Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2335/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli 1(103)-1241/2023 nömrəli qərarından təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Cəbrayılov Mehman Hümsü oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiy yəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-6/2023 saylı, 27 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Solmaz Mustafayeva) xx xxxxxx 1964-cü ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Məhkum barəsində “həbs” qətimkan tədbiri seçilmiş, onun axtarışı elan edilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı Məhkum tapılanadək, iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilmiş və cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən araşdırılması üçün məhkəmənin hazırlıq iclasına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Cəbrayılov Mehman Hümsü oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Cəbrayılov Mehman Hümsü oğlu kassasiya şikayət ini onunla əsaslandırmışlar ki, tərəflərindən verilmiş apellyasiya şikayəti tam təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı yalnız iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilmişdir. Halbuki apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən qərar eyni zamanda Məhkum barəsində axtarışın elan edilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi hissəsində də ləğv edilməli, həmçinin hakim S.Mustafayeva barəsində xüsusi qərar qəbul edilməli idi. Kassasiya şikayətinin müəllifləri göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və işin qeyd olunan hissələrinə qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edirlər. Hüquqi məsələlər: Cinayət mühakimə icra atının vəzifələri mühakiməni çevik olmağa, əsassız geçikmələrə yol verilmədən məqsədyönlü şəkildə (ittiham olunan şəxsin təqsirini müəyyən etmək və ya ona bəraət vermək üçün) aparılmağa istiqamətləndiridiyi kimi, İnsan Hüquqlarının və X4 Haqında Konvensiyasının ehtiva etdiyi hüquqi müəyyənlik prinsipi və ədalətli məhkəmə araşdırması hüququ da ədalət mühakiməsinin ağlabatan müddət ərzində həyata keçirilib başa çatdırılmasını nəzərdə tutur. Qeyd olunanlar cinayət təqibinə məruz qalmış, cinayət prosesində iştirak edən şəxslərlə yanaşı, cəmiyyətin də cinayət təqibinin ağlabatan, prosessual qanunun müəyyən etdiyi müddətlər daxilində aparılıb başa çatdırılmasına olan ictimai marağını əks etdirir. Ona görə də cinayət işi üzrə icraatın davamlı gedişinə mane olan qərarlar çıxarılarkən, o cümlədən c inayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilərkən belə qərarı şərtləndirən şəxsi və prosessual maraq ilə icraatın davam etdirilməsinə olan ictimai maraq arasında ağlabatan tarazlıq gözlənilməlidir. Tarazlıq isə, qeyd olunan qərarlar gerçəkdən də icraatın davam etdirilməsini istisna edən hallar olduqda və belə məsələləri tənzimləyən normalara ciddi şəkildə riayət olunmaqla çıxarıldıqda təmin edilə bilər. Hazırkı işin kontekstindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum məhkəmədən gizlənməsi barədə qənaətə gələrək Məhkum barəsində “həbs” qətimkan tədbiri seçmiş, onun axtarışını elan etmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırmışdır. Qeyd olunan qərarı (hər üç aspektdən yəni təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan təd biri seçilməsindən, onun axtarışının elan edilməsindən və iş üzrə icraat dayandırlmasından) Məhkum müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən apellyasiya icraatı qaydasında mübahisələndirimiş, Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı Məhkum tapılanadək, iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən araşdırılması üçün məhkəmənin hazırlıq iclasına qaytarılmışdır. Verilmiş kassasiya şikayətində müəlliflər apellyasiya məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarının dayandırılma hissəsində ləğv edilməsi ilə bağlı razı olduqlarını göstərməklə yanaşı, apellyasiya məhkəməsi nin qərarının təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, onun axtarışının elan edilməsi hissəsində mübahisələndirdiklərini qeyd edirlər. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun axtarışının elan edilməsi bağlı şikayətlərinə ayrıca kassasiya icraatı qaydasında baxılması tələbləri cinayət prosessual qanunvericili ilə uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Belə ki, Cinayət-Prosessual Məcəllənin 384.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq a pellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər. Digər tərəfdən kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Həmçinin kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Göründüyü kimi qanunverici şikayəti vermək hüququ olan şəxslərə (hazırk ı halda müdafiə tərəfinə) məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi, onun axtarışının elan edilməsi haqqında qərarlardan ayrıca apellyasiya şikayəti, daha sonra kassasiya şikayəti vermək hüququnu tanımadığından qeyd olunan xususatlar üzrə apellyasiya və kassasiya icraatı qaydasında ayrıca qərarların qəbul edilməsi də mümkünsüzdür. Digər tərəfdən CPM-nin 65.2-ci maddəsi təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və digər prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlı qəbul edilmiş qərarların məcburi qüvvəyə malik olmasını (preyudisiallığını) inkar etməklə yeni hallar aşkar edildiyi və ya əvvəlki hallar aradan qalxdığı halda göstərilən qərarı ləğv etmədən yenidən baxıla bil məsini təsbit etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi CPM-nin 65.2-ci maddəsində təsbit edilmiş hallardan çıxış edərək, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli 1(103)-1241/2023 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq, dayandırma qərarının əsasında qəbul edilmiş təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və axtarışın elan edilməsi haqqında nəticəni ləğv etmədən yenidən həmin xususata baxmaq səlahiyyətinə malikdir. Göstəilənləri nəzərə alaraq kollegiya Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-ci il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməs ini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-ci il tarixli, 1(103)-409/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Cəbrayılov Mehman Hümsü oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2023-cü il tarixli 1(103)-1241/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanı
Məhkəmə qərarları › İş №1(102)-2335/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2335/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver