Məhkəmə qərarları › İş №1(102)-2347/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2347/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2347/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 İsgəndər oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli 1(103)-1347/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (001)-117/2024 nömrəli hökmü ilə (hakim Vüsal Tağıyev), xx.xx.1978-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən İqtisadiyyat Universitetinin 1 nömrəli yataqxanasında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, hökmün icrasının Məhkum yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi, Məhkum üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbirinin "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsi və "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qa nuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 20 iyun tarixli 1(103)-1347/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-117/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 ay 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olm anın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 11 ay 15 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 4 (dörd) il 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədilə saxta pul əldə edərək satmışdır. Belə ki, o, satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşı kimi bilinən “Fəyyaz” adlı şəxslə telefonla əlaqə yaradıb, sonuncunun ona bildirdiyi ünvan üzrə 2023-cü ilin aprel ayının sonlarında axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “İST Petrol” YDM-nin yaxınlığında yerləşən avtobus dayanacağının arxasında yerə qoyulmuş sellofanda 19 ədəd PF 98730307H, PF 98730695H, PF 98720897H, PF 98730352H, PF 98730283H, PF 98730İ46H, PF 98739884H, PF 98720803H, PF 98702393H, PF 98729054H, PF 98728033H, PF 98739838H, PF 98748573H, PF 98730665H, PF 98731241H, PF 98709380H, PF 98702331H, PF 98748533H, PF98735961H nömrəli 100 ABŞ dolları nominallı saxta pul əsginaslarını əldə etmiş, həmin saxta pul əsginaslarından 17 ədədini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın həyətində hər birini 75 manat müqabilində tanışı Şahid1 satmış, 08 may 2023-cü il tarixdə saat 14:40-da isə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkə n əynindəki qara rəngli gödəkcənin sol iç cibindəki pul qabının içərisindən 02 ədəd PF 98748533H, PF98735961H nömrəli 100 ABŞ dolları nominallı pul əsginasına oxşar obyektlər ofset çap üsulla ilə hazırlanmış saxta pul əsginasları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi CM-in 70-ci maddəsini tətbiq edərək Məhkum azadlıqdan məhrum edilmədən islah olunmasını və bu yolla cəzanın məqsədinə nail olunmasını mümkün hesab edərkən hökmdə qeyd olunmuş digər əsaslarla yanaşı onun həm səmimi peşmançılığının nədə ifadə olunmasını, həm də şəxsiyyətinin hansı cəhətdən müsbət xarakterizə olunmasını kifayət edici həddə əsaslandırmışdı r. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi CM-in 70-ci maddəsini tətbiq edərkən peşmançılığın nədə ifadə olunmasını və məhkumun şəxsiyyətinin hansı cəhətdən müsbət xarakterizə olunmasını əsaslandırılmamışdır. Bir halda ki, apellyasiya məhkəməsi qanunun normalarının düzgün tətbiq edilməsini yoxlayarkən belə bir nəticəyə gəlmişdir, apellyasiya məhkəməsi özünün səlahiyyətləri daxilində bu iki halı tədqiq etməli (araşdırmalı) və səhvin nədən ibarət olduğunu göstərməli idi. Apellyasiya məhkəməsi rayon məhkəməsinin hökmünü dəyişdirərkən "məhkum edilmiş şəxsin şəxsiyyətinin hansı cəhətdən müsbət xarakterizə edilməsini, eləcə də əməlindən səmimi peşman olmasının nədə ifadə olunmasını əsaslandırmamışdır" ifadələrini qeyd etməklə kifayətlənmişdir. Lakin özü də q eyd etdiyi halları tədqiq etməmiş, həmin hallar barəsində müəyyən qərara gəlməklə öz fikrini bildirməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-l347/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında məhkumun müdafiəçisi Müdafiəçi3 çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 204.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onl arı sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi məhkum barəsində CM-in 70-ci maddəsinin hökmdən xaric edilməsi ni mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mən ada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi tərəfindən əməl və əməlin tövsifi mübahisələndirilməmiş, yalnız cəzanın ağırlığı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyuna əsasən belə qənaətə gəlir ki, Məhkum cinayət əməli CM-in 204.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, CM-in 58-ci maddəsində cəza təyin edilmənin əsas prinsip və şərtləri konkret sadalanmışdır. Cəza təyin edilərkən aşağıdakılar nəzərə alınır: --Cinayətin xarakteri; --Cinayətin ic timai təhlükəlilik dərəcəsi; --Təqsirkarın şəxsiyyəti; --Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; --Təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri. Göründüyü kimi, cinayət törətmiş şəxsə cəza təyin edilməsi, cəzanın növünün və həddinin müəyyən edilməsi, güzəştli institutlardan (CM-in 62-ci və 70-ci maddələri) istifadə edilməsinin mümkünlüyü mürəkkəb bir proses olmaqla əsaslı qiymətləndirmə tələb edir. CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. CM-in 58.3-cü maddəsindən də göründüyü kimi cəza təyin edilərkən ilk öncə törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi müəyyən edilməlidir. Məhkum təqsirli bilinərək mə hkum edildiyi CM-in 204.1-ci maddəsi iqtisadi fəlaliyyət sahəsində olan cinayətlər kateqoriyasına aiddir. CM-in 204-cü maddəsində nəzərdə tutulmuş cinayət ən qədim tarixə malik olan və iqtisadi sistem üçün yüksək təhlükəliliyi ilə fərqlənən kriminal əməllərdən biridir. Bu cinayətin obyekti Azərbaycan Respublikasının maliyyə-pul sisteminin mövcudluğunu və normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt qismində dövlətin iqtisadi mənafeləri çıxış edir. Saxta pul əldə etmə və satmanın ictimai təhlükəliliyi bu əməllər nəticəsində qeyri-qanuni tədavülə buraxılan saxta pulun ölkənin maliyyə-pul sistemini ciddi təhlükə altına qoymasından ibarətdir. Bu cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınaraq CM-in 204.1-ci maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulmamış, yalnız beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmündən və qərarından da görünür ki, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində tətbiq edilmiş şərti məhkumetməni ləğv edərkən mövqeyini qanunamüvafiq qaydada əsaslandırmış və məhkumun ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunmasının mümkün olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, həmin dəlillərin yenidən təkrar edilməsinə lüzum görmür və hesab edir ki, CM-in 70-ci maddəsinin tətbiqi təcrübəsi cəzasızlıq təsəvvürünün yaranmasına səbəb olmamalı, CM-in 70.2-ci maddəsində nəzərdə tutulmuş halların nəzərə alındığı bariz şəkildə görünməli, işdə olan cəzanı yüngülləşdirən halların məcmuyu cinayət törətmiş şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini zəruri və vacib etməlidir. Qanunvericlikdən də göründüyü kimi, CM-də hər hansı konkret maddəsi, eləcə də cinayətlərin təsnifatı üzrə CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı məhdudiyyət qoyulmamış və hətta xüsusi ilə ağır cinayətlər üzrə də CM-in 70-ci maddəsinin tətbiqi mümkündür. Lakin həm CM-in 58.3-cü maddəsində, həm də CM-in 70.2-ci maddəsində əsas nəzərə alınmalı hal kimi törədilmiş cinayət əməlinin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin önə çəkilməsi CM-in 70-ci maddəsinin tətbiqinə həssas yanaşılmasını, cinayət törətmiş şəxsin, ümumiyyətlə, heç bir cəza ç əkməli olmaması qənaətinə gələrkən CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olunmasının mümkünlüyünün müəyyən edilməsinin mühüm əhəmiyyəti var. Qeyd edilən maddələrin müqayisəli təhlili və hazırkı cinayət işinin faktiki hallarının həmin maddələrin tələbləri baxımından qiymətləndirməsi məhkəmə kollegiyasında belə bir inam formalaşdırır ki, apellyasiya instansiyası məhkəməsinin hökmdən CM-in 70-ci maddəsinin xaric edilməsi və təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının real çəkilməli olmasına dair mövqeyi qanuni, əsaslı və ədalətlidir və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası eyni əsaslarlıa hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün də qanunda nəzərdə tutulan əsaslar mövcud deyil. Qe yd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (001)-117/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 iyun tarixli 1(103)-1347/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdidilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar