Məhkəmə qərarları › İş №1(102)-2348/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2348/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2348/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs1 nümayəndəsi Məmmədova Tatyana Fərhad qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Cinayət Məcəl ləsinin 186.2.1 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023cü il tarixli, 1(103)-1067/2023 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1983-cü ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilm işdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, eyni zamanda zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir.

3. Belə ki, o, 2021-ci ilin dekabr ayının 30-dan 2022-ci ilin yanvar ayının 10-na kimi olan müddət ərzində Bakı şəhərində, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən sahədə tikililərin sökülərək yerində hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN №**********) xx.xx.2017-ci il tarixdən sədri vəzifəsində işləyərkən həmin MTK-nın xx.xx.2015-ci il tarixli Nizamnaməsinə əsasən Koperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, Kooperativin adından müqavilələr bağlamaq, həmçinin rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq, Kooperativin əmlakına sərəncam vermək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onları n vəzifə maaşlarını müəyyən etmək, qanunverciliklə Kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şurasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək səlahiyyətlərinə malik, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğusu»na əsasən cavabdeh olan təşkilati-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 №-li nömrəli sərəncamına əsasən MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahələrinin onların mülkiyyətçilərinə kompensasiya ödəməklə sökülüb yerində hündür mərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman özü və üçüncü şəxs, yəni təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 100.2 kvadratmetr olmaqla 2/3 hissəsi Zərərçəkmiş şəxs1, 1/3 hissəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamına əsasən qeyri-yaşayış sahəsi kimi istifadə olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilin sökülməsi barədə mülkiyyətçilərin razılığı və qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadığını bildiyi halda, bunu söküntü işini aparacaq işçilərdən gizlətməklə əvvəlcədən planlaşdırdığı vahid qəsdə uyğun olaraq 30 dekabr 2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan müddət ərzində MTK-nın işçiləri tərəfindən söküntü işləri aparılarkən tabeliyində işləyən və onun niyyətindən məlumatlı olmayan "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləyən Şahid2 həmin mülkiyyətçilərlə onlara məxsus tikilinin sökülməsi ilə bağlı razılığın əldə edildiyini yalandan bildirib öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Zərərçəkmiş şəxs1 və Z ərərçəkmiş şəxs2 məxsus ümumi sahəsi 100.2 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilində sökülən obyektlərin siyahısına daxil edib qəsdən sökülməsinə nail olaraq qeyd olunan fiziki şəxslərin faktiki sahib olduqları mənzildən istifadə, yəni əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eyni zamanda vahid qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 aid həmin mənzilin 2/3 hissəsinin, Zərərçəkmiş şəxs2 aid mənzilin 1/3 hissəsinin sökülməsinə nail olaraq Zərərçəkmiş şəxs1 300132.0 manat, Zərərçəkmiş şəxs2 150066.0 manat, ümumillikdə isə hər iki şəxsə 450198.0 (dörd yüz əlli min yüz doxsan səkkiz) manat maddi ziyan vurmaqla özgənin külli miqdarda əmlakını qəsdən məhv etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(005)-92/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və onun üzərində 03 (üç) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Məhkum üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməm ək vəzifəsinin qoyulması, sınaq müddətinin ərzində Məhkum üzərində nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglunun cavabdeh "xxxx" MTK-ya və Məhkum qarşı mülki iddia ərizəsinin baxılmamış saxlanılması, mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının onlara izah olunması, cinayət işi üzrə vurulmuş zərərin əvəzi olaraq 120122/00138 №li xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən depozitə yerləşdirilmiş 400.000 manat və 09 mart 2023-cü il tarixli ********** 504788 saylı mədaxil qəbzinə əsasən depozitə yerləşdiri lmiş 50.198 manat, cəmi 450.198 manatın 300.132 manatının Zərərçəkmiş şəxs1 ogluna, 150.066 manatının isə Zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmiş, hökmlə həmçinin, məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.

5. Hökmdən zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə qaydada apellyasiya şikayəti verərək, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi və CM-nin 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 1(005)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü dəyişdirərək, ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə, əmlakın dəyərinin real bazar dəyərinə uyğun hesablanaraq ödənilməsi barədə və baxılmamış mül ki iddialarının baxılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)1067/2023 nömrəli qərarı ilə (hakimlər Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(005)-92/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 202 3-cü il tarixli, 1(103)1067/2023 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Hər iki zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin dəlilləri eynilik təşkil etməklə, cinayət işi materiallarında öz əksini tapan ekspertiza rəylərinə istinadlar edilərək qeyd edilmişdir ki, cinayət işi üzrə vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən depozitə yerləşdirilmiş 400.000 manat və 09 mart 2023-cü il tarixli ********** 504788 saylı mədaxil qəbzinə əsasən depozitə yerləşdirilmiş 50.198 manat, cəmi 450.198 manat təkrar qiymətləndirmə aparılaraq artırılmalıdır.

9. Kassator bildirir ki, təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyi halda, yəni göründüyü kimi islah olunmadığı halda, Məhkum təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilərək 3 (üç) il sınaq müddətinin təyin edilməsi aşağı cəzadır. Binrinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin istənilməsinə baxmayaraq məhkəmə heç bır yüngülləşdirici hallar olmadığı halda aşağı həddə cəza təyin etmişdir.

10. Kassasiya şikayətlərinin müəllifi hesab edir ki, məhkəmə vurulmuş zərərə cəzanı ağırlaşdıran hal kimi hüquqi qiymət verməli idi. Məhkəmə də öz növbəsind ə Məhkum tərəfindən ödənilmiş 400.000 manat ödənişi onlara vurulmuş ziyanın ödənişi kimi qəbul edərək hökmdə bunu əks etdirmişdir. Halbuki, doğru-düzgün ekspertiza keçirilsəydi qeyd olunan rəqəmlərdə fərqliliklər ola bilərdi. Hesab edir ki, məhkəmə vurulmuş zərəri cəzanı ağırlaşdıran hal kimi hüquqi qiymət verməli idi.

11. Müəllif kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-1067/2023 nömrəli qərarının dəyişdirilməsi və mülki iddialarının baxılmasının təmin edilməsi, həmçinin Məhkum barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azad lıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

13. Qərardan dövlət ittihamçısı kassasiya protesti, Məhkum kassasiya şikayəti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 nümayəndəsi Məmmədova Tatyana Fərhad qızı kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı k assasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV Hüquqi məsələlər

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəm əsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

20. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Məhkum barələrində azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin təyin edilməsi və mülki iddialarının baxılmasının təmin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxslərin nümayəndəsi Məhkum barəsində ağır cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respubl ikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-1067/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

23. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ict imai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

26. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə a lına bilməz.

27. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

28. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinay əthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

29. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 Məhkum qarşı azadıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

30. Belə ki, Məhkum barələrində daha ağır cəza təyin edilməsinə dair zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Z ərərçəkmiş şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri üzrə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(005)-92/2023 nömrəli hökmünü qüvvəsində saxlamışdır.

31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, zərərçəkmiş şəxslər tərəfindən cəzanı ağırlaşdıran hal kimi hüquqi qiymət verilməsi iddia edilən vurulmuş zərər, məhk um edilmiş şəxsin təqsirli bilinərək məhkum edildiyi cinayətlərin tərkib əlaməti kimi çıxış edir. Bu səbəbdən, məhkum edilmiş şəxs Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar olduğundan, birinci instansiya məhkəməsi tərəfindən onun cəza çəkmədən də islah olunması qənaətinə gəlinməsi məqsədə müvafiq olmuşdur.

32. Göründüyü kimi, zərərçəkmiş şəxslərin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrumetmə cəza növünün yuxarı həddinin təyin edilməsi barədə tələblərlə razılaşmamışdır.

33. Məhkəmə kollegiyası ka ssasiya şikayətlərində mübahisələndirilən mülki iddianın baxılmalı olmasına dair dəlillərə münasibətdə qeyd edir ki, sözügedən dəlil də zərərçəkmiş şəxslər tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinin dəlilləri qismində mübahisələndirilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilərək belə qənaətə gəlinmişdir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham ictimai ittiham qaydasında təqib olunduğundan, birinci instansiya məhkəməsində ittihamı müdafiə edən dövlət ittihamçısı tərəfindən ziyanın məbləği mübahisələndirilmədiyindən, (CPMnin 318-ci maddəsinə əsasən), apellyasiya şikayətinə ilkin baxış zamanı (391.8-1-ci maddəsindəki hüququndan istifadə edilmədiyindən), məhkəmə kollegiyasının cinayət işinə apellyasiya şikayətinin dəlilləri üzrə baxarkən ittihamın həd di ilə bağlı normalardan kənara çıxa bilmədiyindən, həmçinin zərərçəkmiş şəxlər tərəfindən iddia edilən mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduğundan və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola biləcəyi ehtimalından, həmçinin mülki cavabdehin mülki iddianı 4 variantda qəbul etməsindən, lakin mülki iddiaçının bu təkliflə razı olmadığından, bu tip mülki işlərin baxılması kifayət qədər araşdırma tələb etdiyindən, məhkəmə kollegiyası mülki iddianın baxılmamış saxlanılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab etmiş və bir daha qeyd etmişdir ki, mülki iddianın baxılmamış saxlanılması gələcəkdə mülki iddiaçının mülki məhkəmə icraatı üzrə iddia qaldırmaq hüququndan məhrum etmir, əksinə bu tip mülki iddiaya mülki məhkəmə icraatı çərçivəsində baxılması mülki iddiaçının pozulması ehtimal olunan mülki hüquqlarının səmərəli bərpasına səbəb ola bilər.

34. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətlərində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətlərində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

36. Qeyd olunanlar zərərçəkmiş şəxslərin nümayəndəsinin kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlə ehtiva ol unan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin, şikayətin təmin edilməməsinə dair isə məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)1067/2023 nömrəli qərarı dəyişdirilmədən sax lanılmalıdır.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-1067/2023 nömrəli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi (vəkil) Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar