Məhkəmə qərarları › İş №1(102)-234/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-234/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-234/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X1 iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli qərarına əsasən X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mərdanlı Sərkər Mürsəl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Cəbrayıl Rayon Məhkəməsinin (hakim: X5) xx xxxxxx 2019-cu tarixli qərarı ilə X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə olan Mərdanlı Sərkər Mürsəl oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) xüsusi ittiham qaydasında şikayət vermiş Mərdanlı Sərkər Mürsəl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməm iş, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Mərdanlı Sərkər Mürsəl oğlu kassasiya şikayəti vermişdir. XXX kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən işin halları araşdırılmadan, ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, X10, dəfələrlə onun barəsində yalan məlumatlar yayaraq, əsassız məlumatlar paylaşaraq, işlədiyi quruma yalan şikayətlər yazaraq onun nüfuzdan salmağa, yaşadlöl yer və işlədiyi qurumda rüsvay etməyə çalışmış. Öz əməllərinə yalançı şahidləri də cəlb edərək, xalası, anası, qardaşını və digər qohumlarının adından da ərizələr və şikayətlər yazaraq əməllərini davam etdirmişdir. X10 tərəfindən yayılmış böhtan xarakterli şərəf və layəqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar işlədiyi təşkilatda, eləcədə yaşadığı qəsəbə ərazisində və ümumiyyətlə Cəbrayıl rayon sakinləri və sakini olduğu EEE kənd sakinləri arasında yayılaraq nüfuzuna mənfi təsir göstərmişdir. Cəbrayıl Rayon Məhkəməsi qeyd etdiyim hallara və təqdim etdiyim sübutlara diqqət yetirmədən şikayətin icraata qəbulundan imtina etmiş, Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla prosessual qanunvericiliyin tələblərini pozaraq tam qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni Apellyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətlənd irilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mərdanlı Sərkər Mürsəl oğlunun şikayətində X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə ittiham etməsinə baxmayaraq konkret hansı cinayətin hansı hərəkətlərlə və necə törədilməsini göstərməməsinə, bu barədə hər-hansı sübutların olmamasın əsasə götürərək işin faktiki hallarına uyğun qərar qəbul etmiş, Apellyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əssən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cina yət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi i ttiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar