Məhkəmə qərarları › İş №1(102)-2334/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2334/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2334/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli hökmü ilə isə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, İİ qrup əlil olan, əvvəllər Sabunçu Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 01 fevral 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Sabunçu Rayon Məhkəməsinin 3 sentyabr 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 22 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 (yeddi) ay 04 (dörd) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvə l azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-nin 234.4.3-cü maddələri ilə ittiham ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, şöbədə üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmün ə əsasən Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Mansırov Ziya İlham oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Salmanov Elnur Nizami oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərki bdə) 02 sentyabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılmış, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini və əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ka ssasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi barəsində özündə heç bir hüquqi əsas olmadan real vəziyyəti əks etdirməyən tam ədalətsiz və əsassız qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi onun uzun müddət narkotik vasitələrin istifadəçisi olduğunu, ağır formalı ruhi-əsəb xəstəsi olduğunu və bu məqsədlə uzun bir müddət ruhi-əsəb dispanserində müalicə aldığını, xəstəliyi ilə bağlı II dərəcəli əlil olmasını, buna görə də təqaüd almasını, himayəsində 85 yaşlı yataq xəstəsi olan atasının olmasını nəzərə almamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanunla nəzərd ə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum həmin iclasda iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı ərizə ilə məhkəmə kollegiyasına müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elan ı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Məhkum həmin şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkə məsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassas iya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin s əlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılma sı, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanunun un və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit e dilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin mü əyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə ə məl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməl ində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqs irləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sü butların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ə şyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol veril mir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icr aatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mö təbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olu nmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları mü əyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat ve rilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və onun cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli olduğuna görə ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin inzibati binasına aparılmış, şöbədə üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 3,428 qram olan psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və külli miqdarda, yəni təmiz çəkisi 5,296 qram olan narkotik vasitə heroin bir ədəd sellofan bükümdə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi həmin şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. İş materiallarının təhlili göstərir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, bu halları müəyyən edərkən, apellyasiya i nstansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri həmin məhkəmənin çıxardığı hökmdə əks etdirilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə yekun aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuled ilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir və kassasiya şikayətində də bu kimi hallara istinad olunmamışdır. Digər tərəfdən Məhkum özü də kassasiya şikayətində ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamasını və daşımasını inkar etmir və yalnız dövriyyəsi qanunla məhdudlaşdırılmış həmin vasitə və maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia edir. Lakin, məhkəmə kollegiyası iş materiallarına əsasla naraq belə qənaətə gəlir ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib, CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan cinayət əməlinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı dindiri lmiş Məhkum ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, psixi xəstəliklərdən əziyyət çəkir və bu xəstəlikdən psixiatrik xəstəxanada stasionar müalicə almışdır, 2-ci qrup əlildir. Bu səbəbdən hərbi xidmətdən azad edilmişdir. Dövlət qeydiyyatında olduğundan psixotrop maddələri dövlət hesabına aylıq əldə etmişdir. Bəzən həmin dərmanları götürməyə gedə bilmədiyindən tanımadığı şəxslərdən 3-5 manatlıq, bir istifadəlik narkotik vasitə heroin alıb istifadə etmişdir. Buna görə əvvəllər iki dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. 28 sentyabr 2021-ci il tarixdə o, yaşadığı ünvanın yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci polis şöbəsinə aparılmış və üzərində axtarış keçirilmişdir. Həmin vaxt üzərində şəxsi istifad əsi üçün əldə etdiyi təxminən 5 qrama yaxın narkotik vasitə heroin olmuş, psixotrop maddə metamfetamin və elektron tərəzi olmamışdır. Şöbədə polis əməkdaşları tərəfindən döyülmüş və ona CM-nin 234.1-ci maddəsi məsuliyyətə cəlb olunacağı bildirilmişdir. Fiziki təzyiq altında videoçəkiliş zamanı üzərində həm də psixotrop maddə metamfetamin və elektron tərəzi olduğunu bildirsə də, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə saat 00:10 radələrində şöbənin digər əməliyyat müvəkkili Şahid2 və idarənin CAŞ-nin baş əməliyy at müvəkkili Şahid3 ilə birlikdə rayonun Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində xidmət aparmışlar. Bu zaman adını sonradan bildikləri Məhkum özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Sonuncuya polis əməkdaşları olduqlarını bildirib, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Məhkum üzərində sənədi olmadığını bildirib, onlardan yayınmağa çalışmışdır. Onlar da sonuncunun davranışından şübhələnib, onu 12-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə Şahid2 ilə birlikdə Məhkum saxlayaraq polis şöbəsinə gətirmələri ilə bağlı raportla şöbə rəisinə müraciət etdikdən sonra təhqiqatçı X11 tərəfindən Məhkum şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra isə onun üzərində videçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman onda n üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmadığı soruşulmuş və o, təhqiqatçının təklifi ilə əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər kütləni, həmçinin, həmin şalvarın sol yan cibindən elektron tərəzini çıxararaq təqdim etmişdir. Verilmiş suallara cavab olaraq Məhkum bildirmişdir ki, həmin narkotik vasitəni 80 manata və psixotrop maddəni 60 manata o, 27 sentyabr 2021ci il tarixdə yaşadığı Balaxanı qəsəbəsində tanımadığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi alıb üzərində saxlayaraq daşımış, təqdim etdiyi elektron tərəzini isə həmin narkotik vasitə və psixotrop maddələri alarkən çəkidə aldanmamaq üçün istifadə etmişdir. Şəxsi axtarış zamanı Mə hkum üzərində əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş əşyalar bir ədəd zərfə qoyularaq qablaşdırılmış, bu barədə müvafiq protokol tərtib olunmuş və bütün iştirakçılar həm qablaşdırılmış zərfin üzərini, həm də protokolu imzalamışlar. Şahid həmçinin qeyd etmişdir ki, Məhkum saxlanılarkən, şöbəyə gətirilərkən, üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şöbəyə dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 6/4285 saylı rəyindən görünür ki, tədqiqat obyektləri üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159» dairəvi möhür əksləri olan, «vətəndaş Məhkum üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,428 qram olan ağ rənglik kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 5,296 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Psixotrop maddə metamfetamin və narkotik vasitə heroin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı I) daxildir. Metamfetamin həmin Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı II) daxildir. Həmçinin cinayət işi materiallarında olan 25 noyabr 2021-ci il tarixli “baxış keçirmə haqqında” protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış zamanı müəyyən e dilmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin inzibati binasında bölmənin baş təhqiqatçısı X11un xidməti otağına polis xidməti geyim formasında bir nəfər, mülki geyimdə isə iki nəfər şəxs daxil olur. Təhqiqatçı X11 özünü təqdim etməklə otağa daxil olan şəxslərin özlərini təqdim etmələrini bildirir. Həmin şəxslərdən biri 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, xidməti geyim formasında olan şəxs 12-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 3-cü şəxs isə Məhkum olduğunu bildirir. Təhqiqatçı X11 Məhkum qanunla əldə edilməsi, üzərində saxlanılması və daşınması qadağan edilmiş əşya və ya predmetlərin saxlanması və gəzdirilməsində şübhəli bilindiyindən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 28 sentyabr 2021 -ci il tarixdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildiyini bildirməklə ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini elan edir. Baş təhqiqatçı X11 Məhkum xidməti otaqda üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçiriləcəyini izah edir. Məhkum bununla bağlı hər hansı etirazının olmadığını bildirir. Şəxsi axtarış başlanılmazdan qabaq Məhkum üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa, təqdim etməsi təklif edilir və o, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə kütlələri və həmin şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoyur. Məhkum təqdim etdiyi kütlələrin birində «şüşə», digərində isə «kokos» old uğunu deyərək, elektron tərəzini də özü üçün narkotik vasitə və psixotrop maddə alarkən çəkidə aldanmamaq üçün istifadə etdiyini, üzərindən aşkar edilmiş «şüşə», yəni psixotrop maddə metamfetamə bənzər kütləni 60 manata, «kokos»u, yəni narkotik vasitə heroinə bənzər kütləni isə 80 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirir. Şəxsi axtarış zamanı Məhkum üzərindən əlavə əşya və ya predmet aşkar edilmir. Məhkum üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr və elektron tərəzi bir ədəd zərfdə qablaşdırılır. Zərfin üzəri iştirakçılar, o cümlədən Məhkum tərəfindən imzalanır. Baş təhqiqatçı X11 aşkar edilmiş kütlələrin kimyəvi tərkibi və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyini izah edir. M əhkum heç bir etirazının olmadığını bildirir. Bundan sonra Məhkum şöbəyə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmadığını bildirir. Apellyasiya instansiyası məhkəməsi Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan (saxlanan vaxt üzərində şəxsi istifadəsi üçün əldə etdiyi təxminən 5 qrama yaxın narkotik vasitə heroin olması, psixotrop maddə metamfetamin və elektron tərəzinin olmaması) narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirməsinə tənqidi yanaşaraq, işləməyən şəxsin şəxsi istifadəsi üçün yuxarıda qeyd edilən miqdarlarda narkotik vasitə və psixotrop maddə ala bilməsini real və ağlabatan hesab etməmiş və Məhkum barəsindəki birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və məhkum olunmuş şəxsin CMnin 234.4.3-cü maddəs ilə təqsirli bilinərək cəzalandırılması barədə yeni hökm çıxarılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası da Məhkum həm külli miqdarda heroini və metamfetamini üzərində saxlayıb daşımasını, həm ondan aşkar edilib götürülmüş dövriyyəsi qadağan olunmuş predmetlərin növ müxtəlifliyini, həm də bir ədəd elektron tərəzinin müəyyən edilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əməlinin CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya güclü təsir edən maddə külli miqdarda olmalıdır. İş üzrə qanun üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heronin çəkisi 3,428 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 5,296 qram təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu halla r Məhkum əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün dispozitiv əlamətlərinin olmasına, yəni məhkumun göstərilən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasına dəlalət edir. İş materiallarının təhlili göstərir ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin də gəldiyi nəticə iş üzrə araşdırılmış sübutlarla təsdiq edilir. Həmin sübutlar məhkəmənin hökmündə ətraflı şərh edilərək onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verildiyindən məhkəmə kollegiyası yuxarıda təsvir olunanlardan başqa digər sübutların hazırki qərarında təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən apellyasiya instansiya məhkəmə sinin tamamilə haqlı olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli məhz satış məqsədilə törətməsi barədə əsaslı nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bunun üçün Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələ rin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilə n maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsinə şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddə lərin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallar, yəni məhkum olunmuş şəxsin müxtəlif növ və külli miqdarlarda narkotik vasitəni və psixotrop maddəni ayrı-ayrı bükümlərə qablaşdıraraq üzərində saxlaması, həmçinin üzərindən elektron tərəzinin aşkar olunması onun həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi (niyyəti) ilə əldə edib, daşıyıb, s axlaması barədə mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bu baxımdan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş Məhkum bu əməlləri satış məqsədilə törətməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun cinayət əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum barəsində əsassız, qanunsuz hökm çıxarılmaqla onun ağır cəzaya məruz qalması, cəza təyini zamanı onun uzun müddət narkotik vasitələrin istifadəçisi olduğunun, ağır formalı ruhi-əsəb xəstəlikdən əzab çəkməsinin, xəstəliyi ilə bağlı İİ dərəcəli əlil olduğunun və təqaüd aldığının, himayəsində 85 yaşlı yataq xəstəsi olan atasının olmasının nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolleg iyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə cəza təyini məsələsini həll edərkən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzanın ən aşağı həddində (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə münasi bət bildirərəkən həm də cinayət qanunvericiliyi aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-n in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstəril mişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, hab elə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquq i təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələ rə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5 -ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qəra rın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 3 46.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Beləliklə, kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayan və həmin dəlilləri qəbuledilməz sayan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 02 sentyabr 2022-ci il tarixli hökmü isə həmin şikayətə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D I: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar