Məhkəmə qərarları › İş №1(102)-2328/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2328/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2328/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçiləri Bayramov Bəhruz Front oğlunun və Mehdiyev Fəxrəddin Məhəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025-ci il tarix li qərarından Məhkum müdafiəçiləri Bayramov Bəhruz Front oğlunun və Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx-cü il tarixində Bərdə rayonunun Hüseynallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, “x” internet televiziyasının təsisçisi və baş redaktoru işləmiş, məhkumluğu olmayan, x kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 10 dekabr 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən, torpaq sahələri üzərində hüquqların torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yarandığı halda, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirmədən, eləcə də, Azərbaycan Respublika sının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozaraq, yəni müvafiq yerli icra hakimiyyəti orqanından tikintiyə icazə barədə qərar və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan almadan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Oqtay Daşdəmirov küçəsində: 399464.31: 4464077.65; 399456.77: 4464115.04; 399469.49: 4464116.23; 399475.59: 4464082.10; 399472.39: 4464079.074 koordinatlar üzrə yerləşən 0.0458 hektar (458 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsində 2022-ci ilin may ayından 27 noyabr 2023-cü il tarixinədək olan dövrdə iki ədəd ikimərtəbəli yaşayış evləri inşa etməklə dövlətin əmlak, şəhərsalma və tikinti fəaliyyəti sahəsində maraqlarına mühüm zərər vuraraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan həmin torpaq sahəsinin üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-96/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Bayramov Bəhruz Front oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum bəraət verilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxsin digər müdafiəçisi Mehdiye v Fəxrəddin Məhəddin oğlu da apellyasiya şikayəti verib, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini və “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – “Konvensiya”) 5, 6 və 10-cu maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-96/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçiləri Bayramov Bəhruz Front oğlu və Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verm işlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Müdafiəçi Mehdiyev Fəxrəddin Məhəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ailəsinin mənzil hüququnu reallaşdırmaq məqsədilə digər vətəndaşdan aldığı torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmin ərazidə digər fərdi yaşayış evləri mövcuddur və bu evlərin mülkiyyətinə dair müvafiq hüquqi sənədlər yoxdur. Ölkə üzrə belə sənədsiz evlərin sayı bəzi qiymətləndirmələrə görə üç yüz mindən beş yüz minə qədərdir. Həmin evlərin mülkiyyət sənədlərinin verilməsi üçün hüquqi baza mövcuddur. Belə vəziyyətdə, Məhkum ailəsinin mənzil hüququnu təmin etmək məqsədilə fərdi yaşayış evi inşa etməsi ictimai təhlükəli əməl kimi qiymətləndirilə bilməz və bu hərəkət Azərbaycan Respublikası CM-nin 14-cü maddəsinin təsir dairəsinə daxildir, yəni cinayət hesab edilmir. Məhkum Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həbs edilməsi və eyni zamanda onun yaşayış evində, işlədiyi “x” redaksiyasında, nəqliyyat vasitəsində axtarışların aparılması, kompüterlərin və şəxsi sənədlərin götürülməsi və bu istintaq hərəkətlərin rəsmi qaydada sənədləşdirilməməsi, sonradan isə qaçaqmalçılıq cinayət işi ilə əlaqələndirilməsi göstərir ki, bütün cinayət təqibi onun jurnalist fəaliyyəti ilə bağlı olmuşdur. Buna görə də yerli və beynəlxalq hüquq təşkilatları Məhkum siyasi məhbus kimi tanımışdır. Cinayət təqibi nəticəsində onun Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ və 10-cu maddəsində nəzərdə tutulmuş fikir və if adə azadlığı hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi və onun Konvensiyanın 6, 10 və 18-ci maddələri ilə qorunan hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Müdafiəçi Bayramov Bəhruz Front oğlu digər müdafiəçi Mehdiyev Fəxrəddin Məhəddin oğlunun kassasiya şikayətində göstərdikləri ilə oxşar dəlillər irəli sürərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraətverici əsaslarla yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasi ya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual nor malara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Kassasiya şikayətlərində Məhkum əməlində cinayət tərkibinin olmadığı əsası ilə ona bəraət verilməli olduğu iddia edilir, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033 /2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiq inə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair kas sasiya şikayətlərinin dəlillərini əsassız hesab edir.

24. Belə ki, məhkumun müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, lakin onun həmin cinayəti törətməkdə təqsiri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkə məyədək icraat zamanı və məhkəmə qarşısında verdikləri ifadələri, “əraziyə baxış keçirilməsi haqqında” protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu, məhkəmə tikinti-texniki ekspertizasının rəyi və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilməd iyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

27. Kassasiya şikayətlərində qaldırılan, Məhkum Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinin jurnalisti fəaliyyəti ilə məşğul olması ilə əlaqədar olması, habelə ona bu səbəbdən daha ağır cəza təyin edilməsi nəticəsində Konvensiyanın 6, 10 və 18-ci maddələri ilə təmin edilən hüquqlarının pozulmasına dair irəli sürülən iddia ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. Məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulmasına dair iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallar ından göründüyü kimi, aşağı instansiya məhkəmələrində məhkəmə iclasları ədalətli məhkəmə araşdırması prinsiplərinə uyğun şəkildə və ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsini səmərəli həyata keçirmək, eləcə də öz mənafeyini ifadə edən işin halları üzrə izahlarını təqdim etmək üçün bütün zəruri prosessual imkanlar təmin edilmişdir. Məhkəmələr ibtidai istintaq orqanı tərəfindən qanuni üsullarla toplanmış sübutları müvafiq prosessual cinayət-hüquqi normaların tələblərinə əsaslanaraq ayrı-ayrılıqda və məcmu şəkildə təhlil etmiş, onlara hüquqi qiymət verməklə əsaslandırılmış məhkəmə aktları qəbul etmişlər. Məhkəmə araşdırmaları zamanı hər hansı prosessual pozuntuya yol verilməməsi kassasiya şikayətlərinin məzmunu ilə də təsdiq olunur, belə ki, şikayət müəllifləri məhkəmələrin Konvensiya nın 6-cı maddəsinin konkret olaraq hansı hissəsinin tələblərini pozduğunu və həmin pozuntunun nədə ifadə olunduğunu aydınlıqla bildirməmişlər.

29. Məhkəmələr tərəfindən Konvensiyanın 10 və 18-ci maddələrinin tələblərinin pozulmasına dair iddiaya münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsində olduğu kimi, Konvensiyanın 18-ci maddəsi də müstəqil xarakterə malik deyil. Həmçinin, 18-ci maddənin müddəalarından belə nəticə çıxır ki, bu maddənin pozulması yalnız mübahisələndirilən hüquq və ya azadlıq Konvensiya ilə icazə verilən məhdudiyyətlərə məruz qaldığı halda mümkündür. Konvensiya ilə nəzərdə tutulmuş məhdudiyyətlərə dair bəndin bütün tələblərinə cavab verməyən hər hansı məhdudiyyətin tətbiqi faktı özü-özlüyündə 18-ci maddənin pozulması məsələsini doğurmur. Həmin maddə üzrə şikayətin ayrıca qaydada araşdırılması isə yalnız o halda əsaslı hesab oluna bilər ki, hüquq və ya azadlığa tətbiq edilən məhdudiyyətin Konvensiyada nəzərdə tutulmayan məqsədlərlə tətbiq olunduğu barədə iddia işin mahiyyətində əsaslı və müəyyənedici əhəmiyyət kəsb etsin (Merabişvili Gürcüstana qarşı, № 72508/13, §§ 287291, 28 noyabr 2017-ci il).

30. Baxılan cinayət işinin materiallarından isə görünür ki, Məhkum məhz törətmiş olduğu qanunazidd əmələ görə cinayət təqibinə cəlb edilmiş, onun barəsində aparılmış ibtidai istintaq və məhkəmə araşdırmaları gedişində hər hansı prosessual pozuntuya yol verilməmiş, qəbul edilmiş məhkəmə aktları maddi və prosessual cinayət qanun vericiliyinin tələblərinə uyğun olmuşdur. Bununla yanaşı, şikayət müəllifləri Konvensiyanın 10 və 18-ci maddələrinin tələblərinin pozulmasını iddia edərək, bu iddialarını ümumi şəkildə – Məhkum jurnalist fəaliyyəti ilə məşğul olması və siyasi məhbuslar siyahısına daxil edilməsi kimi hallarla əsaslandırmağa çalışsalar da, irəli sürdükləri iddialar ümumi xarakter daşıyır, məhkumun hazırkı cinayət işi ilə əlaqəsi olmayan konkret hansı hərəkətlərinin onun barəsində cinayət təqibinə səbəb olduğu, habelə onun Konvensiya ilə nəzərdə tutulmayan məqsədlərlə cinayət məsuliyyətinə cəlb edilməsinə dair əsasların nədən ibarət olduğu barədə təfsilatlı məlumat təqdim etməmişlər.

31. Kassasiya şikayətlərinin Konvensiyanın 10 və 18-ci maddələrinin pozulmasına dair iddiaları faktiki olaraq 2 dəlillə əsasl andırılmışdır: ölkə ərazisində xeyli miqdarda oxşar qanun pozuntuları müşahidə olunduğu halda təkcə Məhkum cinayət məsuliyyətinə cəlb edilmiş və ona tətbiq edilən cəza həddən artıq ağır olmuşdur, bunun səbəbi isə onun jurnalist fəaliyyəti ilə məşğul olmasıdır.

32. Bu arqumentlərlə bağlı məhkəmə kollegiyası ilk öncə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının hüquq sistemi hər bir vətəndaşın qanun qarşısında bərabərliyini və peşə, sosial status və vəzifədən asılı olmayaraq qanuni məsuliyyətini təmin edən normalara əsaslanır.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi açıq şəkildə bəyan edir ki, hər kəs hüquq və azadlıqlar baxımından bərabərdir. Dövlət heç kəsi irqi, milli mənsubiyyətinə, cinsinə, dilinə, dininə, sosial mənsubiyyətinə, maddi vəziyyət inə, peşəsinə və digər hallara görə ayrı-seçkilik edə bilməz. Bu norma yalnız hüquqi statusun bərabərliyini deyil, həm də peşə və sosial statusun hüquqi üstünlük yaratmamasını təsbit edir.

34. Azərbaycan Respublikası CM-nin 6.1-ci maddəsi buna uyğun olaraq bildirir ki, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Maddənin tərkibindən göründüyü kimi, vəzifəsindən və peşəsindən asılı olmayarq hər bir çəxs törətdiyi hüquq pozuntusuna görə qanun qarşısında digər vətəndaşlarla eyni hüquqi məsuliyyətə malikdir və onun peşə və ya vəzifə statusu hər hansı xüsusi üstünlük və ya güzəşt təmin edilməsinə səbəb olmur.

35. Eyni mövqedən çıxış edən Azərbaycan Respublikası CPM-nin 11.2-ci maddəsində də bildirilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir. Bu norma istintaq və məhkəmə mərhələlərində ayrı-seçkiliyin qarşısını alır, hüquqi obyektivliyi qoruyur və hər kəsin qanun qarşısında bərabər hesab olunmasını təmin edir.

36. İstinad edilən qanunvericilik normalarınd an aydın göründüyü kimi, hər hansı peşəyə malik olması hüquqi üstünlük və ya güzəşt yaratmadığından, törədilən hüquq pozuntularına görə hər kəs qanun qarşısında eyni məsuliyyət daşıyır. Bu prinsip ədalətin təmin olunması, hüquqi obyektivlik və vətəndaşların qanunvericiliyə inamı baxımından fundamental əhəmiyyət kəsb edir, digər şəxslərin oxşar cinayətlər törədərək məsuliyyətdən kənarda qalması ehtimalı başqalarının eyni cinayətlərə görə cinayət məsuliyyətindən azad olunmasına səbəb ola bilməz.

37. Konvensiyanın 10 və 18-ci maddələrinin pozulmasına dair iddianın digər dəlili – Məhkum təyin olunan cəzanın ağırlığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələ rində açıqlanmışdır.

38. Həmin maddələrə uyğun olaraq, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

39. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müv afiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

40. Göründüyü kimi, törədilmiş əmələ görə təyin edilən cəza ilə həmin əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında gözlənilən proporsionallıq cəzanın ədalətlilik meyarı kimi çıxış edir.

41. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərildiyi kimi, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

42. Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosia l ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur.

43. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cəzanın bir-biri ilə əlaqəli olan üç məqsədindən biri sosial ədalətin bərpası ilə bağlı olsa da, digər iki məqsədi məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına bilavasitə xidmət edir. Cəzanın mühüm məqsədlərindən olan məhkumların islah edilməsi onların törətdikləri əməlin təhlükəliliyini dərk etməsi, gələcəkdə bu cür davranışlardan çəkinməsi və cəmiyyət üçün faydalı bir üzvə çevrilməsi üçün islahedilmə vasitələrinin tətbiqinə yönələn prosesdir.

44. Məhkum təyin olunan cəzanın həddindən artıq ağır olduğuna dair kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

45. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

46. Məhkum əməlində Azərbaycan Respublikası C M-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edildiyi üçün, məhkəmələr tərəfindən cəza təyin edilərkən cinayət qanunvericiliyində nəzərdə tutulan ədalət və proporsionallıq prinsipləri rəhbər tutulmuşdur. Bununla belə, məhkəmə kollegiyası həmin prinsiplərin tətbiqi zamanı şəxsin əmələ münasibəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi kimi halların nəzərə alınmasının vacibliyini vurğulayır.

47. Belə ki, iş üzrə keçirilən məhkəmə iclaslarında Məhkum özünü təqsirli bilmədiyini, barəsində irəli sürülmüş ittihamla razılaşmadığını bildirmiş, özgə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti aparmasından heç bir peşmançılıq hissi keçirməmiş, əksinə törətdiyi cinayət əməlinə başqalarının da belə hərəkət etmələri ilə haqq qazandırmağa çalışm ışdır.

48. Müvafiq olaraq birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın orta həddində - 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

49. Məhkəmələrin Məhkum təyin etdikləri cəzanın ədalətliliyini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsində təsbit edilmiş ümumi prinsipə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş h üdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Yəni məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.

50. Məhkum təyin edilmiş cəzanın açıq-aydın ədalətsiz xarakter daşımadığını, həmçinin ona daha yüngül cəzanın təyin edilməsi üçün qanuni və əsaslı səbəblərin mövcud olmadığını müəyyən edən məhkəmə kollegiyası, məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara uyğundur, cəza institutunun q anunla müəyyən edilmiş məqsədlərinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam şəkildə xidmət edir.

51. Beləliklə, yuxarıda təfsir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

52. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsin i rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçiləri Bayramov Bəhruz Front oğlu və Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1033/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar