Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2337/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 və 213-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş M əhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 1(004)571/2024 nömrəli (hakim: Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi) hökmü ilə xx xxxxxxx 1989-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, xxx kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 və 213-1.1-ci maddələri ilə təqsirli bilinərək, onun CM-in 205-1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 (doqqu z) ay müddətinə islah işləri cəzasına, CM-in 213-1.1-ci maddəsi ilə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş islah işləri cəzaları qismən toplanaraq qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Abşeron rayon Probasiya İdarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həm çinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Emin Zöhrab oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) 14 fevral 2025-ci il tarixli 1(103)-461/202 nömrəli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 205-1-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi, CM-in 213-1.1-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 205-1 və 213-1.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində fərdi sahibkar kimi uçota alınmış işçisi olduğu Şahid1 ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN-dən) istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, saxta aksiz markası ilə markalanmış 2292 ədəd alkoqollu içkini 2024-cü ilin fevral ayının əvvəllərində Şahid2, aksiz markası ilə markalanmamış ümumilikdə xeyli miqdar təşkil edən 1575,0 manat dəyərində 630 qutu tütün məmulatını isə 2024-cü ilin yanvar ayının ortalarında istintaqa məlum olmayan mənbədən əldə edərək, ünvan 2 ünvanında yerləşən ərzaq mağazasında xx.xx.2024-cü il tarixədək satış məqsədi ilə saxlamışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarı cəza təyini ilə bağlı hissədə yüngüllüyünə görə ədalətsiz və əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hazırkı cinayət təqsirinin formasına görə qəsdən törədilən cinayət olmaqla ictimai təhlükəliliyinə görə az ağır cinayət kateqoriyasına aiddir. İctimai təhlükəlilik dərəcəsi isə saxta aksiz markası ilə markalanmış 2292 ədəd alkoqollu içki və aksiz markası ilə markalanmamış ümumilikdə xeyli miqdar təşkil edən 1575,0 manat dəyərində 630 qutu tütün məmulatını satış məqsədi ilə saxlamaqla törətməsidir. Həmçinin cinay ətin predmetinin dəyərinin çoxluğu əməlin ictimai təhlükəliliyini artıran hallardandır. Lakin məhkəmə qeyd olunan hallara əhəmiyyət verməyərək təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlindən səmimi peşmançılıq hissini keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Halbuki, hökmdə və qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxs alkoqollu içkilərin üzərində olan aksiz markaların saxta aksiz markası olduğundan xəbardar olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı Məhkum saxta aksiz markası ilə markalanmış 2292 ədəd alkoqollu içkini bazar dəyərində aşağı qiymətə alması, saxtalaşdırılmış aksiz markası orijinal aksiz markasına oxşamış, içkilərin digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-fak tura təqdim etməməsi mübahisəsiz olaraq onun satış məqsədi ilə saxta aksiz markası ilə markalanmış içkiləri saxlaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən hallar üzrə hər hansı bir əsaslandırma aparmamış, bu halların nə ilə sübuta yetirildiyini göstərməmiş, onun cəzasını yüngülləşdirən halları qiymətləndirərkən, ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini nəzərə almamışdır. Halbuki, yuxarıda qeyd olunan hallar Məhkum azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkünsüzlüyünü göstərsə də, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi belə hallara əhəmiyyət verməmiş və bununla da CM-in 8, 58,-ci maddələrinin tələblərini pozaraq təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin etmiş olduğu islah işləri cəzasını təyin etməkdə və həmin cəzanı qüvvədə saxlamaqda haqlı olmamışdır. Nəticə hissəsində 3-cü və 4-cü abzasda məhkəmə Məhkum CM-in 205-1 və 2131.1-ci maddələri ilə təqsirli bilindiyini qeyd etsə də, həmin təqsirli bilindiyi maddələr üzrə təyin edilmiş əsas cəza ilə bağlı məsələyə ümumiyyətlə toxunmamış, yalnız əlavə cəzaların həddini qeyd etmişdir. Yalnız qərarın nəticə hissəsinin 5-ci abzasında məhkəmə ümumi olaraq CM-in 66.2-ci maddəsinə əsasən, Məhkum 2 (iki) il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilməsini qeyd etmişdir. Nəticə hissədə Məhkum təqsirli bilind iyi maddələr üzrə ayrı-ayrılıqda əsas cəza kimi hansı cəzaların təyin edilməsinin göstərilməməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri baxımından düzgün olaraq göstərilməmiş və cəza təyini ilə bağlı norma tələbləri pozulmuşdur. Məhkəmə Məhkum təyin edilmiş cəzanın məqsədini təmin etməyən ədalətsiz yüngül cəzasını ədalətli cəza hesab edərək apellyasiya protestini həmin hissədə təmin etməməsi ilə, işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq gəldiyi nəticəni qərarında kifayət qədər əsaslandırmamışdır. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olun ması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq ape llyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, cəza təyininə dair cinayət qanunvericiliyinin müddəalarının pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərar ının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun isə təmin edilməməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədik də yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq s ahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci mad dəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (törətdiyi əməlindən səmimi peşmançılıq hissini keçirməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində iki azyaşlı övladının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxs in əməlini tam etiraf edərək peşmançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Məhkumluğu barədə məlumat yoxdur. Həmçinin cinayət işinin materiallarında olan “xxx” MİS-nin direktoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məhkum həqiqətən x rayonu, x kəndi “xxx” yaşayış kompleksi, x küçəsi x nömrəli mənzilində müqaviləyə əsasən yaşayır, ailə tərkibi arvadı – X5, oğlu – 2019-cu il təvəllüdlü X2 və qızı 2024-cü il təvəllüdlü X1 şəklindədir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmi şdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza müddətinin təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhku ma daha ağır cəza müddətinin təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bununla belə məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “nəticə hissədə Məhkum təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda əsas cəza kimi hansı cəzaların təyin edilməsinin göstərilməməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini ilə bağlı norma tələblərinin pozulmuş olması” barədə dəlili ilə razılaşır. Lakin ümumən kassasiya protestində göst ərilmiş məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlilləri ilə razılaşmadığı halda, məhz göstərilən bu hala görə apellyasiya məhkəməsinin qərarının ləğv edilərək işin yeni baxışa təyin edilməsi faktiki qərarın formal əsaslarla ləğv edilməsi anlamı daşımış olur. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 və 213-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2337/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2337/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver