Məhkəmə qərarları › İş №1(102)-233/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-233/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-233/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 9,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər R E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1987-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini t örətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2008-ci il tarixdən nikahda olduğu və Şəmkir rayonunun Kür qəsəbəsi, Həzi Aslanov küçəsi, 1-ci döngə, 2-ci binanın, 3-cü mənzilində onunla birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxsin başqa kişilərlə intim münasibətdə olmasından əsassız şübhələnərək qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs ilə dəfələrlə mübahisə etmiş, sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə növbəti münaqişədən sonra Zərərçəkmiş şəxs valideynlərinin yaşadığı evə getmiş, bundan sonra Məhkum arvadı Zərərçəkmiş şəxsi qısqanclıq zəminində və qaynanası X3 isə qızı Zərərçəkmiş şəxsi müdafiə etdiyinə və onların ailə məsələlərinə qarışdığına görə qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində istintaqa məlum olmayan mənbədən əldə etdiyi kəsici-çapıcı xassəyə malik olan məişətdə istifadə olunan çapacağı və zərbə-dağıdıcı təsirə malik olan beşbarmağı özü ilə götürüb Zərərçəkmiş şəxsin valideynlərinin yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, 3-cü binanın 1-ci mərtəbəsində yerləşən 48-ci mənzilin qarşısına gəlmiş, qaynanası X3ün nəvəsi X5i məktəbə göndərmək üçün mənzilin giriş qapısını açdığını görüb tez mənzilə daxil olmaqla öz niyyətini həyata keçirmək məqsədilə arvadı Zərərçəkmiş şəxs və qaynanası X3ün evdən qaçmalarının və qonşuların onun h ərəkətlərinə müdaxilə etmələrinin qarşısını almaq üçün mənzilin giriş qapısının kilidini içəridən bağlamış və mənzilin mətbəxində qaynanası X3ü və arvadı Zərərçəkmiş şəxsin əlləri ilə fiziki zor tətbiq etməklə döşəməyə yıxaraq, hər ikisinin üzərinə çıxıb onların bədənlərini ayaqları arasında sıxıb saxlamış, özü ilə gətirdiyi çapacağı gödəkçəsinin altından çıxarıb arvadı Zərərçəkmiş şəxsə xüsusi əzab və iztirab verdiyini dərk edib onun gözləri qarşısında çapacağın tiyəsinin küt tərəfi ilə sonuncunun anası X3ün həyat üçün əhəmiyyətli orqan hesab edilən baş nahiyəsinə qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə zərbələr vurmağa başlamış, eyni zamanda qaynanası X3ə xüsusi əzab və iztirab verdiyini dərk edib onun gözləri qarşısında sonuncunun qızı Zərərçəkmiş şəxsin həyat üçün əhəmiyyətli orq an hesab edilən baş nahiyəsinə qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə çapacağın tiyəsinin küt tərəfi ilə bir neçə dəfə vurmuş, onların qışqırtılarından sonra çapacağın tiyəsinin iti tərəfi ilə X3ün başından bir neçə dəfə vuraraq, ona başın tüklü hissəsində sağ təpə-gicgah və təpə nahiyəsinin çapılmış yaraları, sağ əlin 1 və 2-ci barmaqarası nahiyəsinin, sağ əlin 2-ci barmağının orta falanqasının ovuc səthinin kəsilmiş səthi yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sağ göz ətrafı yumşaq toxumaların, sağ bazunun orta üçdə birinin, sağ baldırın yuxarı üçdə birinin qançırları, sağ ayağın iç topuq nahiyəsinin şişkinlik və ağrı halında əzniyi ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, onun baş nahiyəsinin qanaması və yıxılaraq huşunu itirməsindən sonra öldüyünü güman edərək X3ü ayaqları arasından kənarlaşdırmış, bundan sonra arvadı Zərərçəkmiş şəxsin baş nahiyəsinə çapacağın iti hissəsi də bir neçə dəfə vurmuş, həmin müddətdə X3ün sürünərək gedib qapını açmasından sonra səs-küyü eşidərək köməyə gəlmiş qonşuları X6 qızının qışqırtısına özünü itirərək arvadı Zərərçəkmiş şəxsi növbəti dəfə vurmaq istəyən zaman sonuncunun müqavimət göstərməsi nəticəsində çapacaq yana doğru istiqamətini dəyişərək Zərərçəkmiş şəxsin sifətini cızmış və onun əlindən yerə düşmüş, daha sonra cibindən beşbarmağı çıxarıb Zərərçəkmiş şəxsin başına vurmaqla ona təpə sümüyünün xarici sümük səhifəsinin basılmış sınığı ilə müşayiət olunan başın tüklü hissəsində təpə çapılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb ol muş az ağır zərər vuran, sol gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, sol almacıq nahiyəsinin şişkinliyi və sıyrığı, sol bazunun yuxarı 1/3-in qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, həmin vaxt qonşuları xxxx müdaxiləsi nəticəsində, habelə X3ün və Zərərçəkmiş şəxsin fiziki müqavimət göstərmələri, eləcə də hər iki zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatları xilas edildiyinə görə, Məhkum öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək X3 və Zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni iki şəxsən qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər S.B.Hüseynov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu məhkəmə kollegiyasına teleqramla müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsi ndə baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar