Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-233/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Kamil Çingiz oğlu) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Ərəbbəsrə kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0,208 qram narkotik vasitə olan heroini, iki ədəd şəffaf sellofan torbada ümumi çəkisi 188,33 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və üzərində “Methadone 40” göstəricisi olan dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,200 qram təşkil edən blister kəsiyində 5 ədəd açıq-qəhvəyi rəngli «F\M 40» göstəricili şəxsi istehlak miqdarından artıq miqdarda metadonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək 0,208 qram narkotik vasitə olan heroini və 0,200 qram təşkil edən 5 ədəd dərman həbi formasında metadonu üzərində, iki ədəd şəffaf sellofan torbada ümumi çəkisi 188,33 qram narkotik vasitə olan qurudulmuş marixuananı isə idarə etdiyi VAZ- 21074 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 10 noyabr 2023-cü il tarixdə, saat 21:30 radələrində Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektində Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şö bəsinə gətirilib üzərində həmin gün saat 22:05-dən saat 22:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı çəkisi 0,288 qram narkotik vasitə olan heroin, üzərində “Methadone 40” göstəricisi olan dərman həbinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,200 qram təşkil edən blister kəsiyində 5 ədəd açıq-qəhvəyi rəngli «F\M 40» göstəricili şəxsi istehlak miqdarından artıq miqdarda metadon aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, bundan sonra həmin gün saat 22:45-dən saat 23:00-dək olan müddət ərzində Yevlax RPŞ-n in inzibati binasının həyətində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Məhkum məxsus VAZ-21074 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə keçirilmiş baxış nəticəsində avtomobilin arxa oturacağının altından iki ədəd sellofan bükümlərdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı ayrıayrılıqda çəkiləri 113,96 qram və 74,37 qram olmaqla eyni tərkibli olan ümumi çəkisi 188,33 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Yevlax Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Cabbarov Vidadi Əhməd oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 31 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-in müvafiq maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 4 mart 2011-ci il tarixli Qərarlarına, Məhkum təqsirli bilindiyi ittihama və məhkəmələr tərəfindən onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum təqsirli bilindiyi ittihama əsasən, onun üzərindən narkotik vasitə olan həm heroin, həm marixuana, həm də metadon həbləri aşkar edilmiş, qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından 37 dəfə, metadonun miqdarı isə şəxsi istehlak miqdarından 10 dəfə artıq olmuş, o, narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə ehtiyacı yoxdur, bu hallara görə sonuncuya daha ağır ittihamın irəli sürülməməsinə baxmayaraq həmin hallar ona daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirmişdir. Lakin, birinci instansiya məhkəməsi 3 növdə və xeyli miqdardan dəfələrlə çox narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlayan Məhkum yüngül cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən öz nəticələrini qəbul etdikləri yekun məhkəmə aktlarında əsaslandıra bilməmiş, törədilmiş cinayətin mühüm hallarına diqqət yetirməmiş və həmin cinayətin xarakterin i və ictimai təhlükəlilik kifayət qədər nəzərə almamışlar. Eyni zamanda məhkəmələr Məhkum səmimi peşmanlığını cəzanı yüngülləşdirən hal kimi nəzər almaqda da haqlı olmamışlar ona görə ki, iş üzrə toplanmış sübutlarla səmimi peşmançılığa görə cinayət məsuliyyətindən azad edilməsi mümkünlüyü nəzərdə tutulmuş CM-in 72-ci maddəsində göstərilən hallardan heç biri müəyyən edilməmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.M.Abdullayev onun kassasiya protestinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.M.Abdullayev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ka ssasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə ara şdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunve riciliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, b irinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə ha qlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə mötəbər nəticə yə gəlmiş və onun həmin əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı A.M.Abdullayev tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və həmin şəxsin maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz və tamamilə əsassız olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – yekun olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar g örmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas v erir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cinayət-hüquqi xarakterli tədbiri tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü il ə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalarda n daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər ha llarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin ed ilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq həm qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, həm də CM-in 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış edərək sonuncuya onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı və yuxarı hədlərinin müəyyən edilməsini nəzərə alıb ona həmin bu həddə - qəti olaraq 11 (on) bir ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq h esab etmişlər ki, məhkəmə kollegiyası da həmin cəzanı ədalətli və qanuni hesab edərək onun açıq-aşkar yüngül cəza olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məc əllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plen umunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, ci nayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiy yətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətd iyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərin ə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, ci nayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi P lenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsi rləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların ın, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədə niyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirka rın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzal anmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr düzgün olaraq onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə (narkotik vasitələrin üç növdə və xeyli miqdarlarda olması) yanaşı CM-in 59.1.4-cü maddəsinə əsasən məhkumun himayəsində dörd azyaşlı uşaqlarının olmalarını (dövlət ittihamçısı bu hala ümumiyyətlə diqqət yetirməmişdir), CM-in 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf etməklə səmimi peşmançılıq çəkməsini, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən ən ağırı - azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. Kassasiya protestinin dəlillərinin əksinə olaraq, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin etmə məsələsi həll edilərkən nəzərə aldıqları halların cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki belə halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hallar qanunun (CPMin 139.0.5-ci maddəsinin) tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, CM-in 59.2-ci maddə si məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyələndirən, məhkumun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır və məhkəmələr təhlil edilən məsələ üzrə yuxarıda göstərilən nəticəyə gələrkən istinad etdikləri halları təsdiq edən sübutları təhqiq etməklə yanaşı həm də CPMin 145.1-ci maddəsinə əsasən onlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət də vermiş, qanunun tələbləri baxımından kifayət qədər əsaslandırdıqları nəticə isə heç də ehtimallar və ya mülahizələr üzərində qurulmamışdır. Eyni zamanda, dövlə t ittihamçısının kassasiya protestində istinad etdiyi hallar, yəni Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrinin miqdarlarının şəxsi istehlak miqdarlarından artıq olması da (bu əlamətlərə görə Məhkum məhz CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin ittiham üzrə təqsirli bilinərək məhkum edilmişdir) CM-in 61.2-ci maddəsinin tələbinə əsasən nə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alına, nə də ki, təyin edilmiş cəzanın mütləq şəkildə ağırlaşdırılması üçün əsas yarada bilməz ona görə ki, cinayət qanunun yuxarıda təsvir edilmiş normaları, onlara verilmiş təfsir və şərhlər şəxsə təyin edilmiş cəzanın açıq-aşkar yüngül hesab edilməsi üçün tamamilə başqa meyarları (cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələnd irilən halları, cəzanın məqsədlərinə nail olunmasına mümkün olub-olmamasını və s.) nəzərdə tutur. Həmçinin, kassasiya protestinin CM-in 72-ci maddəsində nəzərdə tutulmuş halın, yəni Məhkum törətdiyi əməldən səmimi peşman olmasının düzgün olmayaraq məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməsinə dair əsassız dəlilinə münasibət bildirən məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi bir çox qərarlarında (məsələn, X3ün CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə 10 yanvar 2022-ci il tarixli, X6nın CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə 5 sentyabr 2023-cü il tarixli və başqa qərarlarında) ifadə etdiyi mövqeyə uyğun olaraq növbəti dəfə xatırladır ki, CM-in 72-ci maddəsində nəzərd ə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmançılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsini özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza tətbiq etməkdən imtina etməsidir. Cəzadan azad etmə məsuliyyətdən azad etmədən fərqli olaraq, şəxsin mühakiməsindən, yəni ittiham hökmü çıxarıldıqdan sonra tətbiq olunur. İş materiallarından göründüyü kimi Məhkum cinayət məsuliyyətindən azad olunmamış, o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-in 72.1-ci maddəsi nə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yol la aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətlər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən başqa hallar müəyyən edildikdə belə onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təy ini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrıayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər (iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmiş Məhkum istintaq orqanının və məhkəmələrin çağırışlarına vaxtı-vaxtında gəlmiş və cinayət təqibinin bütün mərhələlərində törətdiyi cinayət bar ədə etirafedici ifadələr verərək cinayət təqibini aparan orqanlarla əməkdaşlıq etdiyini göstərmişdir), ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında sərgilədiyi davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin təqsirini boynuna alaraq səmimi peşmançılıq hissi keçirməsinə dəlalət edir və bu hal araşdırılmış sübutlarla tam təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapdığından məhkəmələr bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirib səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlıq çəkməsi məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilə və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meyilli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum verdiyi ifadələrin təhlili göstərir ki, o, bütün ifadələrində törətdiyi əmələ görə peşmançılıq çəkməsini bildirmiş, onun bu hissi keçirməsi ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin biri-biri ilə üst-üstə düşən məzmunu ilə də təsdiq olunur ki, bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı, həm də fəlsəfi nöqteyi nəzərdə səmimi peşmanlığından xəbər verir. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar cəzanın məqsədlərinə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər digər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə yanaşı bu kateqoriyadan olan cinayət törətdiklərinə görə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalırının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi tələb edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilmə si və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etmə yə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlük ə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uyğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsinə və tətbiqinə dair normalar nəzərdə tutulan qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-in Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edilmiş, o cümlədən CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərdən də çıxış edərək Məhkum onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın açıq-aşkar yüngül cəza hesab edilməsi üçün əsaslar görmür və buna görə kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayaraq həmin protestin təmin olunmasını mümkün bilmir. Dövlət ittihamçısı A.M.Abdullayev isə bunun əksinə olan nəticəni, yəni Məhkum daha yüksək həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya sı məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanı lmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-233/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-233/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver