Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2346/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli 1(106)-402/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Biləsuvar Rayon Məhkəməsinin ilə (hakim N.Mirzəyev) 2024-cü il 6 mart tarixli 1(022)-44/2024 nömrəli hökmü ilə, xx.xx.1979-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonunun Ağayrı kəndində yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 6 ay, 221.2.2-ci maddəsi ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrume tmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Habil Bəhmənovdan ibarət tərkibdə) 2024-cü il 29 may tarixli 1(106)-402/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 2024-cü il 6 mart tarixli 1(022)-44/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 127.2.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 1 ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən ona hazırkı qərarla CM-in 127.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası hökmlə CM-in 221.2.2-ci maddəsi ilə təyin edilmiş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum 18 iyul 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Günəşli kəndində, X6 məxsus çayxananın qarşısında küçədə, ictimai yerdə, tanışı X2 və onun Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində söyüş söyməsini aydınlaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxla q normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq mənəviyyat normalarına qarşı saymamazlıq etməklə heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq sözlərlə söyüb təhqir edərək, üzərinə hücum edib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağ əlinin 4-cü barmağından əli ilə tutub sındırmaqla və yumruqla sifətindən vuraraq ona sağ əlin 4-cü barmağının orta falanqasının sınığı, sol gözyuvası ətrafında və alt dodaq nahiyəsində qançırlar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə həmin xuliqanlıq hərəkətlərini davam etdirirək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 ü zərinə hücum edib yumruqla bir neçə dəfə sonuncunun baş və kürəyindən vuraraq ona başın ənsə nahiyəsində və sağ kürək nahiyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Məhkum onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs3 da heç bir əsaslı səbəb olmadan ucadan nalayiq sözlərlə söyüb təhqir edərək yumruqla sağ göz nahiyəsindən vurmaqla ona fiziki zor tətbiq edib, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, bütün faktlar təsdiq edir ki, Məhkum dava etmək niyyəti olmamışdır. Hər bir davan ı başlayan tərəf olur və başlamış davada zora məruz qalmış tərəf də özünü müdafiə etmək məcburiyyətində qalır. Bu şəxslərə verilmiş ittihamladan belə nəticə çıxır ki, dava-dalaşı başlayanda xuliqanlıq hərəkətləri etmiş və və zora məruz qalmış tərəf də xuliqanlıq etmişdir. Yəni gərək ki, Məhkum onunla dava edən şəxslərin qarşısında imkanı qədər vurulan zərbələrə dözməklə dayanmalı idi. Amma o, ona yetirilən xəsarətə (bıçaqla) dözməyib müqavimət göstərdiyinə görə o da xuliqanlıq hərəkətləri etmiş sayılmışdır. Bu aksiomadır ki, hər bir dava dalasda tərəflər eyni vaxtda bir-birlərinə zərbələr vurmağa baslamırlar.Əvvəlcə biri başlayır sonra o biri tərəf isə cavab verir.Yalnız idman yarıslarında hər iki tərəf hakimin işarəsi iiə döyüşə evni anda başlayırlar. Bu dəlillər təsdiq edir ki, Məhkum əm əlində xuiiqanlıq cinayətinin tərkibi yoxdur. Bundan başqa cinayət işində Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin bu davada hansı xəsarəti almağı sübuta yetmir. Əksinə onun barəsində olan cinayət işindən görünür ki, əksinə o, Məhkum xəsarətlər yetirmişdir. Odur ki, onun zərərçəkmiş kimi tanınmasına xitam verilməlidir. İşin hallarından görünür ki, Məhkum ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik və sair niyyəti olmayıb. Ona qarşı edilmiş zorakılıqlara qarşı özünü müdafiə etmək məcburiyyətində qalmışdır. Məhkumun müdafiəçisi yuxardıa göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli, 1(106)-402/2024 saylı qərarının dəyişdirilərək həmin qərar ilə 1 (bir) ii 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Məhkum əməlində CM-in 127.2.3 və 221.2.2-ci maddələrinin tərkibi olmadığından həmin maddələr üzrə cinayət təqibinə xitam verilməsi və Məhkum əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını nəzərə alaraq Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun xuliqanlıq cinayət əməlində təqsirinin olmadığını iddia edərək həmin maddə üzrə məhkuma bəraət verilməsini, xuliqanlıq niyyətinin olmamasını nəzərə alara q əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışması ilə bağlı icraata xitam verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin e tməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilmə si – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi məhkumun təqsirli bilindiyi hər iki maddə üzrə əməllərinin tövsifini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi hər bir maddə üzrə ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini vacib hesab edir. CM-in 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama məhkəmə kollegiyasının münasibəti: Məhkum CM-in 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb təhqir edərək, üzərinə hücum edib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağ əlinin 4-cü barmağından əli ilə tutub sındırmaqla və yumruqla sifətindən vuraraq ona sağ əlin 4-cü barmağının orta falanqasının sınığı, sol gözyuvası ətrafında və alt dodaq nahiyəsində qanşırlar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 həmin hökmlə həmin hadisəyə görə CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə Zərərçəkmiş şəxs1 qarşı irəli sürülmüş ittihama görə o, tanışı Zə rərçəkmiş şəxs3 ilə bir qrup şəxs halında 18 iyul 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Günəşli kəndində, X6 məxsus çayxananın qarşısındakı küçədə, Ağayrı kənd sakini Məhkum Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində nalayiq ifadələr işlətməsini bəhanə edərək kənar şəxslərin gözü qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Məhkum sağ qoluna istintaqa məlum olmayan bıçaqla bir dəfə vuraraq ona qağ bazu nahiyəsində kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulma sına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, xuliqanlıq hərəkətlərini davam etdirərək Məhkum sinəsinə bir neçə yumruq zərbəsi vurmaqla ona döş qəfəsinin sol yarısında sıyrıq yuvası ətrafında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə ətrafdakı şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi, Məhkum özünə qarşı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq edilən xuliqanlıq cinayət əməlini törətmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Məhkum qarşı irəli sürülmüş ittihama görə o, cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qəra rının 6cı bəndində xuliqanlıq niyyətinin anlayışı və məhkəmə təcrübəsində tətbiqindən bəhs olunur. Həmin şərhə hazırkı işin halları baxımından nəzər saldıqda aydın olur ki, cinayət əməli o zaman xuliqanlıq niyyəti ilə törədilmiş hesab olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə qəsdən başqasının sağlamlığına az ağır zərər vurur). Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmanı mübahisə və ya dalaşma zəminində qəsdən sağlamlığa az ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına qəsdən az ağır zərər vurm aq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlaması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. Məhkum və zərərçəkmiş şəxsə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihamların müqayisəli təhlilindən ortaya sıxan mənzərə ondan ibarətdir ki, hazırkı cinayət əməlinin baş verməsinin əsas təşəbbüskarı və səbəbkarı məhz Zərərçəkmiş şəxs1dur. Məhz Zərərçəkmiş şəxs1 bəhanə edərək Məhkum yaxınlaşmış, münaqişə yaratmış, sonuncuya xəsarətlər yetirmiş, baş vermiş hadisə məhz Zərərçəkmiş şəxs1 hüquqa zidd hərəkətləri səbəbindən törənmişdir. Qeyd edilənlərə əsasən mə hkəmə hesab edir ki, məhkum Kamir Qafarovun əməlində xuliqanlıq niyyəti olmamış və onun əməli CM-in 127.2.3 - cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Məhkumla barışmışdır, onun günahından keçmişdir, ona vurduğu ziyanı tam ödəmişdir, ondan heç bir tələb və şikayəti yoxdur. (bax cild 2, i.v. 32). CM-in 73.2-ci maddəsinə əsasən CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 73.2-ci maddəsinə əsasən CM-in 127.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməlidir. CM-in 221.2.2-ci maddə si ilə irəli sürülmüş ittihama məhkəmə kollegiyasının münasibəti: Məhkum CM-in 221.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, xuliqanlıq hərəkətlərini davam etdirirək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla bir neçə dəfə sonuncunun baş və kürəyindən vuraraq ona başın ənsə nahiyəsində və sağ kürək nahiyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Məhkum onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs3 da heç bir əsaslı səbəb olmadan ucadan nalayiq sözlərlə söyüb təhqir edərək yumruqla sağ göz nahiyəsindən vurmaqla ona fiziki zor tətbiq edib, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhk um qarşı irəli sürülmüş ittihama görə o, özünün xuliqanlıq hərəkətlərinin qarşısnı almağa cəhd edən Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan söyüb təhqir edərək yumruqla vurduğu üçün onun cinayət əməli CM-in 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 221.2.2-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq cinayət əməli ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə əməl bu maddə ilə tövsif olunur. İttihamdan göründüyü kimi, Zərərçəkmiş şəxs3 ictimai vəzifəsini yerinə yetirən, ictimai qaydanı qoruyan və ictimai qaydanın pozulmasının qarşısnı alan şəxs kimi təqdim edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (ictimaiyyət nümayəndəsi) Zərərçəkmiş şəxs3 həmin hökmlə həmin hadisəyə görə CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin iş üzrə Zərərçəkmiş şəxs3 qarşı irəli sürülmüş ittihama görə o, tanışı Zərərçəkmiş şəxs1la bir qrup şəxs halında 18 iyul 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Günəşli kəndində, X6 məxsus çayxananın qarşısındakı küçədə, Ağayrı kənd sakini Məhkum Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan küçədə kənar şəxslərin gözü qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət v ə ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Məhkum üzərinə hücum edib onun sifət və sinə nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq sağ qaş nahiyəsində və döş qəfəsinin sağ yan səthində sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, dava-dalaşdan 5-10 dəqiqə sonra təkrarən həmin yerdən təxminən 150-200 metr aralıda yerləşən X3 məxsus “Günəşli” marketin qarşısındakı küçədə təkrarən Məhkum hücum edib onun sifətindən yumruqla bir neçə dəfə vurmaqla ona sağ gözaltı və sol gicgah nahiyələrində qançır, aşağı çənədə sağ mərkəzi kəsici dişin hissəvi sınığı ilə nətic ələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ətrafdakı şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilir ki, ictimai qaydanı qoruyan şəxs kimi təqdim edilən Zərərçəkmiş şəxs3 əslində Məhkum qarşı xuliqanlıq cinayət əməlini törədən şəxsdir. Əgər şəxs dava-dalaşın tərəfidirsə və tərəf kimi cinayət əməli törədirsə, bu zaman onun ictimaiyyət nümayəndəsi kimi qəbul edilməsi yolverilməzdir. Xuliqanlıq cinayət əməlini törətmiş şəxsi necə ictimaiyyət nümayəndəsi kimi qəbul etmək olar?! Qeyd edilən dəlillərin müqayisəli təhlili məhkəmə kollegiyasına belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum tərəfindən xuliqanlıq cinayət əməlinin törədilməsi iş üzrə toplanmış mötəbər sübutla rın məcmuyu ilə sübuta yetirilsə də, lakin onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, yuxarıda qeyd edilənlərdən də görünür ki, əslində Məhkum tərəfindən CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilmişdir və bu səbəbdən onun əməli CM-in 221.2.2-ci maddəsindən CM-in 221.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-in 221.1-ci maddəsi ilə təyin olunmalı olan cəzanın növünü və həddini müzakirə edərkən hesab edir ki, cəza təyin edilərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, məhkumun şəxsiyyəti, eləcə də məhkəmələr tərəfindən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış hallar nəzərə alınmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfin dən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 may tarixli 1(106)-402/2024 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəalar qərardan xaric edilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2346/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2346/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver