Məhkəmə qərarları › İş №1(102)-2331/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2331/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2331/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli, 1(103)-778/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli, 1(101)-244/2024 nömrəli hökmü ilə (X3 (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Samir Əliyevdən ibarət tərkibdə), xx xxxxxx 1983-cü il tarixdə Tər-Tər rayonunda doğulmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəllə sinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2023-cü il 3 fevral tarixindən hesablanması, barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 14 may tarixli, 1(103)-778/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətd ə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - bir ədəd bükümdə 3,053 qram narkotik vasitə heroin əldə edib üzərində satış məqsədi olmadan saxlamaqla, ünvan 2 ünvandakı əraziyə qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Səbail rayon Polis idarəsinin cinayət-axtarış şöbəsinin və Səbail rayon Polis idarəsinin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 2023-cü il 3 fevral tarixdə saat 22:00-da ünvan 2 ünvandakı ərazidə saxlanılaraq həmin Polis bölməsinə dəvət edilmiş və orada 2023-cü il 4 fevral tarixdə saat 00:40-dan etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sol cibindən satış məqsədi olmadan əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı bir ədəd bükümdə külli - təmiz çəkisi 3,053 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində həmin hökmü çıxararkən müdafiə tərəfinin təqdim etdiyi və irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün müh üm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, bütün faktiki halları araşdırmamış, gəldiyi nəticələr isin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəlmiş vəsatətətləri heç bir əsaslandırma aparmadan rədd edib, CPM-in 32.2.2-ci maddəsinin tələblərini pozaraq müdafiə tərəfinə məhkəmədə öz mövqeyini müdafiə etmək üçün ittiham tərəfi ilə bərabər imkanlar yaratmamaqla “çəkişmə prinsipini” pozmuşdur. Məhkum ünvan 3 ünvanda (Salatın Əsgərov küçəsi ilə kəsişmədə) yerləşən, üçmərtəbəli binanın birinci mərtəbəsindəki ofisinə (reklam, dekorasiya sexinə) daxil olaraq oradan aparıldığı halda, onun “Bülbül prospekti 13” ünvandan saxlanaraq aparılmasına dair yalan sənədləşdirmə aparılaraq CPM-in 445.1.4-cü maddəsinin (binaya,o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi) və CPM-in 137-ci maddəsinin tələblərini pozaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması yolu ilə əldə edilmiş və məhkəməyə təqdim edilməyən və qanuniliyi yoxlanılmayan materiallardan ittihamın həllində istifadə etmişdir. Hökmün qanunsuzluğundan tərəfindən xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti verilərək hökmün qanunsuz və əsassız hesab edilərək ləğv edilib, Məhkum barəsində bəraət hökmü çıxarılmasının xahiş edilməsi, birinci instansiya məhkəməsində yol verilən qanun pozğunluqlarını nəzərə alaraq məhkəmənin qismən istintaqla keçirilməsinə dair vəsatət verilməsinə baxmayaraq, apelliyasiya məhkəməsi heç bir əsaslandırma aparmadan müdafiə tərəfinin vəsatətini rədd etmiş və cinayət işində toplanmış mötəbər sübutlara düzgün hüquqi qiymət vermədən Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-778/2024 saylı qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən öz qüvvəsində saxlamışdır. Bundan əlavə, diqqət çəkən digər məqam Məhkum üzərində aparılan şəxsi axtarış zamanı onun cibindən ona məxsus olan "Mercedes" markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarının, eləcə də onun yanındakı şəxslərlə Bakı səhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 43, Salatın Əsgərova küçəsi ilə kəsişmədə yerləşən "Reklam sexi (ofisində ) işə getdiyindən avtomobilin və ofisin açarları onun cibindən çıxmalı idi. "İşin bu halı təsdiq edir ki, Məhkum üzərində rəsmi axtarış aparılmasından əvvəl onun üzərinə əl gəzdirilmiş, onun üstündə olan avtomobilinin və ofisinin açarları onun üzərində "şəxsi axtarış və götürmə" aparılmasından əvvəl götürülmüşdür. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli, 1(103)-778/2024 nömrəli qərarını ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə etdiyini bildirdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə etdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassa siya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun təqsirinin olmadığını və ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzər ə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkumun təqsirsiz olduğunu bildirmiş, əsassız cinayət məsuliyyətinə cəlb edildiyini iddia etmişdir. Müdafiə tərəfi eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən yoxlanıla raq qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında məhkumun və onun müdafiəçisinin iştirakı ilə məhkəmə iclası keçirilmiş və məhkəmə qərarında müdafiəçinin bütün dəlillərinə əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri təkrarlamadan həmin sübutlarla və sübutların qiymətləndirilməsi ilə razılaşır və hesab edir ki, cinayət işi üzrə toplanaraq, mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmiş sübutların məcmuyuna əsasən Məhkum tərəfindən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-1-ci -ci maddəsinin sanksiyasında uç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəz ası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də Məhkum CM-in 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, məhkumun şəxsiyyətini nəzərə almış, onun islah olunmasına kömək edəcək növdə və həddə ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı müda fiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 may tarixli, 1(103)-778/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar