Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2347/2025 13.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Məmmədli Nəzrin Nizamətdin qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədli Nəzrin Nizamətdin qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 29 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.5,177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 sentyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irə li sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 (X4) 23 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evdən qaranlıq düşəndən sonra oğurluq etmək barədə razılaşaraq, cinayəti törədən zaman iz saxlamamaq üçün Təqsirləndirilən şəxs1 mağazadan aldığı iki cüt əlcəyin bir cütünü götürərək, sonra hər ikisinin tanıdığı Məhkum X9 Polisi Bölməsinin yaxınlığındakı çayxanada olduqları yerə çağırandan sonra, sonuncudan idarə etdiyi VAZ-2107 markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları Dədə Qorqud qəsəbəsinə aparmasını xahiş edib, saat 20-21 radələrində avtomobilə oturaraq yola düşəndən sonra tanışlıqdan irəli gələn münasibətlərə görə gələcəkdə onların cinayət törətmələri barədə başqa şəxslərə məlumat verməyəcəyini hesab edərək, tanıyıb etibar etdikləri şəxs kimi Məhkum getdikləri ünvanda yaşayış sahəsindən oğurluq edəcəklərini aşkar şəkildə deyib məlumatlandırmış, qabaqcadan əlbir olmadan cinayətin onlar tərəfindən törədilməsində köməkçi kimi iştirak etməyə razılıq vermiş Məhkum idarə etdiyi avtomobil ilə onları ünvan 3 ünvanına gətirəndən sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb birlikdə hasardan keçməklə qanunsuz olaraq evin həyətinə, orada isə evin yataq otaqlarından birinin bayırdan vurulmuş dəmir barmaqlığını və pəncərəsini sındırıb açaraq yaşayış sahəsinə daxil olandan sonra otaqlarda axtarış aparmış, yataq otağındakı paltar dolabında asılmış pencəyin ciblərində saxlanılan, Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi satış məzənnələrinə görə ümumi dəyəri 187.011 manata bərabər olan 110.000 ABŞ dolları, ümumi dəyəri 2084 manat 20 qəpiyə bərabər olan 1.000 avro xarici valyuta vəsaitlərini, güzgülü trümonun siyirməsində saxlanılan ümumi qiyməti 4.000 manat olan iki ədəd qızıl qolbağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 193.095,20 (yüz doxsan üç min doxsan beş manat, iyirmi qəpik) manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-776/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 15 (on beş) gün müddətin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 05 (beş) il 01 (bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (X4) Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Seyidov Tofiq Seyidqulu oğlu apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın dəyişdirilərək daha yüngül cəza verilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər.
8. Hökmdən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bayramov Cabbar Bayram oğlu apellyasiya şikayətləri verib, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın dəyişdirilərək, Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəza sının təyin olunmasını və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsini xahiş etmişlər.
9. Hökmdən Təqsirləndirilən şəxs2 (X1) müdafiəçisi Quliyeva Kamilə Şiraslan qızı apellyasiya şikayəti verib, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın dəyişdirilərək, ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-776/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli hökm ü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədli Nəzrin Nizamətdin qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə ibtidai istintaq dövründə, nə də məhkəmə baxışı zamanı Məhkum əməli düzgün tövsif edilməmişdir. İttihamın məzmunundan aydın olur ki, Məhkum öz avtomobili ilə Xx və Yyə hər hansı köməklik etməmişdir. X5 5000 ABŞ dolları borcu olduğuna görə Yy Məhkum oğurlayacağı puldan borcunu qaytarmaq fikrində olduğunu bildirmiş və bu səbəbdən törədəcəkləri cinayət barədə məlumat vermişdir. Bu epizod üzrə Məhkum əməli tam olaraq Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibini yara dır. Xx və Yy cinayət hadisəsini törətdikdən sonra hadisə yerindən marşrutla “Balağanın qarajı” adlanan əraziyə getmiş və Məhkumni də həmin yerə çağırmışlar. Məhkum gəldikdən sonra onlar 10.000 ABŞ dolları verərək “kasıb uşaqsan, bu sənə çatacaq” demişlər. Məhkum 10.000 ABŞ dollarının 5000 ABŞ dollarını öz borcu kimi qəbul etmiş, qalan 5000 ABŞ dollarının isə Xx və Yyin cinayət törətdiklərini bildiyi üçün ona verildiyini düşünmüşdür. Lakin X və Y ümumilikdə törətdikləri cinayət nəticəsində nə qədər pul və ya əmlak oğurlamaları barədə məlumatsız olmuşdur. Həmin epizod üzrə Məhkum əməli Azərbaycan Respublikası CMnin 194.1-ci maddəsinin tərkibini yaradır. İş materiallarından görünür ki, cinayət hadisəsi 23 yanvar 2018-ci il tarixdə baş vermişdir. Lakin 05 aprel 2023-cü il tarixində Təqsirlənd irilən şəxs1 və Yy Bayramov tutulduqdan və verdikləri ifadələrdən sonra Məhkum da tutulmuşdur. Yəni törədilmiş cinayət hadisəsindən 5 il keçdikdən sonra Məhkum tutularaq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası CM-nin 194.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən həmin cinayətlərə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir və şəxs həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 32.5, 177.3.2-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 194. 1 və 307.1-ci maddələrinə tövsif edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1-ci maddəsinə əsasən həmin maddələr üzrə Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasi ya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətin i Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qa nunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına h üquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).
24. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə vahid məhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul etdiyi qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu isə müəyyən etmişdir ki, cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etmə yən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarı, § 11, 6 may 2022-ci il).
25. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddəsi üzrə əməlin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
26. Belə ki, Məhkum və müdafiəçisi, eləcə də baxılan cinayət işi üzrə məhkum edilmiş digər şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərində məhkumlar barəsində təyin edilmiş cəzalar mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq hökmün qanuni və əsaslı olmasını hərtərəfli yoxlayaraq, hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi nor malarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM-nin 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, onun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməkdə köməkçi kimi iştirakı ilə bağlı təqsiri özünün verdiyi ifadəsində göstərdiyi xüsusatlarla yanaşı, digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (X4) məhkəməyədək icraat müddətində və məhkəmə qarşısında verdikləri ifadələri, şahid ifadələri, hadisə yerinə baxış, telefon danışıqları barədə məlumatlar, müxtəlif istintaq hərəkətləri protokolları, habelə cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
27. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 32.5,177.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-n in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti məhkumun və müdafiəçisinin verdikləri apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində köməkçi qismində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
29. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Məmmədli Nəzrin Nizamətdin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.