Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2333/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X7 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, yetkinlik yaşına çatmayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, su bay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli 1(103)-512/2024 nömrəli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(101)-1791/2023 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) X13 - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 aprel 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət nəzərə alınmış və ona hazırkı hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X10 qəti olaraq 3 (üç) il 3 (üç) ay 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli 1(103)-512/2024 nömrəli hökmü ilə (haki mlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(101)1791/2023 nömrəli hökmü ləğv edilmiş və CPM-in 42.1.4-cü maddəsinə əsasən X7 CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X4 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 2 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında naməlum mənbədən 10 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 4,160 qram çəkidə psixotrop maddə m etamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 2 aprel 2023-cü il tarixində saat 18:20 radələrində Binəqədi RPl-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu korpusda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında yerləşən Binəqədi RPl-nin 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilm iş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X10 CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı verdiyi özünü müdafiə xarakterli ifadələrinə və onun atasının ifadələrinə istinad etməklə birtərəfli araşdırma aparmaqla bəraət almış şəxsun ittiham olunduğu cinayətdə təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlmiş, işin ibtidai istintaqı zamanı toplanmı ş sübutları heç bir əsaslandırma aparmadan mötəbər hesab etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi R.Qocayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozma qla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqib i üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəmə sinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X10 ittiham verilmişdir ondan ötrü ki, o, 2 aprel 2023cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, məscidin yaxınlığında naməlum mənbədən 10 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 4,160 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 2 aprel 2023-cü il tarixində saat 18:20 radələrində Binəqədi RPl-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu korpusda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında yerləşən Binəqədi RPl-nin 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X13 qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zaman ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmur, narkotik vasitədən istifadə etmir. xx.xx.2023-cü il tarixdə o “Deiskadan” tanımadığı şəxsin “Tofaş” markalı maşınının naqillərini kəsib, kə sik naqilləri bir-birinə vurmaqla maşını açarsız işə salmışdır. Yəni maşını sürmək məqsədilə qaçırmış, lakin maşını sürdükdən sonra qaytarıb yerində saxlamışdır. Sonradan həmin maşının sahibinin atasının dostu olduğunu öyrənmişdir. Bu hadisədən 1 gün keçdikdən sonra polis bölməsinin əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər. Polis bölməsində onun qaçırdığı maşının sahibi, yəni atasının dostu şikayəti geri çəkdikdən sonra polis əməkdaşları onu buraxmamışlar. Polis əməkdaşları demişdir ki, o, 2 sənədə imza çəksə videoçəkilişə girdikdən sonra onu buraxacaqlar. Lakin onu buraxmamışlar. Onu Binəqədi RPİ-nin 43-cü PB-də müvvəqəti saxlama yerinə salıb 2 gün orada saxlamışlar. 2 gün ərzində onun üzərindən heç bir narkotik vasitə çıxmamış, orda olarkən əməliyyatçı ona yaxınlaşaraq şəffaf, siqaret sellofanına bükülmüş bükümü cibinə qoymağını istəmişdir. O, şəffaf, siqaret sellofanına bükülmüş bükümü cibinə qoymuşdur. Videoçəkiliş zamanı ilk öncə şəffaf, siqaret sellofanına bükülmüş bükümü əlinin içində atasına göstərmişdir. Atası şəffaf, siqaret sellofanına bükülmüş bükümü gördükdə videoçəkilişdən imtina etmişdir. Polis əməkdaşları atasına onunla işin bitdiyini deyərək aldatmışlar. Polis Bölməsində atasını rəisin otağına aparıb şəffaf, siqaret sellofanına bükülmüş bükümü boynuna almasa onun vəziyyətinin ağır olacağını demişlər. O da atasının əziyyət çəkdiyini görüb ürəyi ağrıdığından videoçəkilişdə şəffaf, siqaret sellofanına bükülmüş bükümün ona məxsus olduğunu demişdir. Atası videoçəkiliş zamanı orda imiş və heç nə deməmişdir. İttiham aktında yazıldığı kimi 2 aprel 2023- cü il tarixdə təxminən saat 11:00 radələrində şəxsi istifadəsi üçün 10 manat müqabilində narkotik vasitə almamışdır. Bu hamısı yalandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, oğurluq etmiş, maşın oğurlamışdır. O, müstəntiqin müşayiəti ilə analizə aparılmışdır. Onun qanında narkotik vasitə aşkar olunmamışdır. O, 2 aprel 2023-cü il tarixdə tutulanadək mobil telefon istifadə etmirmiş. Onu sənədləşdirərək 5 aprel 2023-cü il tarixinədək saxlamışlar. O, 5 aprel 2023-cü il tarixinədək müvəqqəti saxlama yerində yox, bölmədə hansısa otaqda saxlanılmışdır. 5 aprel 2023-cü il tarixdən sonra onu idarəyə aparmışlar, məhkəmədə ona 3 ay sanksiya verilmişdir. O, 3 ay içəridə olmuş, sonra baş idarədə hakim tərəfindən azadlığa buraxılmışdır. Videoçəkiliş zamanı atası yanında imiş. Şahid2 birinc i instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, o, DİN-nin Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili işləyir. Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid1 etimad doğuran, məlum, qərəzsiz mənbədən X7 qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 2 aprel 2023-cü il tarixində xarici əlamətlərindən X10 oxşayan şəxsin Bakı şəhəri ərazisində olduğu yeri müəyyən edilərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9-da piyada olan zaman saat 18:00-19:00 radələrində ona yaxınlaşaraq özlərini təqdim edib onun psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi il ə məşğul olmasında şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Binəqədi RPİ-nin 43-cü PB-də X10 hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı bəraət almış şəxs əynində olan qara rəngli şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. bəraət almış şəxs bükümün içərisində olan vasitənin «patı» yəni psixotrop maddə olduğunu, həmin bükümü 2 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq cibində gəzdirdiyini etiraf etmişdir. Əməliyyat məlumatı X6 qanunsuz olaraq psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıma sı və istifadəsi ilə bağlı olsa da təhqiqat araşdırması zamanı X2 ilə də məşğul olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik maddəyə bənzər əşya qablaşdırılaraq, protokol tərtib olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X1 tək imiş. Əməliyyat qrupunun rəhbəri Şahid1 imiş. Əməliyyat qrupuna iki nəfər, o və Şahid1 daxil imiş. Şahid1 əməliyyat müvəkkildir. X7 üzərinə tərəflərindən saxlanılarkən yox, Polis Bölməsində baxış keçirilmişdir. X7 atası da qanuni nümayəndə kimi şəxsi axtarış və götürmə zamanı iştirak etmişdir. X10 və atasına fiziki təzyiq göstərilməmişdir. X1 üzərində mobil telefon yox imiş. X7 həmin tarixlərdə avtomobil oğurlaması ilə bağlı məlumatı yoxdur. Lakin, onlarda X7 ümumiyyətlə oğurluqla məşğul olması barədə məlumatlar olmuşdur. Polis Bölməsinə DİNnin 102 xidmətindən X13 barəsində belə bir məlumat daxil olmasını bilmir. O, yalnız öz icraatında olan işlər barədə məlumatlıdır. Birinci instansiya məhkəməsi şahid digər əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri Binəqədi RPl-nin 43-cü PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Onun fəaliyyət göstərdiyi ərazidə bəraət almış şəxsun barəsində oğurluq cinayəti törətməsi barədə tez-tez məlumatlar daxil olurdu. 2 aprel 2023-cü il tarixində isə həmçinin, Binəqədi RPl-nin 43-cı PB-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən X7 qanunsuz olaraq psixotrop maddələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. 2 aprel 2023-cü il tarixdə o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. 2 aprel 2023-cü il tarixdə xarici əlamətlərindən X10 oxşayan şəxsin Bakı şəhəri ərazisində olduğu yeri müəyyən edərək bir müddət gizli müşahidə edib izlədikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9-da piyada olan zaman əlverişli şərait yarandığından təxminən 18:20-də saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etdilər. Saxlanılan şəxs həqiqətən bəraət almış şəxs olduğunu təsdiq etdi. Onu Binəqədi RPl-nin 43-cü PB-yə dəvət etmişlər. Binəqədi RPl-nin 43-cü PB-də bəraət almış şəxsa və onunla birgə gələn atası Qanuni nümayəndə hüquq və vəzifələri izah olundu, müdafiəçi ilə təmin olundu. Şəxsi axtarış zamanı bəraət almış şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli sellofan büküm çıxardı. bəraət alm ış şəxs üzərindən aşkar edilmiş əşyanın «patı» deyilən psixotrop maddə olduğunu bildirdi. X17 üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olundu və bu zaman sonuncu həmin bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan vasitənin el içində «patı» deyilən psixotrop maddə olduğunu bildirmişdir. bəraət almış şəxs göstərmişdir ki, həmin bükümü 2 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məsçidin yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində alaraq cibində gəzdirmişdir. bəraət almış şəxsun üzərindən aşkar edilmiş psixotrop maddə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırıldı. Təhqiqatçı tərəfindən video çəkiliş dən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, bəli, bəraət almış şəxsun “Tofaş" markalı avtomobili oğurlanması ilə bağlı hadisə olubdur. Həmin avtomobil sahibinin şikayətini geri götürüb-götürməməsindən xəbəri yoxdur. Avtomobilin oğurluğu ilə bağlı şübhəli şəxs tək bəraət almış şəxs deyildi, 34 nəfər şübhəli şəxs var idi. Apellyasiya baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X13 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək bildirmişdir ki, sürmək məqsədi ilə avtomobil qaçırmış, avtomobilin sahibi ondan şikayət etmişdir. Bu səbəbdən polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə olan z aman isə avtomobilin sahibi polislərin yanında ondan şikayətçi olmadığını demişdir. Bundan sonra getmək istəsə də, onu buraxmamışlar. Orada olduğu zaman polis əməkdaşı ona yaxınlaşıb bir ədəd büküm vermiş, video-çəkiliş olacağını, ona verdiyi narkotikin özünə aid olmasını bildirməsini, onu iki günə buraxacaqlarını demişdir. Həmin polis onu bölmə rəisinin yanına aparmış, bölmə rəisinə narkotikin ona aid olduğunu demək istəmədiyini bildirmişdir. Bundan sonra polis bölməsinin rəisi başına, kürəyinin orta hissəsinə dubinka ilə zərbələr vurmuş, saçından da tutub yuxarı dartırmış, boynunun arxa nahiyəsinə, sifət nahiyəsinə, bud nahiyəsinə zərbələr vurmuşdur. Atasını da döydüklərindən ona yazığı gəlmiş, zərbələrdən ağrılara dözə bilmədiyi üçün narkotikin ona aid olduğunu boynuna alacağını bildirm işdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, yolda olarkən tutulmuş və bölməyə gətirilmişdir. Daha sonra isə məhkəməyə aparıb-gətirmişlər. Bölmədə olarkən onu da, atasını da döymüşlər, atasından onun günahını boynuna almağını istəmişlər, əməliyyatçı gəlib ona içəri çəkilişə girəcəyini və orada hər şeyi boynuna almağı, onun onunla başqa bir probleminin olmadığını demişdir. Onun boynuna oğurluq da qoymaq istəyirmişlər və boynuna alsa onu buraxacaqlarını demişlər. O da gətirdikləri bütün sənədlərə qol çəkmiş, bundan sonra onu məhkəməyə gətirmişlər. Üç ay Bakı İstintaq Təcridxanasında qaldıqdan sonra onu digər məhkəmə zamanı buraxmışlar. Qaçırdığı “Tofaş” markalı maşının sahibinin ad, soyadını xatırlamır, amma onu deyə bilər ki, polislər onun şikayətini geri çəkməyini istəmirdilər, hə tta şikayətini geri çəkməməyinə çalışsalar da, o, şikayətçi olmamışdır. Onu döyərkən başına, belinə vurmuşlar. O, indi dedikdə isə polislər qəbul etmirlər və ona əl vurmadıqlarını deyirlər. Onu ona görə döyürdülər ki, o, maşın qaçırdığını demiş, narkotikin ona aid olmadığını demişdir. Onlar isə onun mütləq boyuna almalı olduğunu demişlər. Narkotik vasitələrinin necə olduğunu bilməmiş, narkotik vasitələrin nə olduğunu görməmiş, onların bunları etməkdə məqsədləri maşın qaçırdığına görə ona olan qərəzləri olmuş, maşınını qaçırdığı şəxs şikayətini geri çəksə də, onlar bir nəfəri tutmalıdırlar deyə ona qarşı qərəzləri olmuşlar. Narkotiki qəbul etmək istəmirmiş, amma onu da, atasını da döydülər, atasının başına, dişinə vurmuşlar, onun da atasına yazığı gəlmiş, məcbur qalıb boynuna götürmüşdür. T utulduqda xeyli bölmədə saxlanılmış, sonra məhkəməyə aparılmışdır. Çəkilişi maşının sahibi gəlib-getdikdən sonra olmuş, axşam tərəfi, saat hardasa 7-ə qalmış, 8-ə işləmiş radələrində gəlib narkotiki boynuna almağı, sənədlərə qol çəkməyi və onu buraxacaqlarını, çıxıb gedəcəyini, maşın söhbətinin də olmadığını, şikayətin geri çəkildiyini bildirmişlər. Daha sonra o, sənədlərə qol çəkdikdən sonra onu buraxmadıqlarını görmüş, vəkillə gəlmiş, ona bu olanları demiş, lakin, o belə bir şey ola bilməyəcəyini demiş, heç nə danışmamış, bölmədə də əməliyyatçılar üzünə durmuşlar. Heç kimə narkotik satmamış, əgər satmışdırsa həmin şəxlsərin gətirilməsini, onun ona narkotik vasitə satdığını üzünə deməsini istəmişdir. Onun üzərində telefon olmamış, o, başqa heç cür şikayət edə bilməmişdir. İstifadəsində J3 markalı telefon olmuş, telefon nömrəsi ***-***-**-**-dir. Həmin gün telefon üstündə olmamış, telefonu atası 3 ay Bakı İstintaq Təcridxanasında qalıb çıxdıqdan sonra nömrə ilə birlikdə atasında olmuş, həmin vaxta kimi telefonu olmamışdır. Onu döyən şəxslərdən birinin adı Mirsiyyaf olmuş, ona narkotik vasitəni gətirib verən də o olmuş, digərinin adı yadından çıxmışdır. Azadlığa çıxdıqdan sonra vəkil tutmamış, atası avtobus sürücüsü olduğundan vəkil tutmağa imkanı olmamış, ona görə harasa müraciət etməmiş, müraciət etməli olduğunu bilməmişdir. 5 ay boyunca da evdən çölə çıxmamış, ancaq məhkəməyə gedib-gəlmiş, 6-cı sinifə kimi oxumuşdur. Onu da bildirir ki, orda olanda ittiham aktına qol çəkərkən onu oxumağa qoymamışlar, hamısına da imza çəkdirmişlər, o da hamısına fərqli-fərqli imzalar çək miş, yəni öz imzasını çəkməmişdir. Əlindən heçnə gəlmədiyi üçün belə etmiş, ən azından sonra məhkəmədə onların onun imzası olmadığını deyəcəyini düşünmüşdür. Ağır cinayətlər məhkəməsində ifadə verərkən burda dediklərinin hamısını demiş, lakin ona məhəl qoymamışlar. Maşınını qaçırdığı adamı üzdən tanıyır, onu tutanla döyən şəxslər eyni olmuş, bayaq da bildirdiyi kimi onlardan biri X olmuş, digərinin adı yadında olmamışdır. Atasını da döydüləri üçün məcbur olub sənədləri imzalamışdır. Atası da 102-yə zəng etmiş, atasını rəisin otağına aparmışlar. Rəis də orda ona ağzına gələni demiş, söyüş söymüş, oğluna desin boynuna alsın yoxsa, ondan da betərin edəcəklər demişdir. Bunları Bakı İstintaq Təcridxanasında saxlanılarkən, telefonla danışan zaman atası ona demiş, onun üzərinə baxış keçirilən zam an müdafiəçi təyin olunmamış, müdafiəçi olmadan üzərinə baxış keçirilməyinə razı olmağı ilə bağlı ərizə ilə müraciət etməmiş, ona imzalmağa çox sənədlər gətirdiklərindən oxumağa da imkan verməmişlər. Ola bilsin ərizəni o zaman imzalamış, amma mahiyyətini bilməmişdir. Bakı İstintaq Təcridxana daxil olanda həkimlər elə-belə üzdən yoxlayıb getmişlər, ondan heç nə soruşmamışlar, onu döyənlərdən birinin adı X olmuş, X bir az kök, digəri isə arıq olmuşdur. Apellyasiya baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, arvadı oğlu Korğolunu və onu ataraq çıxıb getmiş, bəraət almış şəxsnu və digər övladını tək başına böyütmüşdür. Özü avtobus sürücüsüdür, bəraət almış şəxs isə onun yanında pul yığan işləmişdir. Oğlunu maşın oğurluğuna görə saxlamı şlar. Bundan sonra bölməyə getmiş, maşının sahibi oğlunu bağışlamışdır. Lakin, oğlunu buraxmamışlar. Oğlunun boynuna narkotik qoymaq istədiklərini bilmiş, buna etiraz etmiş, onu və oğlunu döymüşlər. Döyülən zaman dişi sınmış, hazırda da dişi sınıq haldadır. Onu sənədləri imzalamağa məcbur etmişlər. Oğlunu çətinliklə böyütmüş, ona köməklik edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, o, latın dilində yazıb-oxuya bilmir, kiril dilində yaza bilir. Qaçırılan maşının sahibinin adını, soyadını bilmir, sadəcə tanıyır, maşının nömrəsi səhv etmirsə **-PG-*** olmuşdur. O, ərizəni döyüləndən, dişləri sındırılandan sonra imzalamışdır. Sonradan dişlərinin sındırılması ilə bağlı yazılı müraciət etməmiş, bu barədə 102-yə müraciət etmişdir. ***-***-**-** nömrəsi ilə 102-yə mür aciət etmiş, nömrə həyat yoldaşı X adına olmuşdur. İmzaladığı sənədlərdə nə yazıldığını bilməmiş, sadəcə imzalatmışlar. İş materiallarında olan 2 aprel 2023-cü il tarixli müdafiəçinin şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməməsi barədə protokoldan görünür ki, X13 müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan 2 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs X10 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, bəraət almış şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan ci bindən bir ədəd şəffaf rəngli sellofan bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddəni masanın üzərinə qoyaraq həmin maddəni 02 aprel 2023-cü il tarixində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Məsçidin yaxınlığında naməlum mənbədən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 aprel 2023-cü il tarixli, 6/1938 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «...4. bəraət almış şəxs imza...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,160 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla h azırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr“-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 6 iyun 2023-cü il tarixli, 3519 nömrəli rəyindən görünür ki, hal-hazırda X8 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X13 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından göünür ki, bəraət almış şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsun bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab etmişdir. Belə ki, bəraət almış şəxsun barəsində həbs qətimkan tədbirin in seçilməsi barədə vəsatətə baxılarkən o, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını göstərmişdir. Polis əməkdaşları tərəfindən təzyiq göstərildiyi və döyüldüyü üçün məcbur qalıb psixotrop maddənin ona məxsus olduğunu bildirdiyini demişdir. bəraət almış şəxsun təzyiq və təsirinə məruz qalmasını onun qanuni nümayəndəsi də təsdiq etmişdir. Atası – qanuni nümayəndəsi Qanuni nümayəndə həm oğlunun, həm də özünün təzyiq və təsirinə məruz qalmasını, döyüldüklərini göstərmişdir. Bununla bağlı Qanuni nümayəndə oğlunun və özünün işgəncələrə məruz qalması barədə DİN-in 102 xidmətinə elə həmin gün məlumat verdiyini göstərmiş, həmin məlumatın əldə edilməsi ilə bağlı məhkəmə tərəfindən sorğu ünvanlansa da, həmin məlumat müddətinin keçməsi səbəbi ilə təqdim edilməsi mümkün olmamışd ır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq istintaq təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, bəraət almış şəxs 7 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı köhnə çapıq toxumaları aşkar edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun işgəncələrə məruz qalması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən 4 aprel 2023cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilsə də, buna baxmayaraq istintaq orqanı bu xüsusat üzrə lazımi qaydada araşdırmanı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxsun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması araşdırmanın gec başlaması, həmçinin qəbul edilmiş qərarın məzmunu ilə də aydın olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda olan məhkəmə tibbi ekspertizasının 27 may 2023-cü il tarixli rəyindən görünür ki, Koruğlu Qasımovun bədənində 7 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında baxış keçirilən zaman onun sol saidin ön səthində və sağ yuxarı ətrafda köhnə çapıq toxumaları aşkar edilsə də, həmin çapıqların rəngi və digər xarakterik xüsusiyyətləri təsvir olunmadığından qeyd edilən çapıqların əmələ gəlmə müddəti, aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə konkret fikir söyləmək mümkün deyildir. Cinayət işinin materiallarından görünür ki, bəraət almış şəxs yetkinlik yaşı na çatmamasına baxmayaraq xəsarətlərlə bağlı izahatı alınarkən nə qanunu nümayəndəsinin, nə də müdafiəçinin iştirakı təmin edilməmiş, qanunvericiliyin tələbləri bu hissədə də kobud pozulmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində olan (İ cild, i.v. 12) ərizədən görünür ki, bəraət almış şəxs Qsımovun atası Qanuni nümayəndə oğlunun qanuni nümayəndəsi qismində tanınmasına köməklik edilməsini xahiş etmiş, həmin ərizə Qanuni nümayəndə Azərbaycan dilinin latın əlifbası qrafikasını bilmədiyi üçün Azərbaycan dilinin kiril əlifbası qrafikasında icra olunmuşdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitu siya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Bu vəziyyətdə olan şübhəli və ya təqsirləndirilən şəxslər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müdafiəçi ilə təmin edilməlidirlər.” Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinə nümayəndəsi olduğu şəxsə elan olunmuş ittihamın mahiyyəti aydın olmamış, qanuni nümayəndənin iştirakı təqsirləndirilən şəxsin səmərəli müdafiə hüququnun təmin edilməsinə yardımçı olmamış, cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yaz ıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuşdur. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, bəraət almış şəxsun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə müdafiəçiyə məlumat verilmiş, iştirakı olmadan bəraət almış şəxsun üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Bunlardan əlavə, bəraət almış şəxsun üzər indən narkotik vasitənin aşkar edilməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi mötəbər sübut kimi onun üzərində keçirilmiş şəxsi axtarışla bağlı tərtib edilmiş protokol olmuşdur. İş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 şübhəli şəxs bəraət almış şəxsun hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Bundan sonra ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində X9 adı qeyd edilmişdir. Cinayət işinin materialları öyrənilərkən müəyyən olundu ki, bəraət almış şəxs 2 aprel 2023-cü il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 19:10-da tərtib olunmuş p rotokolla o və müdafiəçisi X14 elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçi X9 həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası olmuş, hətta “şübhəli şəxsin tutulması haqqında” protokolun tərtib edilməsində müdafiəçi iştirak etməsinə baxmayaraq, həmin istintaq hərəkətindən dərhal sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Cinayət işi materiallarında istintaq hərəkətlərinə dair protokollardan görünür ki, “şübhəli şəxsin tutulması haqqında” istintaq hərəkəti 2 aprel 2023-cü il tarixdə saat 19:10dan 19:25-dək olan aralıqda aparılmış, ondan dərhal sonra isə, yəni 19:25-də “şəxsi axtarış və götürmə aparılması haq qında” istintaq hərəkəti başlanılmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müdafiəçi təyin edilməsinə dair qərarı X14 2 aprel 2023-cü il tarixdə 19-10-da qəbul etmiş, müdafiəçi tərəfindən təqdim edilmiş orderdən görünür ki, order Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən 2 aprel 2023-cü il tarixdə saat 19-10-da verilmişdir. bəraət almış şəxsun 2 aprel 2023-cü il tarixdə saat 1910-da şübhəli şəxs qismində tutulması nəzərə alındıqda şübhəli şəxsin tutulması haqqında protokolun tərtibindən əvvəl ona müdafiəçinin təqdim edilməsi inandırıcı olmamışdır. Bundan əlavə, cinayət işi materiallarından aydın olur ki, istintaq orqanı bəraət almış şəxsun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini həyata keçirərkən müdafiəçinin iştirakına zərurət görməməsinə səbəb bəraət almış şəxsun müdafiəçidən imtinası olmuşdur. Məhkəmə iclasında bəraət almış şəxsun ərizənin mahiyyətinin ona aydın olmadığını bildirmişdir. Qanuni nümayəndə da Azərbaycan dilinin latın əlifbası qrafikasını bilmədiyini, həmin ərizənin mahiyyətinin də ona aydın olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası Qanuni nümayəndə Azərbaycan dilinin latın əlifbası qrafikasını bilməməsi barədə müdafiə tərəfinin iddialarını qəbul etmişdir. Həmçinin, istintaq orqanı nəzərə almamışdır ki, bəraət almış şəxs yetkinlik yaşına çatmayan şəxsdir və müvafiq istintaq hərəkətinin həyata keçirilməsində müdafiəçinin iştirakı (şəxs müdafiəçidən imtina etmiş olsa belə) məcburi olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 92.3.5-ci maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda təmin olunmalıdır. Həmin Məcəllənin 92.12-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şü bhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, bəraət almış şəxsun üzərinə şəxsi axtarış aparılan zaman müdafiəçinin iştirakını tələb etməməsi barədə ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş, yetkinlik yaşına çatmayan şübhəli şəxsin müdafiəçidən imtina etməsi qanuni olmamış, beləliklə də şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olmuş, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması da yolverilməz olmuşdur. Həmçinin i ş materiallarından görünür ki, təhqiqat sənədlərində bəraət almış şəxsun 2 aprel 2023-cü il tarixdə saat 18-20-də saxlanıldığı göstərilmişdir. Müdafiə tərəfi isə bunun daha əvvəl baş verməsini göstəmişdir. Təhqiqat zamanı Qanuni nümayəndə mia.gov.azdan şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış aparılmış, sorğunun tərtibatı 2 aprel 2023-cü il tarix saat 18:20-də olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirlərini qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qər arları. Cinayət işinin materiallarından görünür ki, əməliyyat müvəkkili Şahid1 2 aprel 2023cü il tarixdə raportla 43-cü Polis bölməsinin rəisinə müraciət edərək etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda bəraət almış şəxsun qanunsuz olaraq psixotrop maddə əldə edərək gəzidrməsini bildirmiş, onun ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, psixotrop maddənin, cinayətlərin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Eyni tarixli qərardan görünür ki, əməliyyat qrupu yaradılmış, qanunvericilikdə nəz ərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır. Əməliyyat-axtarış tədbirlərinin nə ticələri əməliyyatqeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir. Məhkəmə iclasında dindirilmiş əməliyyat müvəkkili bəraət almış şəxsun barəsində “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər keçirildiyi üçün sonuncunun barəsində əməliyyatqeydiyyat işinin aparılmadığı qeyd edilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu nun 16-cı maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin Qanunun 16-cı maddəsinin İV hissəsinə əsasən bu Qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. G öründüyü kimi, əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, qanunun tələbləri kobud pozulmuş, əməliyyat-qeydiyyat işi başlanılmamış və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı olduğu halda qeydiyyata alınmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndinə əsasən CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində s übut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) t örədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə t oplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq v ə azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insa n və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən e dilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində itt ihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X10 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X7 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sü butlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə y ükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X13 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2333/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2333/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver