Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2346/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun hüquqi varisi X1 və Müdafiəçi3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarından ölmü ş Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 2 saylı xüsusi əyani-qiyabi tam orta məktəbinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 30 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. 2. 30 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 oktyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Mə hkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-924/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüquqund an məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, üzərinə vəzifələrin qoyulması, vurulmuş ziyanın dəyəri məbləğində Məhkum məxsus ünvan 2 ünvanında yerləşən 4 saylı mənzil və 1999-cu il buraxılışı olan “Mercedes C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlaklar üzərinə həbs qoyulması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və ona əlavə verib, hökmün ləğv e dilməsi, barəsində bəraət hökmünün çıxarılmasını, onun mülkiyyətində olan ünvan 2 4 saylı mənzilə və 1999cu il buraxılışı olan “Mercedes C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq edilmiş xüsusi müsadirənin və həmin əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1908/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-924/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmünün apellyasiya şikayətinə və ona əlavəyə münasibətdə dəyişdirilməsi, ünvan 2 4 saylı mənzilə, 1999-cu il buraxılışı olan, “Mercedes C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəaların hökmdən çıxarılması (xaric edilməsi) qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1908/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarının xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəaların çıxarılması hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)559/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə kassasiya protesti t əmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1908/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-924/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli hökmünün xüsusi müsadirənin tətbiq edilməsi hisssəsində dəyişdirilməsi, vurulmuş ziyanın dəyəri məbləğində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 23, 4 saylı mənzilin ½ hissəsinə və 1999-cu il buraxılışı olan, “Mercedes C180” markalı, **FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə xüsusi müsadirənin tətbiq e dilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından ölmüş məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya şikayətində müdafiəçi maddi və prosessual hüquq normalarına, habelə “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına, “İnsan hüquqları və əsas azadlıql arının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokoluna, həmçinin xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad edərək göstərmişdir ki, mərhum Məhkum elan olunmuş ittiham üzrə təqsirli hesab edildiyi cinayət əməli 2016–2021-ci illəri əhatə edir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, həmin şəxsin mülkiyyətində olmuş daşınar və daşınmaz əmlak cinayət hadisəsindən əvvəl əldə edilmişdir. Hazırkı iş üzrə xüsusi müsadirəyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin tətbiqi mümkün deyildir. Belə ki, məhkum edilmiş şəxsə məxsus olub özgəninkiləşdirilmiş və ya istifadə olunmuş müsadirəyə məruz qala biləcək əmlak aşkar edilməmişdir. Buna görə qeyd edilən maddəyə istinad edilməklə məhkuma məxsus cinayət yolu i lə əldə edilməmiş digər əmlakın xüsusi müsadirəyə cəlb edilməsi qanuni hesab oluna bilməz. Qeyd olunanlarla yanaşı, apellyasiya məhkəməsi tərəfindən xüsusi müsadirəyə məruz qalmış daşınmaz əmlakın - fərdi yaşayış evinin - mərhum məhkumun hüquqi varisi olan arvadının yeganə yaşayış yeri olması, həmin şəxsin artıq yaşlı olması və sonrakı dövrdə özünü yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmaması halları hüquqi qiymətləndirilməmiş, hüquqi varisin faktiki vəziyyəti nəzərə alınmamışdır. Bu isə məhkum olunmuş şəxsin hüquqi varisinin mülkiyyət hüququna, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınmış müdafiə çərçivəsinə qanunsuz müdaxilə təşkil etmişdir. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarının dəyişdirilməsi və vurulmuş ziyanın dəyəri məbləğində ünvan 2 mənzil 4-ün ½ hissəsinə, eləcə də 1999cu il buraxılışı olan, “Mercedes C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə xüsusi müsadirənin tətbiq edilməsinə dair hissənin qərardan çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhk əməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasə n maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi kassasiya şikayətində xüsusi müsadirənin həlli ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi yekun qənaətin əsassız olduğunu iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasi ya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb,araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
20. Belə ki, baxılan cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin xüsusi müsadirənin tətbiq edilməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişərək, həmin müddəaların hökmdən çıxarılmasına dair qəbul etdiyi 10 sentyabr 2024 cü il tarixli qərarından dövlət ittihamçısının verdiyi kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası qərara gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsi istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarının müddəalarının tətbiqində səhvə yol vermişdir. Belə qərara gəlinərkən qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-n in 248.1.1 və 248.2-ci maddələrinin, habelə Azərbaycan Respublikası CM-in 99-1, 99-1.1 və 99-1.2-ci maddələrinin ümumi məzmununun birgə təhlili göstərir ki, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsə məxsus olan digər əmlak dedikdə, cinayət törətmiş şəxsə məxsus olan və həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlakı ehtiva etməyən istənilən əmlak çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında formalaşdırdığı hüquqi mövqe, həmçinin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqini mümkün sayaraq bu qaydanı Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələbləri ilə əlaqələndirmiş, həmin maddənin ikinci cümləsində isə cinayət yolu ilə əldə edilmiş əmlak və y a cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda belə əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan digər əmlak üzərinə həbs qoyulması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 248.3-cü maddəsinin müddəaları Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsinin məzmunu ilə uyğunluq təşkil etdiyindən, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” anlayışı həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiva etməyən, cinayət törətmiş şəxsin törədilən cinayətlə əlaqəsi olmayan hər hansı əmlakını ehtiva edir. Nəticə olaraq cinayət işinə baxan əvvəlki məhkəmə kollegiyası Məhkum məxsus olan əmlakın xüsusi müsadirə edilməsinin mümkün olduğunu qeyd edib, yeni apellyasiya baxışında müsadirə predmeti olan əmlakların ümumi birgə və ya paylı mülkiyyətdə olub-olmamasının müəyyən edilməsi haqda göstəriş vermişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsində qəbul edilmiş, bu zaman Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 23, 4 saylı mənzilin və 1999-cu il buraxılışı olan, “Mercedes C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin paylı mülkiyyətdə olub-olmaması məsələsi araşdırılmış və müəyyən edilmişdir ki, həmin daşınmaz və daşınar əmlaklar birgə nikah dövründə əldə edilmiş, Məhkum arvadının həmin əmlaklar üzərində gözlənilən ½ pay hüququ vardır. Buna görə də apellyasiya instansiyası məhkəməsi həmin əmlakların ½ hissəsinin xüsusi müsadirə edilərək dövlət nəfinə alınması qənaətinə gəlmiş, hazırda mübahisəsi edilən qərarında baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırmanı təmin etməklə cavablandırma vermişdir.
22. Hazırki məhkəmə baxışında Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Azərbaycan R espublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
24. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
25. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya nın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciəti ndə göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayə t-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Nəticə olaraq məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1243/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.