Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2343/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dai r Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli 1(106)-426/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 Bəhram oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 mart tarixli, 1(099)-155/2024 nömrəli hökmü (Hakimlər: Cavid Səfərli (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) ilə, 20 avqust 1990-cı il tarixdə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, əvvələr məhkum olunmamış, Kürdəmir rayonu Çöl-Qubalı kəndində qeydiyyatda olan və yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cə za çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Yaşar Həşimov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 2024-cü il 29 may tarixli, 1(106)-426/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, təqsirləndirilən Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-ci il 6 mart tarixli, 1(099)-155/2024 nömrəli hökmü dövlət ittihamçısı E.Musayev tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs aralarında olan ədavətə görə 14 fevral 2019-cu ildə onun evinə daxil olaraq bud nahiyəsindən üç bıçaq xəsarəti yetirdikdən sonra düşmənçilikləri daha da gərginləşdiyindən, o cümlədən Zərərçəkmiş şəxs onu mütəmadi olaraq kənd ərazisində təhqir etməsindən bezib sonuncunu cəzalandırmaq üçün xəsarət ye tirmək məqsədilə 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı, Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gələrək evin arxa hissəsində gözləmiş, Zərərçəkmiş şəxs öz həyətinə gəldikdə əvvəlcədən hazırlayıb üzərində gəzdirdiyi məişət təyinatlı qayçı hissəsi ilə döş qəfəsinin ön və arxa səthindən qəsdən iki dəfə zərbə vurmaqla ona döş qəfəsinin sol yarısından Vİ-Vİİ qabırğalararası səviyyədən döş boşluğuna keçərək ağciyərin aşağı payını və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara və sağ kürək nahiyəsindən döş boşluğuna keçərək ağciyəri zədələyən deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə aralarında bir neçə ildir davam edən münaqişə zəminində Zərərçəkm iş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏ TƏRƏFİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, həm də uzaq qohumudur. Zərərçəkmiş şəxsla 2019cu ildən bəri ədavət və düşmənçiliyi vardır. Belə ki, 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs və ailəsi onu şərləyərək guya Sahilin əmisi oğlu X4 arvadı X2 eşq məktubu yazmasını iddia etmişlər. Bu əsassız söz-söhbətlər kənddə yayılmağa başlamışdır. xx.xx.2019- cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs bir neçə qohumu ilə birgə onun evinə daxil olaraq anasının gözü qarşısında ona bıçaq xəsarətləri yetirmişdir. Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılaraq iş Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə o, bu ədavətin qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs şikayətçi olmamış, nəticədə Sahilə həbslə bağlı olmayan cəza verilmişdir. Bundan sonra 2019-cu ilin sentyabr ayında Lamiyənin əri Elşən Həsənov onu avtomobilin təkər açarı ilə döyərək çoxsaylı xəsarətlər yetirmiş, bununla bağlı sonuncuya cinayət işi açılmış və Kürdəmir Rayon Məhkəməsində işə baxılmış, o, bu dəfə də şikayətçi olmamış, buna görə də Elşən şərti məhkum edilərək azadlıqda qalmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs və qohumları onunla ədavətini davam etdirərək hər dəfə onu kənddə gördükl əri vaxt söyüb təhqir etmişlər, onu təhdid edirmişlər, rahat yaşamağa imkan vermirmişlər. 2023-cü ilin mart ayında həmkəndlisi Qurban Nəsirovun oğlunun ölümünün 3-cü günü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmişdir. Həmin vaxt Sahilin əmisi oğlu Şahid6 onu görüb camaatın arasında nalayiq ifadələrlə təhqir etmişdir. O da orada münaqişə yaratmamaq üçün dərhal yas mərasimini tərk etmişdir. Şahid6 bu hərəkəti ona çox pis təsir etmişdir. Həmin gündən o, onları cəzalandırmaq qərarına gəlmiş, bütün bunları təşkil edən və qohumlarını ona qarşı belə hərəkətlərə təşviq edən Zərərçəkmiş şəxs olmasını bilirmiş. Bu səbəbdən Zərərçəkmiş şəxs cəzalandırmaq, Sahilin ona etdiyini, yəni 2019-cu ildə evinə girib onu bıçaqladığı kimi o da həmin hərəkəti Sahilə qarşı etmək qərarına gəlmişdir. Düş ünürmüş ki, Sahilə xəsarət yetirəndən sonra Sahil və qohumları ondan əl çəkərlər. Bu məqsədlə 18 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman qayçının bir-birinə çarpaz olan iki hissəsindən birini ayırıb tutacaq hissəsini qara rəngli yapışqan lentlə bağlamış və cibinə qoymuşdur. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin bağ sahəsinə girib həyətə doğru gəlmiş və fərdi yaşayış evinin kənarında gözləməyə başlamışdır. Həmin vaxt Sahil həyətin darvazasından içəri girmiş, həmin vaxt həyətdə Sahilin arvadı və uşaqları olduğu üçün Sahilə yaxınlaşmamışdır. Sahil arvadına plastik torbada nəsə verib həyətdən çıxıb getmişdir. O, Sahilin yenidən qayıtmasını gözləməyə başlamışdır. Təxminən yarım saat sonra Sahil özünə məxsus “QAZEL” markalı maşını ilə darvazad an öz həyətinə daxil olmuş, Sahil maşınından düşən kimi evin kənarından çıxıb əlində qayçı ilə ona doğru qaçmağa başlamış, Sahil onu və əlindəki qayçını görüb diksinmiş və əllərini havaya qaldırıb özünü müdafiə etmək istəmişdir. O, əlindəki qayçı ilə Sahilin bud nahiyəsinə vurmaq istəmişdir. Sahil həmin vaxtı qəfil əyildiyindən qayçı onun döş qəfəsinin sol hissəsinə dəymiş, ikinci dəfə Sahili vurmaq istəyəndə bıçaq onun sağ kürək nahiyəsinə dəymişdir. Bu iki zərbədən sonra o, Sahilə daha heç bir xəsarət yetirməmiş, Sahilin getməsinə imkan vermiş, sonuncu bağa doğru istiqatlənmiş, o, da Sahilə yetirdiyi xəsarətlərin ağır olduğu düşünüb onun arxasınca getmişdir ki, Sahil yıxılıb qalsa kömək etsin. Sahilin bağ sahəsindən keçib qonşusu Teymurun həyətinə girdiyini görmüş, Teymur da həyətə çıxar aq Sahilə yaxınlaşdığını gördükdə artıq başa düşmüşdür ki, Sahilə yardım göstəriləcək, buna görə də gəldiyi yolla qayıdıb Zərərçəkmiş şəxs həyətindən çıxıb öz evinin həyətinə getmişdir. Evdə yuyunub əynini dəyişdikdən sonra rayon polis şöbəsinə könüllü gəlib təslim olmuşdur. Zərərçəkmiş şəxs və qohumlarının ona qarşı düşmənçiliyi və ədavəti onu bezdirmişdir. Sahil və qohumları onu harda görsələr nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Sahil ona bıçaqla xəsarət yetirmiş, onların belə hərəkətləri səbəbindən kənddə adam arasına çıxa bilməmişdir. Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlmişdir. Sahil Nəsirovu öldürmək niyyəti olmamışdır. Öldürmək niyyət olsaydı özü ilə qayçının tiyəsini yox, böyük iti bıçaq götürərdi, həmçinin Sahilə dayanmadan xəsarətlər yetirərək öldürərdi, Sahilə xəsarə t yetirəndən sonra sonuncu ona müqavimət göstərmək iqtidarında olmamış, öldürmək istəsəydi zərbələri ardı ardı ilə davam edərək Sahili həyatdan məhrum edərdi, o, isə əksinə qayçı ilə xəsarət yetirəndən sonra kifayətlənmiş, Sahilə çıxıb getməsinə imkan yaratmış, sonuncunu bir qədər müşayiət etmiş ki, yıxılsa köməksiz qalsa köməklik etsin, Sahilin Teymurun yanına getdiyini görərək ona köməklik göstəriləcəyindən əmin olub hadisə yerindən çıxıb getmişdir. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi əməldən peşmandır. Onun əməlinin düzgün tövsif edilməsini və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işin faktiki hallarına uyğun gələn və birbirini tamamlayan ifadələrini deyil, zərəçəkmiş şəxs in ifadəsini mötəbər hesab etməsini izah etməmişdir. Zərərçəkmiş şəxs Məhkum həmkəndlisi olması və 2019-cu ildən bəri onların arasında ədavət və düşmənçiliyin mövcudluğu onuun qisas alma üçün sonuncunu öldürmək istəməsi isə tam əsassızdır. Məhkum ifadələrində də göstərmişdir ki, Zərərçəkmiş şəxs və qohumlarının ona qarşı düşmənçiliyi və ədavəti onu bezdirmişdir. Sahil və qohumları onu harda görsələr nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Sahil ona bıçaqla xəsarət yetirmiş, onların belə hərəkətləri səbəbindən kənddə adam arasına çıxa bilməmişdir. X9 öldürmək niyyəti olmamış, sadəcə cəzalandırmaq qərarına gəlmişdir. Məhkum və müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəmə sində dövlət ittihamçısı X3 çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiy a müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ve rməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkumun əməlinin tövsifini və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nətic ələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində əsasən əməlin tövsifini mübahisələndirərək məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasını iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Məhkum ifadələrində qeyd etmişdir ki, o, Sahilə yetirdiyi xəsarətlərin ağır olduğu düşünüb onun arxasınca getmişdir ki, Sahil yıxılıb qalsa kömək etsin. Sahilin bağ sahəsindən keçib qonşusu Teymurun həyətinə girdiyini görmüş, Teymur da həyətə çıxaraq Sahilə yaxınlaşdığını gördükdə artıq başa düşmüşdür ki, Sahilə yardım göstəriləcək, buna görə də gəldiyi yolla qayıdıb Zərərçəkmiş şəxs həyətindən çıxıb öz evinin həyətinə getmişdir. Evdəkilərlə sağollaşandan sonra rayon polis şöbəsinə gedib təslim olmaq istəmişdir. Məhkəmə kollegiyası Məhkum bu ifadəsini də inandırıcı hesab etmir və bunu Məhkum daha ağır əmələ görə cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir. Başqa sözlə ifadə etsək, Məhkum Zərərçəkmiş şəxs ardıcıl şəkildə iki dəfə, özü də həya t əhəmiyyətli orqanlarından zərbələr vurması və yetirdiyi xəsarətlərin ağır olduğunu düşünüb zərərçəkmiş şəxsə yıxılıb qalarsa kömək etməsi məqsədilə arxasınca getməsi məntiqsiz görünür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum zərərçəkmiş şəxsin arxasınca getməsi onun qabaqcadan planlaşdırdığı qəsdən adam öldürmə cinayət əməlini başa çatdırmaq niyyəti güdmüşdür ki, qonşuluqda yaşayan Şahid1 zərərçəkmişə yaxınlaşması Məhkum cinayəti başa çatdırmasını onun iradəsindən asılı olmayan səbəbdən əngəlləmişdir. Bununla yanaşı, zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılması, həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində onun həyatı xilas edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, işin hal larından da göründüyü kimi, məhkum vermiş olduğu ifadələrində zərərçəkmiş şəxsi cəzalandırmaq istədiyini bildirmiş, bunun üçün hazırlıq da görərək kəsici, deşici xüsusiyyətə malik soyuq silahı istifadəyə yararlı vəziyyətə gətirmiş, zərərçəkmiş şəxsi evinin yanında gislənərək gözləmiş, zərərçəkmiş şəxs evinə gələrkən məhkum onu görən kimi qaçaraq zərərçəkmiş şəxsə yaxınlaşmış və əlindəki soyuq silahla zərərçəkmiş şəxsin birinci ürək nahiyəsindən, zərərçəkmiş şəxs ondan aralanmaq məqsədi ilə dönüb gedərkən də kürək nahiyəsindən xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs qaçaraq ondan aralaşıb qonşunun evinə girməsi nəticəsində məhkum öz niyyətini həyata keçirə bilməmişdir. Burada məhkumun niyyətinin qəsdən adam öldürmə və ya zərərçəkmiş şəxsə yalnız ağır xəsarət yetirmə olub-olmamasının dəqiq müə yyənləşdirilməsi mühüm əhəmiyyətə malikdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3cü bəndinin ikinci abzasında göstərilmişdir: “ Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Hazırki işin faktiki hallarından da göründüyü kimi, məhkum zərərçəkmiş şəxsin həyati orqanlarına ağır xəsarət yetirmiş, zərərçəkmiş şəxsin qaçması və qonşunun evinə daxil olması nəticəsində məhkum qəsdən adam öldürmədən ibarət olan niyyətini özündən asılı olmayan səbəblərə görə sonacan yerinə yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisnin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin ka ssasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 Bəhram oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 mart tarixli, 1(099)-155/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli 1(106)-426/2024 nömrəli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2343/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2343/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver