Məhkəmə qərarları › İş №1(102)-2330/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2330/2025

02.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2330/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlunun iştirakları ilə, XXXXX-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, hal hazırda cəza çəkən Xnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi i lə məhkum edilməsinə dair cinayət işi üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməməsi ilə əlaqədar kassasiya şikayətinin geri qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2025-ci il tarixli 1(103)-529/2013 nömrəli qərarından məhkumun müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə (hakimlər Ə.M.Abbasov (sədrlik edən), hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli xx.xx.2012-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli, 1(103)-529/2013 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum Xnın müdafiəçiləri A.M.Atakişi və M.N.Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Həmin qərardan məhkum Xnun müdafiəçisi X3 tərəfindən kassasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının x x.xx.2015-ci il tarixli, 1(102)-182/2015 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli məhkum edilmiş şəxs X barəsindəki qərarının dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkum edilmiş şəxs X və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən birgə kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)529/2013 nömrəli qərarının ləğv edilməsini və Xna bəraət verilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2025-ci il tarixli, 1(103)-529/2013 nömrəli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən), hakimlər E.Ə.Mehdiyev və Z.V.Əhmədovdan ibarət tərkibdə) verilmiş kassasiya şikayəti üzrə müddətin ötürülməsi ilə bağlı, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(103)529/2013 nömrəli qərarından məhkum edilmiş şəxs və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi Sadıqov Həsən Əhəd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları vaxtında verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarları ona ümumiyyətlə təqdim edilməmişdir. Müraciət müəllifi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 04 avqust 2025-ci il tarixli qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edi lən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Eyni ilə Məcəllənin 411.1-ci maddəsinə əsasə n kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs X və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən birgə mübahisələndirilən məhkəmə qərarından kassasiya şikayətinin verilmə müddəti qanunvericiliklə 12 ay müəyyən edilmişdir. Mübahisələndirilən qərar xx.xx.2013-cü il tarixdə çıxarılmış, qərardan şikayət vermə müddəti və qaydası məhkəmə iclasında iştirak edən tərəflərə izah olunmaqla yanaşı sözügedən qərarın nəticə hissəsində göstərilməklə tərəflər məlu matlandırılmış, həmin qərar məhkuma təqdim edilməsi üçün xx.xx.2013-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına ünvanlanmış və müvafiq qərar xx.xx.2013-cü il tarixdə X tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir. Bundan əlavə olaraq məhkum edilmiş şəxsin müdafiəçisi X3 tərəfindən xx.xx.2014cü il tarixində kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(102)-182/2015 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli məhkum edilmiş şəxs X barəsindəki qərarının dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Lakin buna baxmayaraq, məhkəmənin qərarından məhkum edilmiş şəxs və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə poçt xidməti vasitəsi ilə məhkəməyə ünvanlanmış, xx.xx.2025-ci il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına daxil olmuş, bununla da o, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti 12 il müddətində ötürməklə kassasiya şikayəti vermiş, kassasiya şikayətinin verilməsinə baxmayaraq həmin şikayətin verilməsi üçün verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qanunvericiliyin yuxarıda sadalanan normalarını, həmçinin, verilmiş kassasiya şikayəti üzrə müddətin ötürülməsini, bununla belə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilməməsini nəzərə alıb Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(103)529/2013 nömrəli qərarından məhkum edilmiş şəxs və müdafiəçisi Sadıqov Həsən Əhəd oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarmışdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, müdafiəçi H.Ə.Sadıqov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Xnun məhkum olunmasına dair cinayət işi üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməməsi ilə əlaqədar kassasiya şikayətinin geri qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2025-ci il tarixli 1(103)-529/2013 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Müdafiəçi Sadıqov Həsən Əhəd oğlunun kassasiya şikayəti təmin edilməsin. Xnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin verilməməsi ilə əlaqədar kassasiya şikayətinin geri qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2025-ci il tarixli 1(103)-529/2013 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar