Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2348/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 06 dekabr 2023-cü il tarixli 1(018)-169/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1988-ci il tarixdə İran İslam Respublikasının Karaj şəhərində andan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləmiş, əvvəllər məhkum edilməmiş, İran İslam Respublikası, Karaj şəhəri, Xomneyi küçəsi, ev 193 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablanmış, CM-in 52.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 26 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “Tromodol 100” yazısı həkk olunmuş bir ədəd konvolyutda tərkibindəki təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən 3 həb narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tromodol güclü təsir edən maddəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Azərbaycan Respublikası nın ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kodisioner” yükü daşıdığı “Volvo” markalı, 71AB679/71AB680 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda, alətlər panelinin altındakı kiçik əşyaların qoyulması üçün zavod konstruksiyasında nəzərdə tutulmuş qutunun arxasındakı boşluqda gizlədib İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən 26 avqust 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 13 radələrində gömrük nəzarəti qaydasında nəqliyyat vasitəsinə keçirilmiş yoxlama zamanı qeyd olunan həb lər aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlkin Abdullayev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Samir Həsənov) 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarı ilə Astara Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 1(018)-169/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 27 noyabr 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 26 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbay can Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2024-cü il tarixli 1(106)-146/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şi
Məhkəmə qərarları › İş №1(102)-2348/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2348/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver