Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2340/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Hüseynov Seymur Firdovsi oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Kazımzadə Vüsal Fərman oğlunun iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhə rində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3nda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli 1(103)-702/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şika yəti və kassasiya şikayətinə əlavəyə Məhkum müdafiəçisi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Kazımzadə Vüsal Fərman oğlu və Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Hüseynov Seymur Firdovsi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(101)-407/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və A.İ.Paşayev) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 12 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Hökmdən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli 1(103)-1557/2022 nömrə li hökmü ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-in 32,4, 312.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanm ışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli 1(103)-1557/2022 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Carçalova Nuranə Həsrət qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və həmçinin Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) 5 dekabr 2023-cü il tarixli 1(102)-2307/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2022-ci il tarixli 1(103)-1557/2022 nömrəli hökmü ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışın a təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli 1(103)-702/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 1(101)-407/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Hökmdən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar, eləcə də xüsusi müsadirənin tətbiq edilməsinə dair müddəalar çıxarılmış (xaric edilmiş), Təqsirləndirilən şəxs üzərində CM-in 178.3.2-ci maddə si ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 8000 (səkkiz min) manat cərimə cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, onlar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, Məhkum sinif yoldaşı və dost münasibətlərində olduğu Zərərçəkmiş şəxs qardaşı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə sonuncunun həbsdən azad olunmasına köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin aprel ayında bilavasitə Məhkum vasitəsi ilə Təqsirləndirilən şəxs müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya X1 təqsirləndirilənməsinə dair həmin cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və onun həbsdən azad olunması imkanına malik olmasını Zərərçəkmiş şəxs sonuncunun yaşadığı ünvan 4 ünvanında Məhkum vasitəsi ilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar X10un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, həmin məsələni 2 ay müddətində müsbət həll edəcəyini yalandan vəd edərək, tələb etdiyi 100.000 manat pul vəsaitinin əvvəlcə 50.000 manatını, qeyd olunan məsələlər bitdikdən sonra isə qalan 50.000 manatını verməsini Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 21 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında 50.000 manat, eyni niyyətlə, 2021-ci ilin y ay aylarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında ayrı-ayrı vaxtlarda 500 manat və 2.000 manat pul vəsaitini sonuncudan bilavasitə əlbir olduğu Məhkum vasitəsi ilə alıb Məhkum ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 52.500 (əlli iki min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X10un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmiş, Zərərçəkmiş şəxs qalan pul və saitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Kassasiya şikayətlərinin və əlavənin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahi ş olunur. Müdafiəçi hesab edir ki, Məhkum əməlində dələduzluq cinayətinin tərkibinin olmaması, həm də ona əsas verir ki, onun əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibinin olmaması nəticəsinə gəlinsin. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə əməlinin CM-in 178-ci maddəsinin daha yüngül cəza nəzərdə tutan hissəsinə tövsif edilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 (altı) ildən 3 (üç) ilə endirilməsi xahiş olunur. Məhkum bildirir ki, o, Məhkumlə onun arasında faktiki olaraq 2500 manat borca bağlı söh bət olmuş, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 50000 manat pulu almamışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsində baxılmasının təyin olunması xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum hər ikisinin əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif olunmalı və onlara təyin edilmiş cəzalar daha ağır cəzalarla əvəz edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi, zərərçəkmiş şəxsin və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin isə təmin edilməməsi barədə müdafiəçi V.Kazımzadənin, məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsi, zərərçəkmiş şəxsin və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin isə təmin edilməsi barədə Zərərçəkmiş şəxs və nümayəndə S.Hüseynovun, kassasiya şikayətlərinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azər baycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsi ni müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə əməlinin CM-in 178-ci maddəsinin daha yüngül cəza nəzərdə tutan hissəsinə tövsif edilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması xahiş olunur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfind ən birgə verilmiş kassasiya şikayətində qeyd edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum hər ikisinin əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə tövsif olunmalı və onlara təyin edilmiş cəzalar daha ağır cəzalarla əvəz edilməlidir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddəsində nəzərdə tutulmuş əməllər: 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respub likası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə ci nayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsinin qərarınd a məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır: “....apellyasiya instansiya məhkəməsinin kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsinin tərkib əlamətləri öz təsdiqini tapsa belə, CMin 32.4, 312.2-ci maddəsinin tərkib əlamətləri olmamışdır. Belə ki, CM-in 312.1-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. CM-in 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (h ərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı və birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs və Məhkum zərərçəkmiş şəxsə sonuncunun qardaşının (barəsində olan cinayət işinin ibtidai istintaqa qaytarılması) məsələsini həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmişlər, bununla da Təqsirləndirilən şəxs və Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd et mişlər. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs və Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. CM-də yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaq zamanı Məhkum Təqsir ləndirilən şəxs yalan vədlərindən çıxış edərək Zərərçəkmiş şəxs sonuncunun qardaşı X10a köməklik etmək məqsədilə Təqsirləndirilən şəxs tanışına rüşvət vermək üçün Zərərçəkmiş şəxs 52500 manat vəsaitin almaqla sonuncunun rüşvət verməyə təhrik etməsi tam sübuta yetirilsə də, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh e dilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, y alnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviri əsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun ta rixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”- “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçi rmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-c i maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “y alançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli rüşvət verməyə təhrik kimi görünən hərəkətləri əslində dələduzluğun üsulu olmuş, bununla belə məhkum Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2- ci maddəsi ilə təqsirli bilin ib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalarını xaric etmişdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinin və əlavənin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tə sdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı insta nsiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prose sdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, o nun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdikləri ifadələri ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə və Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. İş materiallarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində və Məhkum CM-in 32.4, 312.2-ci madəsində nəzərdə tutulmuş cinayət əməllərinin törətmələri özlərinin qismən etirafedici ifadələri ilə, Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, cinayət işinin materiallarında olan 23 oktyabr 2021-ci il tarixli Məhkum və Təqsirləndir ilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu, "xxxx" MMC-dən daxil olan diskə 12 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Odur ki, onun əməlinin Az ərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş daha yüngül maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində Məhkum bəraət verilməsi üçün göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmənin hökmündən apelyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, Məhkum cinayətin açılmasına, onun digər Təqsirləndirilən şəxs ifşa edilməsinə fəal köməklik etməsini, etdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb, onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs Məhkum barələrində daha ağır və ya daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni ap ellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, kassasiya şikayətləri və Məh kum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri və əlavə təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2340/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2340/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver