Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-233/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova Qasımova qızının Türkən Bəndər katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş hüquqi şəxs - AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nümayəndəsi, Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Əliyev Fərzəli Qurban oğlunun Məhkumun müdafiəçisi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxxxxx 1993-cü ildə Neftçala rayonunun Beşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bağban və fəhlə işləmiş, məhkum olunmayan, ünvan qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 177.2.3 və 177.2.4cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Əliyev Fərzəli Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.A.Səfərov) Məhkum – Azərbaycan Re spublikası CM-nın 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 06 ay 27 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, iş üzrə zərərçəkmiş hüquqi şəxs - AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təqsirləndirilən şəxs Məhkum qarşı 11.621,45 manat mülki iddiası rədd edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş hüquqi şəxs AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Əliyev Fərzəli Qurban oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin x x xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və E.E.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilməklə, Məhkum təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 06 ay 27 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 11 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019-cu ildən hesablanması qərara alınmışdır. İşin halları: Məh kəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında bağban və fəhlə işləyərkən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 129 ünvanında yerləşən Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 304 saylı oxu zalına qanunsuz daxil olub oradan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 2 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» modelli personal kompüteri, xx xxxx 2018-ci il tarixdə 304 saylı oxu zalına qanunsuz daxil olub oradan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 7 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» modelli personal kompüteri, xx xxxxxx 2018-ci il tarixdə 304 saylı oxu zalına qanunsuz daxil olub ora dan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 5 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» modelli personal kompüteri və xx xxxxxx 2018-ci il tarixdə 302 saylı təlimlər zalına qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 150 manat olan istifadədə olmuş 3 ədəd «HP» markalı «2000-2d04SR» modelli notbuku qidalandırıcı elementi ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına ümumilikdə 5.770 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxs - AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarının AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mülki iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi, zərərçəkmiş şəxsin mülki iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin zərərçəkmiş şəxsin mülki iddiasının rədd edilməsinə dair qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, oğurlanmış kompüterlərin dəyəri, həmin əmlakların qiymətləndirilməsinə dair keçirilmş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş 5320 manatdan qat-qat çox olmuşdur. Bu barədə müvafiq sənədlər zərərçəkmiş hüquqi şəxs tərəfindən istintaqa təqdim olunmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi hesab edir ki, ekspertin rəyi əsassız olduğundan, həmin rəyə istinad edilməklə qəbul edilmiş qərar da qanuni hesab oluna bilməz. Hüquqi məsələlər: Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi F.Əliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi F.Nağıyev və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin d üzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti ndə zərərçəkmiş hüquqi şəxs AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mülki iddiasının tam təmin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Belə ki, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında bağban və fəhlə işləyərkən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 129 ünvanında yerləşən Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 304 saylı oxu zalına qanunsuz daxil olub oradan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 2 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» model li personal kompüteri, xx xxxx 2018-ci il tarixdə 304 saylı oxu zalına qanunsuz daxil olub oradan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 7 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» modelli personal kompüteri, xx xxxxxx 2018-ci il tarixdə 304 saylı oxu zalına qanunsuz daxil olub oradan bir dəstinin qiyməti 380 manat olan istifadədə olmuş 5 dəst «HP» markalı «Pro 3500 DİV 80 EA» modelli personal kompüteri və xx xxxxxx 2018-ci il tarixdə 302 saylı təlimlər zalına qanunsuz daxil olub oradan bir ədədinin qiyməti 150 manat olan istifadədə olmuş 3 ədəd «HP» markalı «20002d04SR» modelli notbuku qidalandırıcı elementi ilə birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına ümumilikdə 5.770 manat x eyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkum törətmiş olduğu həmin cinayət əməli və həmin əməl nəticəsində vurulmuş ziyanın məbləği iş üzrə toplanmış sübutlarla, o cümlədən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 21277 saylı və xx.xx.2018-ci il tarixli, 23207 saylı rəylərinə əsasən müəyyən olunur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X8 istintaqın gəldiyi həmin nəticə ilə razılaşmış, mülki iddia qaldırmamış və xx xxxxx 2019-cu il tarixli protokolla cinayət işinin başa çatması elan edilərkən və istintaq materialları tanış olmaq üçün ona təqdim olunarkən heç bir vəsatət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı i rəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz. Məhkəmə kollegiyası hesab edir ki, k assasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə koll egiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş hüquqi şəxs AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Əliyev Fərzəli Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-233/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-233/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver