Məhkəmə qərarları › İş №1(102)-2346/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2346/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2346/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1990-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum İran İslam Respublikasının vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində əkin sahəsinin kənarındakı yarımçıq tikilidə gizlədilmiş 8 (səkkiz) ədəd bükümlərdə, külli miqdarda olmaqla ümumi çəkisi 11630,0 qram narkotik vasitə heroini, 2 (iki) ədəd bükümlərdə, külli miqdarda olmaqla ümumi çəkisi 3040,0 qram narkotik vasitə tiryəki və 1 (bir) ədəd bükümdə külli miqdarda olmaqla 720,0 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 01 mart 2022-ci ildə saat 21:20 radələrində həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr üzərində olan bir ədəd idman çantasından aşkar edilərək götürülmüşdür.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(099)-412/2022 nömrəli hökmü ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək onun CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 12 (on iki) il mü ddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 01 mart 2022-ci ildən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(099)-412/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəç i tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(099)412/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(099)-412/2022 nömrəli hökmünün apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzas ının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının, hazırki qərarla ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 1(099)-412/2022 nömrəli hökmünün apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi guya birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə alınmamasını, onun cəzasını yüngülləşdirmək üçün bir bəhanə kimi gətirdiyindən, bunun nədə ifadə olunmasını qərarda əsaslandıra bilməmiş, yəni apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan Məhkum cəzasını yüngülləşd irmək məqsədi ilə onun cəzasını yüngülləşdirən halları sadəcə olaraq təkrar istifadə etmək üçün onların guya kifayət qədər nəzərə alınmamasını qərarında qeyd etmişdir.

8. Kassasiya protestinin müəllifi həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirərkən nəzərə almamışdır ki, o, külli miqdarda olmaqla ümumi çəkisi 11.630,0 qram narkotik vasitə heroini, külli miqdarda olmaqla ümumi çəkisi 3.040,0 qram narkotik vasitə tiryəki və külli miqdarda olmaqla 720,0 qram çəkidə psixotrop maddə metamfetamini qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır.

9. Protestin dəlilləri qismində qeyd edilir ki, məhkəmə Cavid Əiyevin cəzasını yüngülləşdirərkən, onun tərəfindən törədilən CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə heroin ücün müəyyən edilmiş külli miqdarından 5.815 dəfədən çox, ümumi çəkisi 11.630,0 qram olmasını, narkotik vasitə tiryək üçün müəyyən edilmiş külli miqdarından 60 dəfədən çox, ümumi çəkisi 3.040,0 qram olmasını və psixotrop maddə metamfetamin ücün müəyyən edilmiş külli miqdarından 360 dəfədən çox, ümumi çəkisi 720,0 qram çəkidə olmasını, bu halların öz-özlüyündə onun tör ədiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, bir sözlə cinayətin içtimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamışdır.

10. Həmçinin qeyd edilir ki, iş materialları ilə təsdiq olunduğu kimi, Məhkum ağır cinayət əməllərini törətmiş və bu heç də hadisələrin təsadüfi axarı zəminində baş verməmiş, Məhkum əvvəllər məhkum olunmaması, ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməməsini şərtləndirən, onun tərəfindən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işin digər faktiki hallarını heç də dəyişdirməməklə yanaşı, həmin halların mövcudluğunu aradan qaldırmamışdır. Ona görə də, məhkəmənin Məhkum əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə al ması tamamilə əsassız olmuşdur.

11. Kassasiya protestində həmçinin qeyd edilmişdir ki, məhkəmə göstərilənləri nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun qeyd edilən normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023- cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına və cinayət işi materialarında olan sübutlara istinadlar edərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb, yalnız cəza təyini hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişən apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.

14. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, cinayət hadisəsini sübut edən əsaslar olmadan ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində apellyasiya şikayətinin dəlillərini müzakirə edib qiymət verməmiş, birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək, məhkumun qeyd edilən cinayət əməlini törətməsini iş materialları ilə tam sübuta yetiri lməsini göstərməklə, yalnız cəza təyini hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməklə kifayətlənmişdir.

15. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)206/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir.

16. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməs ini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X11 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğu n olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının Məhkum bəraət verilməklə ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

24. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. M əhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

26. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cina yətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

28. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilmə yən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

29. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

30. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

31. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

32. Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

33. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

34. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

35. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

36. Çünki, kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

37. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə AR Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, həmçinin AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət e tmədiyi müəyyən olunur.

38. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilməklə sanskiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilməklə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

39. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum isə CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddət, 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin ed ilmişdir.

40. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən cəzanın həddi qanuni və ədalətli olmuşdur.

41. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyi, narkotik vasitənin çəkisi mübahisələndirilmişdir.

42. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət M əcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə üç ildən yeddi ilədək müddətə, 234.4.1 və 234.4.3-cü maddələri ilə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür.

43. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən kassasiya protestində “məhkəmənin Məhkum əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olması, Məhkum cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını, onun cəzasını yüngülləşdirmək üçün bir bəhanə kimi gətirməsi” kimi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin adı “cəzanı yüngülləşdirən hallar” adlanmaqla, bu norma yalnız cəza təyin edən şəxsə, cinayət mühakimə icraatını həyata keçirən məhkəməyə ünvanlanmış, istintaq orqan ı tərəfindən təklif edilsə də, edilməsə də, konkret iş üzrə bu maddədə sadalanmış yüngülləşdirici halların olub-olmamasının hesab edilməsi, bu maddədə göstərilməyən başqa hər hansı halın cəzanı yüngülləşdirən hal hesab edilə bilinməsi məsələsi yalnız məhkəmə tərəfindən müzakirə edilib və yalnız məhkəmə tərəfindən həll edilməli olan məsələdir.

44. Göründüyü kimi məhkum barəsində nəzərə alınan yüngülləşdirici halları qəbul edə bilməyən ittiham tərəfi, hətta ittiham aktında belə onun barəsində ağırlaşdırıcı halların müəyyən edilməməsini qeyd etməklərinə, həmçinin kassasiya protestinin dəlilləri qismində məhkum barəsində ağır cəzanın təyin edilməsi məqsədi ilə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini tələb etmələrinə baxma yaraq, qeyd edilən dəlilləri təsdiq edən nəinki hər hansı bir sübuta istinad etməmiş, əksinə yüngülləşdirici halları təkzib etməklə kifayətlənmişdir.

45. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi azadlıqdan məhrum etmə cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailələrinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

46. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi və Məhkum təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının Məhkum bəraət verilməklə ləğv edilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

47. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də əməlin tövsifi ilə razılaşdığı hazırki qərarın “İşin halları” bö lməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də qismən məhkəmə istintaqı keçirilməklə təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə qaydada apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əl aqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

49. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayəti nin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

50. Təsvir olunanlar Məhkum müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

51. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 i yul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli, 1(106)-206/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar