Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2338/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Muxtarov Teyyub Asif oğlunun sədrliyi, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətini ilkin öyrənərək MÜƏYYƏN ETDİM: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-189/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu qəti olaraq Təqsirləndirilən şəxs2 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, T əqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu qəti olaraq Təqsirləndirilən şəxs3 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddət inin əvvəlinin 19 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu qəti olaraq Təqsirləndirilən şəxs4 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin19 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-189/2023 nömrəli, o2 iyun 2023cü il tarixli hökmü d əyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X1, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs nümayəndəsi X2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli 1(102)-1664/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X1, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs nümayəndəsi X2 tərəfindən birgə verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2023-cü il tarixli qərarı Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X1, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli 1(102)-1664/2024 nömrəli qərarı elan edildikdən sonra məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərarından kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli 1(102)-1664/2024 nömrəli qərarında da görünür ki, məhkəmənin qrqarı ilə apellyasiya instasniyası məhkəməsinin qərarı bütünlüklə, bütün məhkumlara münasibətdə ləğv edilmiş və yeni baxışa təyin edilmişdir. Belə olan təqdirdə hazırkı kassasiya şikayətlərinə baxılması predmetsiz olur ki, bu da həmin kassasiya şikayətlərinin mümkünlüyünün yenidən yoxlanılması zərurətini ortaya çıxarır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-20/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 iyul tarixli 1(102)1664/2024 nömrəli qərarı ilə ləğv edildiyindən məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum apellyasiya məhkəməsinin ləğv edilmiş qərarından yenidən kassasiya şikayəti vermək hüququnun olub-olmamasının yoxlanılması üçün CPM-in 415-ci maddəsinə əsasən cinayət işi apellyasiya instansiyası məhkəməsinə mümkünlüyün yoxlanılması üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 415.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir 415.1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda, 415.1.2. həmin şəxs müvafiq olaraq kassasiya şikayətini və ya kassasiya protestini yazılı şəkildə təqdim etmədikdə 415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə, 415.1.4. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protestinə onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə, Belə olan halda kassasiya şikayəti baxışdan çıxarılmalı və CPM-in 413 və 415-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhb ər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası CPM-in 413 və 415-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2338/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2338/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver