Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2343/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan ci nayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(003)509/2023 nömrəli (hakim: Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi) hökmü ilə xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, xxx-də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onun 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1( 001)-489/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-489/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəlinin 1 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 1(003)509/20 23 nömrəli (hakim: Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi) qərarı ilə 28 dekabr 2023-cü il tarixli hökmdə yol verilmiş anlaşılmazlığı aradan qaldırılması, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası” sözlərinin “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası” sözləri kimi oxunması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrl iyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 28 avqust 2024-cü il tarixli 1(103)-1929/2024 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 3 (üç) il 4 (dörd) aya endirilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının və Sumqayıt Şəhər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(060)-344/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması, Məhkum qəti olaraq 4 (dörd) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)344/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-489/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) günün, cəmi 6 (altı) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edil miş 4 (dörd) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Məhkum özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xxx-da yerləşən saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxsə məxsus fermaya qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərələri, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 3735 manat olan 83 ədəd çuqun qabı, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik metal qapını,16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəx s1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq olaraq oradan Zərərçəkmiş şəxs məxsus, bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan 01 ədəd metal qapını, qiyməti 250 manat olan 01ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastmas boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 27 0 manat olan 180 ədəd plastmas rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan bir ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxsə cəmi 19335 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayəti ilə, ailə vəziyyətini, atasının vəfat etməsini, anasının tək qaldığını, əməlindən səmimi peşman olmasını, zərərin bir qisminin ödənildiyini, atasının və əmilərinin İ Qarabağ, əmisi oğlunun İİ Qarabağ müharibəsi veteranı olmalarını nəzər ə alaraq, barəsində təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəs ində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərin i müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə g östərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirilməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası c inayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət tör ətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tə rəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilm iş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdi rici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində v ə başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixl i tələbnamədən görünür ki, Məhkum Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 8 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3 və 70-ci maddələrinə əsasən ona 1(bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Sumqayıt ŞPİnin İŞ-də Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 4 fevral 2023-cü il tarixdə məhkəməyə göndərilmiş, barəsində Xəzə r RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi hal-hazırda icraatdadır. Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022ci il tarixli 7(002)-477/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 nömrəli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunaraq cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, Məhkum təyin edilmiş cəzasının çəkilməmiş qalmış 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5 ap rel 2023-cü il tarixli 1(060)-344/2023 nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin 7(026)-60/2022 nömrəli 08 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində tətbiq edilmiş cəzadan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Binəqədi Rayon Məhkəməsinin 1(101)585/2019 nömrəli 24 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 18 (on səkkiz) gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən bir ləşdirilmiş və üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 9 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 5 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 5 aprel 2023-cü il tarixli 1(060)-344/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə 9 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün, habelə hazırkı cinayət işi üz rə 18 fevral 2023-cü ildən 20 fevral 2023-cü ilədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 5 aprel 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna ünvanladığı 1 noyabr 2023-cü il tarixli 1(001)-489/2023 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 nömrəli hökmündən apellyasiya şikayəti və ya apellyasiya prote sti verilməmiş, hökm 2 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. CM-in 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM- in 83.3.3-cü maddəyə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, yuxarıda qeyd olunan hökmlərdən görünür ki, Məhkum iki dəfə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun məhkumluqları ödənilmədən, hazırkı cinayət işinin “İşin halları” bölməsindəki cinayət əməlini törətmişdir ki, bununla da o, CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu olan hesab edilir və CM-in 18.2.1-ci maddəsinə əsasən hazırda onun əməlləri təhlükəli residiv sayılır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (törətdiyi əməli etiraf edərək peşman olması, Zərərçəkmiş şəxs şikayət və tələbinin olmaması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhku mun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsa ssızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2343/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2343/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver