat faktiki olaraq ondan alması təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi həmi n sübutları məhkəmə iclasında tədqiq edərək onları yoxlamış və qiymətləndirmişdir. Belə ki, ibtidai istintaq zamanı Məhkum ifadəsində ittihamın halları tam təsdiq edərək özünü elan edilmiş ittihamda təqsirli bilsə də, məhkəmə iclasında göstərmişdir ki, o hədəqorxu ilə zərərçəkmiş şəxsdən pul tələb etməmiş və almamış, həmin pulun bir hissəsi ondan borc almış, bir hissəsi isə zərərçəkmiş şəxs ona daşınmaz əmlakın satılmasına görə xidmət haqqı və ad gününə hədiyyə kimi vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edi ldiyi barədə nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni cinayət işi üzrə digər sübutların məcmusu ilə təkzib olunduğundan həqiqətə uyğun olmayan, məhkum tərəfindən özünü ittihamdan müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəni isə digər sübutlarla uyğunluq təşkil etdiyi üçün düzgün və həqiqətə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin sübutların qiymətləndirməsi və təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi barədə gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələrin hökm və qərarının qanunsuz və əsassız olmasına dair kassasiya şikayətinin dəlilinə gəldikdə məhkə mə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin qərarı əsaslı hesab edilir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında t ədqiq edilmiş sübutlara nəzər salıb hesab edir ki, həmin sübutların məcmusu Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin törədilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası cinayət və cinayət prosessual qanunlarının normalarına riayət edilməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq q iymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, birinci və apellyasiya instansiyasında işin hallarına ayrı-ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyas iya instansiyası məhkəmələri Məhkum elan edilmiş ittiham üzrə təqsirli olması və onun əməlinin tövsifi barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üç ün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinay ət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla məhkəmə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, Məhkum 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası üzrə məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 04 noyabr 2024-cü il tarixində Zərərçəkmiş şəxs ərizə ilə, 05 noyabr 2024-cü il tarixində videogörüntü ilə Ali Məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın X2 tərəfindən tam ödənildiyini, onun məhkuma qar şı heç bir şikayəti olmadığı bildirmişdir. Cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsinin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məh rum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslə barışaraq sonuncunun ona qarşı şik ayət və tələbinin olmaması ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə CM-in 60-cı maddəsinin tələblərinə uyğun olaraq daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum İlham oğluna Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 12 (on iki) il 6 (altı) aydan 11 (on bir) il 3 (üç) aya endirilsin. Qərarın qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2328/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2328/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver