Məhkəmə qərarları › İş №1(102)-2340/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2340/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2340/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum x-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 mart 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş işin faktiki hallarına görə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmiş və tək zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-4/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3, 144.2.6-cı maddələri ilə 05 (beş) i l müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 07 (yeddi) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 dekabr 2022-ci il tarixdən hesablanması, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaqla qəti olaraq daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Salahov Ruslan Fəxrəddin oğlu ayrı-ayrılıqda apellyas iya şikayətləri verib, Məhkum barəsində olan cinayət işi üzrə yeni araşdırma aparıb ədalətli qərar qəbul edilməsini, müdafiəçi isə hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-103/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-4/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib, qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunm asını xahiş etmişdir.

10. Həmin qərardan həmçinin məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı kassasiya şikayəti verib, qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1249/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-103/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır.

12. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, Ş əki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-4/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.1, 144.2.3 və 144.2.6-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ev dustaqlığında olduğu 05 (beş) ay 07 (yeddi) gü n müddətin təyin olunmuş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 16 dekabr 2022-ci il tarixdən hesablanması, hökmün apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

14. Kassasiya şikayətində zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarını ədalətsiz, ağır və qeyri-obyektiv hesab etdiyini, hadisədən artıq 14 ildən artıq vaxt keçdiyini, təqsirli şəxslərin Rusiya Federasiyası Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli h ökmü ilə müxtəlif cəzalara məhkum olunduğunu, cəzalarını çəkib qurtardıqlarını, həmin dövrdə əsəbi və qorxu altında olduğundan cəlb edilmiş şəxslərə qarşı, o cümlədən Məhkum qarşı qərəzli ifadələr verdiyini qeyd etmişdir. Məhkum ona qarşı heç bir qeyri-qanuni hərəkət etməmiş, onu oğurlamamışdır. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət hökmü çıxarılması xahiş olunmuşdur.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Zərərçəkmiş şəxs1 Məhkum əməlində cinayət tərkibi olmadığını iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı ma ddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hər əkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən ed ilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıq ların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

26. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

27. Belə ki, baxılan cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisinin təqsirliliyin sübuta yetirilməməsi əsası ilə məhkuma bəraət verilməsinə dair kassasiya şikayəti, eləcə də təyin edilmiş cəzanın əsassızlığına dair döv lət ittihamçısının kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş və qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası müəyyən etmişdir ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, onun təqsirliliyi üzrə hallar təkcə hazırkı iş üzrə yekun məhkəmə aktları ilə deyil, həmçinin ona istinad olunan cinayət əməllərinin törədilməsində iştirak etmiş və eyni əməlləri törətmələrinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum olunmuş X5, X2, X1, X6, X8 barəsində olan Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli, habelə Məhkumla birlikdə adam oğurluğu cinayətini törətdiyinə görə Azərba ycan Respublikası CM-nin 144.2.1 və 144.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş X4 barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmləri ilə müəyyən edilmiş, həmin hökmlər isə hal-hazırda qüvvədədir. X9 Məhkəməsi, istərsə də Lənkəran Ağır Cinayətlər Məhkəməsi qeyd olunan hökmləri çıxararkən hazırkı iş üzrə yekun məhkəmə aktlarının qəbul edilməsinə əsas olmuş sübutlara, o cümlədən həmin hökmlərlə məhkum olunmuş şəxslərin onların barəsində olan cinayət işləri üzrə cinayət təqibi aparılarkən verdikləri qismən etirafedici və Məhkum əməllərini ifşa edən ifadələrinə istinad etmişlər. İşə baxan əvvəlki məhkəmə kollegiyası hesab etmişdir ki, mövcud sübutlar və onların tədqiqi baxımından Novosibirsk Vilayət Məhkəməsinin 28 dekabr 2011-ci il ta rixli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmləri preyudisial qüvvəyə malik məhkəmə aktları kimi dəyərləndirilməli və həmin aktlarla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 144.2.1, 144.2.3, 144.2.6, 182.1, 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq olunmuşdur. Buna görə də məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.

28. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma apa rılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

30. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

31. İstinad edilən tövsiyə yə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetini hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

32. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsəl ələr üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

33. Məhkəmə kollegiyası onu da vurğulamağı vacib hesab edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçi rilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyas ı dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-380/2024 nömrəli, 18 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar