Məhkəmə qərarları › İş №1(102)-233/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-233/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-233/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Leyli Cəfər qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və onun müdafiəçisi – “X45” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya ş ikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim H.A.Səfərov) Məhkum (xx xxxx 1990-cı ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 1 (bir) gün cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlan ılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 14 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qurbanov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri lə ğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 15 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və Ə.Ə.Novruzovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekab r 2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər E.E.Rəhimov və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən, Məhkum tamah niyyəti ilə etibardan sui-stifadə etmə və aldatma yol u ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra onun qızı Şahid1 Yasamal Rayon Məhkəməsində və yaxud Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin karguzarlıq xidmətinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2017-ci ilin dekabr ayında ünvan 2 ünvanda 2000 manat və 2018-cı ilin mart ayında həmin ünvanda 1200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 4 3200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona tanışlarının vasitəsi ilə Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasından və Səhiyyə Nazirliyindən müsbət rəy alıb qısa müddətdə övladlığa uşaq götürməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 3 ünvanda ümumilikdə 5300 manat pulunu vahid niyyət ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 1 5300 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənın əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həq iqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində ipoteka krediti yolu ilə mənzil əldə olunmasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 16 iyun 2018-ci il tarixdə ünvan7, X6 küçəsində yerləşən “X25” geyim mağazanın qarşısıda 500 manat və 17 iyun 2018-ci il tarixdə həmin ünvanda 900 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 3 1400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X3 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib özünü Yasamal Rayon Məhkəməsində hakim köməkçisi işlədiyi barədə həqiqətə uyğun olmayan məlumat verərək e tibarlı münasibət yaratdıqdan sonra onu tanışlarının vasitəsi ilə Yasamal Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsinə işə duzəlməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 22 iyun 2018-ci il tarixdə ünvan8-da 1000 manat pulunu ələ keçirib zərərçəkmış şəxs Zərərçəkmiş şəxs 3 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2018ci ilin avqust ayında bir dəfəyə ünvan9ndə yerləşən X55nin yanında 1000 pulunu ələ keçirib Zərərçəkmiş şəxs 2 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Abbas qızının etibarından sui-istifadə edib özünün Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona Ədliyyə Nazirliyinin mərkəzi aparatına işə düzəlməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə ünvan10də yerləşən “X65” şadlıq evinin yanında 1000 pulunu ələ keçirib zərərçəkmiş şəxs XXX15ya 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti i lə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib özünü Ədliyyə Nazirliyinin əməkdaşı olduğunu bildirib həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra ona gizir rütbəsi almaqla Ədliyyə Nazirliyinin Katibliyinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2018-ci ilin avqust ayında bir dəfəyə ünvan11ndə yerləşən “X65” şadlıq evinin yanında 550 pulunu ələ keçirib Zərərçəkmiş şəxs 6 550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib özünün Nərimanov Rayon Məhkəməsində işlə diyi barədə həqiqətə uyğun olmayan məlumat verərək etibarlı münasibət yaratdıqdan sonra eyni vaxtda Bakı şəhəri, Yasamal rayonu, X8 8 ünvanında yerləşən Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində ipoteka krediti yolu ilə mənzil əldə olunmasına və sosial müavinət təyin edilməsinə köməklik göstərəcəyinə dair vəd verib aldadaraq 2019-cu ilin avqust ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində bir neçə dəfə olmaqla ünvan12ndə yerləşən “X65” şadlıq evinin qarşısında 2000 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 7 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə birinci apellyasiya baxışı nəticəsində Məhkum törətdiyi dələduzluq əməllərinə görə düzgün olaraq (birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə) azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunduğu halda, ikinci apellyasiya baxışı zamanı məhkəmə əsassız olaraq – Məhkum məsuliyyətini yüngülləşdirən halları, xüsusilə də zərərçəkmiş şəxslərə vrurulmuş ziyanın tam olaraq ödənilməsinin müvafiq sübutlarla təsdiq olunmasını, zərərəçəkmiş şəxslərlə barışığın əldə olunmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almayıb birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını dəyişdirilmədən saxlamış, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qoyulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azırbaycan Respublikası CinayətProsessual Məcəl ləsinin 416.1.1, 416.1.3, 416.1.6, 416.1.21, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və yaxud ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılm ası üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yax ud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən hallara, onun təqsirli bilindiyi əməllərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır – azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğunu və CM-in 70-ci maddəsinin tətbiqi, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün əsasların olmasına baxmayaraq həmin cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın dəyişdirilməsi, Ü.V.Əskərovanın barəsində şərti məhkum etmənin tətbiq edilməsi və yaxud ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə tələblərini m əhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.3, 416.1.6, 416.1.21, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəx s haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edi lir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsi ndə təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq y aranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçinin Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun təd qiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum 7 epizodda müxtəlif zərərçəkmiş şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərinin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qarşısında isə təqsirlilik, əməlin hüquqi tövsifi kimi məsə lələr mübahisələndirilməmiş, müdafiəçinin hökmdən verdiyi apellyasiya şikayətində müstəsna olaraq Məhkum hökmlə təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq ağır olması iddia edilməklə cəzanın yüngülləşdirilməsi barədə tələb irəli sürülmüşdür. Apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum cəzanın təyin edilməsi hissəsində də Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində (o cümlədən, CM-in 60-cı maddəsinin tələb etdiyi həddə) olan cəza baxılan iş üzrə birinci instansiya məhkəməsi, habelə əvvəlki apellyasiya baxışı zamanı müəyyən edilmiş Məhkum himayəsində azyaşlı uşağının olması, əməllərini qismən etiraf edərək peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi, qadın olması, xəstəlikdən əziyyət çəkməsi kimi cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (xüsuslə də, Məhkum çox sayda zərərçəkmiş şəxslərin əmlakının ələ keçirilməsində və xeyli miqdarda ziyanın vurulmasında ifadə olunan təkrar dələduzluq cinayətlərini törətməsi), təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın on un islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə əlaqəli şəkildə nəzərə alır və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza kimi çıxış edir. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (o cümlədən, Cinayət Məcəlləsinin 70-ci maddəsinin və yaxud 62-ci maddəsinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş, cəza nın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən kassasiya şikayətində istinad olunan CPM-in 416.1.1, 416.1.3, 416.1.6, 416.1.21, 416.1.22-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar