Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-233/2019 20.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 233/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "20" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2nun iştirakları il ə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx xxxxxxx 1977-ci il tarixdə Şəki rayonunun, Köndələn kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki ray onu, Köndələn kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 2631.3-cü maddəsi ilə 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətə, CM-nin 264-cü maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla, qəti olaraq, 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «xxxx» MMC-nin 01.11.2012-ci il tarixli sərəncamı ilə 39 nömrəli şəhər daxili xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilən X11 fiziki şəxs kimi məxsus olmaqla 01.09.2017-ci il tarixli 000232 nömrəli aylıq yol vərəqəsi ilə X1 faktiki idarə etdiyi «DAEWOO BS090» markalı AZ**-XV-*** dövlət nömrə nişanlı avtobusu 14 sentyabr 2017-ci il tarixdə saat 0711də X1dən günü üç manat hesabı ilə müvəqqəti götürüb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək sərnişin daşımaqdan ötrü avto busu idarə etmək hüququ verən «D» kateqoriyalı sürücülük vəsiqəsi və etibarnaməsi olmadan Bakı şəhərdaxili 39 nömrəli xətt üzrə idarə edib, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə Yasamal rayonu telefon qovşağı istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə 30-40 km/saat sürətlə hərəkət edərək ünvan 1 ünvanında yerləşən «KFC» restoranın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, tələblərinə əməl etməyərək qarşıda yolun hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə piyadanın qucağında körpə uşaq dayandığını görüb vaxtında tədbir görməklə diqqətini avtobusun idarə olunmasından ayırmamalı, avtobusun təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında, düzgün yerinə yetirməli, həmin piy adanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməyərək, piyadanın yanından ötüb keçəcəyini güman edərək yol hərəkəti qaydalarını pozub, yaxınlıqdakı avtobus dayanacağına doğru istiqamətlənərkən yolun hərəkət hissəsinin sağ kənarında dayanmış piyada X9 avtobusun qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə özgənin əmlakı olan həmin avtobusu ehtiyatsızlıqdan zədələyərək zərərçəkmiş şəxs X11 110 manat məbləğində maddi ziyan vuraraq, eyni zamanda həmin vaxt X9 qucağında olan xx.xx.2016-cı il təvəllüdlü oğlu X6 ehtiyatsızlıqdan sol təpə nahiyəsinin yumşaq toxumasının zədələnməsi kimi fi ziki ağrı yetirərək, X9 isə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölümünə səbəb olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydalarını pozmuş və Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara xəbər vermədən, eyni zamanda xəsarət alan X10 və X6 yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Məmmədov Qail Fazil oğlu v ə Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 27 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2018ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmənin müddəti artırılaraq 08 il müddətə, cinayətlərin məcmusu üzrə qəti cəza olaraq təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti 08 il 06 ay müəyyən olunmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X8 nümayəndəsi X2 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmas ının təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində göstərilmiş xüsusatlara hüquqi qiymət verməmiş, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əvvəllər də eyni xarakterli cinayətlər törətməsini, məhkumluğunun ödənilmədiyi və götürülmədiyi halda yenidən eyni xarakterli cinayətlər törətməsini nəzərə almamış, yəni islah olunmadığının təsdiq olunmasına baxmayaraq ona cəmi 06 ay qismən toplayaraq aşağı həddə cəza təyin etmişdir. Lakin Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar tam toplanmalıdır, belə ki, cinayət işinin 107-110-cu vərəqəsində olan hökmün surətindən görünür ki, Təqsirləndir ilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.4, 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də analoji cinayətlər törətmiş, yəni sürücülük hüquqi olmadan 39 nömrəli marşrut avtobusu ilə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin maddənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin birinci və apellyasiya instansiya məhkəmələri CM-nin 45.2 və 83-cü maddələrinin tələblərinin nəzərə almayaraq hökmdə və qərarda Təqsirləndirilən şəxs məhkumluğu o lmayan şəxs kimi qiymətləndirmişdir. Şikayətdə həm də qeyd olunmuşdur ki, «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamında da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin aktuallığı və mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsinin, o cümlədən sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məşdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən yol-nəqliyyat hadisələrinin törədilməsinə görə cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışd ır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmiş və göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsul u, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər və yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərin həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı olan ictimai münasibətlər, ictimai təhlükəli xarakteri - hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə yönələn hərəkətlərlə yanaşı, hadisə nəticəsində bir nəfərin ölməsində ifadə olunmuşdur. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya məhkəməsinin qərarını ləğv et məklə cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı isə bu şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 verdiyi kassasiya şikayətində Təqsirləndirilən şəxs təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə T əqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin yuxarı həddində cəza təyin edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, qeyd olunan məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, buna dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin, apellyasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, birinci ins tansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısının məhkuma cəza təyini ilə bağlı mövqeyinə uyğun çıxış edən dövlət ittihamçısı X4 çıxışlarını dinləyərək hesab edir ki, hökm zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 263-1.3 maddəsilə təyin olunmuş azadlıqdan məhrum etmənin, eləcə də cinayətlərinin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş azadlıqdan məhrum etmənin müddəti artırılmalı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkumun ittiham olunduğu cinayət əməlləri ona özünün etirafı ilə, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələr ilə, məhkəmə ekspertizalarının rəylərilə və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir. Məhkumun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrilə düzgün olaraq tövsüf edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 263-1.3 maddəsilə yüngül cəza təyin etmişdir, belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlik dərəcəsi, eləcə də zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsi kifayət qədər nəzərə alınmamışdır, belə olan halda hökm qüvvədə qala bilməz, dəyişdirilməli, məhkuma CM-nin 263-1.3 maddəsilə təyin olunmuş azadlıqdan məhrum etmənin müddət, eləcə də cinayətlərinin məcmusu üzrə qəti cəza olaraq təyin edilmiş azadlıqdan məhrum etmənin müddəti artırılmalı, apellyasiya şikayəti təmin olunmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla əlaqədar Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha sərt cəza təyin edilməli olduğu qənaətinə gəlmiş, belə qənaətə gəlməsinin səbəblərini qərarda göstərmiş, bunlara dair nəticəni işin hallarına istinad edərək şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır (zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 verdiyi kassasiya şika yətinə münasibətdə) və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarında göstərilənlərlə birlikdə təhlil etməklə qeyd edir ki, həmin məhkəmə tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin olunarkan bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanın ağırlaşdıran halın mövcud olmadığı, cəzanı yüngülləşdirən hallar nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri baxımından ona daha ağır cəza təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətinə gələrkən (zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayən dəsi X2 verdiyi kassasiya şikayətinə münasibətdə) məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüng ülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, cəzanı ağırlaşdıran hallar Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində sadalanmışdır. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Şikayətdə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən halların hər hansı birinin, o cümlədən cinayətin residivinin mövcudluğuna istinad edilməmişdir (şikayətdə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğunun ödənilmədiyi iddia olunur). Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsi ndə residivin mövcudluğu məsələləri cinayətlərin məhz qəsdən törədilməsi ilə əlaqələndirilir (ehtiyatsızlıqdan törədilən cinayətlər və buna görə məhkumluqlar residiv yaratmır). Hazırkı iş üzrə Təqsirləndirilən şəxs yalnız bir qəsdən törədilən – Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayətə görə ittiham verilmiş (o, həmin maddə ilə də təqsirli bilinmişdir) və həmin cinayət Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin (01 dekabr 2017-ci ildək qüvvədə olan redaksiyada) 18.4.1-ci maddəsinə görə isə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, əməlin (hərə kət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğun ödənilib-ödənilmədiyindən asılı olmayaraq hazırkı iş üzrə cinayətlərin residivindən və, ümumiyyətlə, hər hansı bir cəzanı ağırlaşdıran halın mövcudluğundan söhbət gedə bilməz. Şikayətdə təyin edilmiş cəzanın tam toplanılmalı olduğu iddia edilsə də, bu mövqe də Təqsirləndirilən şəxs əvvəlki məhku mluğu ilə əlaqələndirilmişdir. Yuxarıdakıları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin bu mövqeyi də əsaslandırılmış hesab oluna bilməz və iş materiallarında da cəzanın tam deyil, qismən toplanılmalı olduğuna dair nəticənin (apellyasiya məhkəməsinin gəldiyi) qanuniliyini şübhə altına almağa əsas verən hər hansı bir məlumat və ya digər amil mövcud deyildir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin izahlarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının l əğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı (zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2 verdiyi kassasiya şikayətinə münasibətdə) əsaslı olduğundan (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X2tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-233/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-233/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver