Məhkəmə qərarları › İş №1(102)-234/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-234/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-234/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Mehtiyev Səbuhi Elşən oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakla rı ilə, Mehtiyev Səbuhi Elşən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmü ilə (hakim E.Əliyevin sədrliyi, M.Abdullayev və C.Nəbiyevdən ibarət tərkibdə) xx.xx.2000-cı ildə Cəlilabad rayonunun Sabrabad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan və həmin ünvanda yaşamış Mehtiyev Səbuhi Elşən oğlu Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarı (Hakim Cəlil Nəbiyev) ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair məhkum Mehtiyev Səbuhi Elşən oğlunun vəsatətinin rədd edilməsi qərara alınmı şdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarından məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan oarət tərkibdə) 24 dekabr 2020-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarı ndan məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 18 may 2021-ci il tarixli qərarı ilə məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyindən və buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmadığından kassasiya şikayəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı ilə müddətin bərpasına dair vəsatət təqdim olunmadığına görə həmin məhkəmənin 24 dekabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya ş ikayəti hərəkətsiz saxlanılmışdır. Yuxarıda qeyd olunan 10 iyun 2022-ci il tarixli qərardan məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bir tərəfdən azyaşlı olduğundan, digər tərəfdən də hüquqi cəhətdən savadsız olması səbəbindən qanunla nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya məhkəmə kollegiyası əsassız olaraq şikayətinin hərəkətsiz saxlanması barədə qərar qəbul etmişdır. Odur ki, göstərilənlərə əsasən, barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının tam əsassız və qanun pozuntularına yol verilməsi səbəbindən ləğv edilməsini və vəsat ətinin təmin olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Mehtiyev Səbuhi Elşən oğlu və müdafiəçisi Hüseynov Altay Xəlil oğlu ayrı-ayrılıqda çıxış edərək, hüquqi savadı olmadığı üçün müdafiə hüququndan vaxtında istifadə etmədiyini, məhkəmə kollegiyasının əsassız olaraq şikayətinin hərəkətsiz saxlanması barədə qərar qəbul etdiyini, bu səbəbdən də kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məhkum Mehtiyev Səbuhi Elşən oğlunun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə S.E.Mehtiyev barəsində olan cinayət işinin materiallarını və bu iş üzrə mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə 10 iyun 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyy ən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını ap ellyasiya instansiyası məhkəməsinə qaytarır. CPM-nin 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3-ci (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində müddətində verilir. CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmçini n həmin məcəllənin 415.2-ci maddəsinə əsasən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, Mehtiyev X8 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarın dan kassasiya şikayəti vermişdir. Məhkum Mehtiyev Səbuhi Elşən oğlunun kassasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2022-ci il tarixli, 17/25-110 nömrəli məktubu ilə xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyindən və buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmadığından kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı ilə hərəkətsiz saxlanılmışdır. Göründüyü kimi, məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən verilmiş sözügedən kassasiya şikayəti qanunla nəzərdə tutulan prosessual müddət ötürməklə vermə klə yanaşı, ötürülmüş müddətin bərpası üçün ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum Mehtiyev X8 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci tarixli, 1(106)-736/2020 saylı qərarından qanunla müəyyən olunmuş müddəti buraxmaqla kassasiya şikayəti verdiyindən və qərarı çıxarmış apellyasiya instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmadığından, apellyasiya məhkəmə kollegiyasının kassasiya şikayəti hərəkətsiz saxlanılmasş barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Bununla da, apellyasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş və həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı bir pozuntuya yol verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Mehtiyev Səbuhi Elşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar