Məhkəmə qərarları › İş №1(102)-2339/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2339/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2339/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs hüquqi varisi X4 və onun nümayəndəsi (vəkil) “AAA” Vəkil Bürosunun vəkili X3, Məhkum, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkil i Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: CM) 124.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs hüquqi varisi X14 və onun nümayəndəsi X5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.2002-ci ildə Sabirabad rayonunda anadan olmuş, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İstintaq orqanı tərəfindən tərtib edilmiş ittiha m aktına əsasən, Məhkum 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində ofisiant işlədiyi ünvan 1 ünvanında yerləşən “X25” restoranının ümumi zalındakı giriş qapısının yanında dayanarkən qeyd olunan zalda stol daşıyan iş yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşmasından sonra bir-birlərini tuturaq güləşməyə başlamış, həmin vaxt o, fiziki cəhətdən özündən zəif olan Zərərçəkmiş şəxs fənd tətbiq edərək zərblə yerə yıxdığı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını qabaqcadan gördüyü halda, sonuncunu ön tərəfdən qolları ilə ayağından tutub yuxarı qaldıraraq arxası üstə restoranın ümumi zalının daş döşəməsinə çırpmaqla qəsdən ona burun və sağ gicgah nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərin əl amətlərinə malik dərəcələri təyin olunmayan, həmçinin baş beyinin ənsə və sol gicgah-alın paylarına qansızmalar, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı, ənsə və boyun nahiyəsində yumşaq toxumaların altına qansızmalar kimi xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq, birbaşa ölümlə əlaqəli olan baş beyin toxumasına və qişalarına, beyin kötüyünə qansızmalar, İ və İİ boyun fəqərələrinin sınığı kimi xəsarətlərdən Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə saat 11:30 radələrində restoranın ümumi zalında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bununla da, o, CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X11 və X6 ibar ət məhkəmə tərkibində) 01 may 2024-cü il tarixli, 1(101)-932/2024 nömrəli hökmü ilə Məhkum CM-in 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi və onun cəzaçəkmə müddətinin başlanğıcının cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən (gündən) hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X10 tərəfindən apellyasiya şikayəti və Dövlət itt ihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət məhkəmə tərkibində) 21 iyun 2024-cü il tarixli, 1(103)1357/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 124.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-932/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmünün apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)1357/2024 nömrəli ye kun qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X14 və və onun nümayəndəsi X5 tərəfindən birgə qaydad kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestində cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmə kollegiyası qərar qəbul edərkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, qiymətləndirməmiş, törədilmiş əməlin tövsifində səhvə və hüququn tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermişdir.

8. Həmçinin, kassasiya protestinin dəlilləri qismində qeyd edilmişdir ki, hazırki cinayət işinin faktiki halları ilə müəyyən edilir ki, fiziki göstəricilərinə görə zərərçəkmişdən kifayət qədər üstün olan Məhkum konkret olaraq aktiv hərəkətdə ifadə edilən qəsdlə fənd işlədib, Zərərçəkmiş şəxs ayaqlarından tutub, onu sağ çiyin nahiyəsinə qaldırıb oradan arxası üstə, başı aşağı vəziyyətdə restoranın daş döşəməsinə çırpmaqla zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət əməlini törətmişdir. Məhkum törətdiyi əməl hərəkətlə ifadə olunur və ölümdən ibarət ictimai təhlükəli nəticə mövcuddur, belə olan halda yetirilən anda xəsarətin dərəcəsinin nədə ifadə olunmasınd an asılı olmayaraq əməldə qəsdin əqli momenti təzahür edir. Nəticənin arzu edilməsi qəsdin iradi momentini təşkil edir ki, bu da Məhkum CM-in 126.3-cü maddəsi ilə verilmiş ittihamın tərkib əlaməti kimi çıxış etmir.

9. Qeyd edilir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Məhkum hadisənin baş verdiyi “X25” restoranında 13 avqust 2022ci il tarixdən 26 iyul 2023-cü il tarixdək olan müddət ərzində işləməsi faktı onun restoranın döşəməsinin daşdan ibarət olmasını əvvəlcədən yəqinliklə bilməsini və Zərərçəkmiş şəxs ön tərəfdən qolları ilə ayağından tutub qaldırmaqla güləş fəndi ilə onu arxası üstə yerə atarkən sonuncunu məhz daşın üstünə atmasını nəzərə almaması imkanını qeyri-mümkün edir. Bu vəziyyətdə işin faktiki halları, hadisənin baş v ermə şəraiti və mexanizmi təqsirləndirlən şəxs Məhkum Zərərçəkmiş şəxs ayağından tutub qaldıraraq arxası üstə yerə, daş döşəmənin üstünə çırparkən sonuncunun sağlamlığına ağır zərər vurulması imkanını əvvəlcədən arzu etməsə də, belə nəticələrin yarana biləcəyinə şüurlu surətdə qəsdən yol verdiyini təsdiqləyir.

10. Bununla da, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi i sə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

11. Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X14 və onun nümayəndəsi X5 tərəfindən birgə qaydada kassasiya şikayəti verilərək, şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına və cinayət işi materiallarında öz əksini tapan işin faktiki hallarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr heç bir əsas olmadan, heç bir mötəbər sübuta əsaslanmadan Məhkum əməlini CM-in 126.3-cü maddəsindən CM-in 124-cü maddəsinə tövsif etməklə ona ədalətsiz və yüngül cəza təyin etmişdir. Məhkəmələr təqsirləndirilən şəxsin əməlini tövsif edərkən heç bir mötəbər sübuta əsaslanmamış, əksinə istintaq orqanının əldə etdiyi mötəbər sübutları araşdırmamış, yalnız hadisə vaxtı orada olmayan şəxsin sözünü mütəxəssis rəyi kimi qəbul etmişdir. Mərhumun aldığı xəsarətlər onun ehtiyatsızlıqdan ölməsinə dalələt edə bilməz.

12. Bununla da, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nə ticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

14. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X14 və onun nümayəndəsi hər biri ayrı-ayrılıqda, tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkə mə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etirazının olmadığını bildirdilər.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı, verilmiş kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi, eyni zamanda Zərərçəkmiş şəxs hüquqi varisi olan atası X14 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə etirazının olmadığını bildirdi.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot estinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin no rmalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsin in qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi isə kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.3cü maddəsindən 124.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM -in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)1357/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkət sizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

26. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.

27. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024 -cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib edilərək, öz təsdiqini tapmamışdır. Bununla da, məhkumun əməlinin düzgün tövsif edilməsi məqsədi ilə işin düzgün həlli üçün əhəmiyyət kəsb e dən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya və apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşaraq, Məhkum CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir.

30. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq məhkəmələr tərəfindən həmin maddə ilə tövsif edilmişdir.

31. Dövlət ittihamçıs ı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir.

32. Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə yəni, sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı nəticəyə gəlmək üçün birinci instansiya və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı hər hansı bir sübut aşkar edilməmişdir. Cinayət işi materiallarında olan mövcud sübutlar isə qeyd edilən iddianı təkzib etməklə, məhkumun əməlində CM-in 124.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təqsdi q etmişdir.

33. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktına əsasən, Məhkum “X25” restoranının ümumi zalındakı giriş qapısının yanında dayanarkən qeyd olunan zalda stol daşıyan iş yoldaşı Zərərçəkmiş şəxs ona yaxınlaşmasından sonra bir-birlərini tuturaq güləşməyə başlamış, həmin vaxt o, fiziki cəhətdən özündən zəif olan Zərərçəkmiş şəxs fənd tətbiq edərək zərblə yerə yıxdığı təqdirdə onun daş döşəməyə dəyərək sağlamlığına ağır zərər vurulacağını qabaqcadan gördüyü halda, sonuncunu ön tərəfdən qolları ilə ayağından tutub yuxarı qaldıraraq arxası üstə restoranın ümumi zalının daş döşəməsinə çırpmaqla qəsdən onun sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vuraraq, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.

34. Protestdə qeyd olunur ki, Məhkum Zərərçəkmiş şəxs ayaqlarından tutaraq qaldırıb daş döşəmənin üstünə tullaması sonuncunun sağlamlığına hər hansı xəsarətin yetirilməsinə yönəlmişdir. Belə ki, protestin məzmununa görə Məhkum niyyəti Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmağa yönəlmişdir.

35. Kassasiya məhkəməsi qeyd edir ki, Məhkum qəsdən Zərərçəkmiş şəxs döşəmənin üstünə tullaması faktı cinayət işinin materialları ilə təsdiq olunmur. İşin bu faktiki halını, hadisənin baş vermə mexanizmini təkzib edən heç bir sübut cinayət işinin materiallarında aşkar olunmur.

36. Qeyd edilənlərdən əlavə, həm kassasiya protestinin, həm də kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni təkzib edəcək hər hansı bir fakta istinad edilməməklə yanaşı, yalnız cinayət işi materiallarında mövcud olan təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə, iş üzrə ekspertiza rəyinə və digər sübutlara istinadlar edilərək, məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir.

37. Bu səbəbdən də, kassasiya məhkəməsi ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan işin faktiki halı üzrə Məhkum əməlinin hüquqi qiyməti üzrə fikrini bildirməyi vacib sayır.

38. AR CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün qəsdən sağlamlığa ağır zərər vurulmalı və nəticədə ehtiyatsızlıqla şəxs ölməlidir. AR CM-in 124-cü maddəsinin tərkibinin yaranması üçün qəsdin bütün formaları istisna edilir. Ümumiyyətlə, ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə ehtiyyatsızlıqla adam öldürməni n bir sıra hüquqi baxımdan fərqləndirən cəhətləri mövcuddur.

39. Obyektiv cəhətdən AR CM-in 126.3-cü maddəsinin tərkibinin yaranması üçün edilən hərəkət zamanı seçilən üsul və vasitə xarakterinə görə şəxlərə real xəsarət yetirmək xassəsinə malik olmalıdır. Şəxs dərk etməlidir ki, seçdiyi üsul və vasitə digər şəxslərə ağır xəsarət yetirə bilər. Ehtiyyatsızlıqla törədilən cinayətlərdə əməl xarakterinə görə aydın şəkildə xəsarət yetirmək xarakterinə malik olmur. Hərəkət nəticəsində xəsarətin alınması real olmur, açıq-aydın görünmür, təsadüf faktorlarının mövcudluğu olur.

40. Subyektiv cəhətdən ağır xəsarət yetirməklə zərərçəkmişin ehtiyatsızlıqla ölməsi ilə nəticələnən əməllərdə qəsd məhz ağır xəsarət yetirməyə yönəlir (birbaşa qəsddə), yaxud birbaşa yönəlməsə belə, əməl nəticəsində ağır xəsa rətin alınması kifayət qədər real olur (dolayı qəsddə). Bu halda şəxs öz hərəkətlərinin nəticəsində ağır xəsarətlərin alınması ehtimalının yüksək olmasını dərk etməli, nəticəsini kifayət qədər aydın görməli, bunu arzulamalı, yaxud şüurlu surətdə nəticənin baş verməsinə yol verməlidir. Başqa sözlə, nəticənin baş vermə riski yüksək olmalı, şəxs bunu dərk etməli və qəbul etməlidir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı nəticəyə münasibət neytral, yəni baş veribverməməsinə laqeyd, yaxud pozitiv olur.

41. Ehtiyyatsızlıqla törədilən cinayətlərdə şəxs hərəkətlərin nəticəsini aydın görmür, nəticənin baş verməsi real olmur, abstrakt xarakter daşıyır. Nəticənin baş verməsinə neqativ yanaşır. Heç bir halda baş verməsini arzulamır, baş verəcəyini belə gözləmir. Motiv xarakterinə görə zərərçəkmişin sağlamlığına hər hansı bir formada zərər alması ilə əlaqəli olmur. Ağır xəsarət müəyyən, ümumi qəbul edilmiş qaydaların pozulması nəticəsində baş verir, qəsd bilavasitə xəsarət yetirməyə yönəlmir, nəticənin baş vermə riski yüksək olmur.

42. İşin faktiki hallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs ilə zarafatlaşarkən sonuncunu qolları ilə ayağından tutaraq yuxarı qaldıraraq arxası üstə vurması, başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti alması kifayət qədər aydın görünən nəticə hesab edilə bilməz. Onun Zərərçəkmiş şəxsi yıxması sonuncuya xarakter baxımından ağır xəsarət yetirən üsul hesab edilə bilməz. Cinayət işinin materiallarından da görünür ki, Məhkum Zərərçəkmiş şəxsi ayağından tutaraq yuxarı qaldıraraq arxası üstə vurarkən niyyəti ona xəsarət yetirmək olmamışdır. Bu hərəkət zərərçəkmişə ağır xəsarət yetirmək üçün edilən şüurlu surətdə hərəkət kimi qiymətləndirilə bilməz.

43. İşin faktiki hallarından da görünür ki, Məhkum Zərərçəkmiş şəxs ilə zarafatlaşmışlar, ona xəsarət yetirməsi istiqamətində niyyəti, istəyi olmamışdır. Buna səbəb olan heç bir fakt cinayət işi üzrə müəyyən edilməmişdir.

44. Yekun olaraq kollegiya qeyd edir ki, tərəflər arasında baş vermiş hadisə şəxsi münasibətlər zəminində, zarafatlaşarkən baş vermiş, onların arasında hadisə baş verməmişdən öncə hər hansı düşmənçilik və ya ədavət yaradacaq hadisə baş verməmiş, təqsirli hesab edilən şəxsdə zərərçəkmiş şəxsin sağlamlığına qəsd edəcək hər hansı niyyət formalaşmamışdır.

45. Bununla da, məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsi nin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Məhkəmələrin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasi ya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hes ab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

48. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin, dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 21 iyun 2024cü il tarixli, 1(103)-1357/2024 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs hüquqi varisi X14 və onun nümayəndəsi X5 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar