Məhkəmə qərarları › İş №1(102)-2349/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2349/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2349/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2024-cü il 10 iyul tarixli, 1(105)-232/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2024 nömrəli 06 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər A.Rzayeva (sədrlik edən və məruzəçi), F.Hümbətov və H.Əliyev), xx xxxxx 1982-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqs irli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2024 nömrəli 06 fevral 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Ruhiyyə Əsgərovadan ibarət tərkibdə) 2024-cü il 10 iyul tarixli, 1(105)-232/2024 nömrəli qərarı İlə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 fevral tarixli 1(124)-4/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, qanunsuz olaraq külli miqdarda 101,272 qram çəkidə nar kotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 2 mart 2022-ci il tarixdə saat 17:50-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, "Osmanlı” dönər evinin yaxınlığında Sumqayıt şəhər polis idarəsi cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 1,017 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi həyət evinin giriş qapısından daxil olan kimi sağ tərəfdə hasar boyunca tinə çatmamış yerl əşən mişar daşının altında saxlamış olduğu 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 100,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi sübutlara heç bir münasibət bildirməmişdir. Belə ki, məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi üçün müdafiə tərəfinin təqsirləndirilən şəxsin və şahidlərin istifadəsində olan telefon nömrələrinin göstərdiyi anten məlumatlarının götürülməsi üçün verdiyi vəsatəti təmin etsə də öz ittiham hökmünü yalnız təqsirləndirilən şəxsin telefon anten dairələrinin verdiyi məlumata əsaslanlaraq və həmin məlumatları təhrif edərək, tənqidi yanaşaraq qəbul etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya Məhkəməsinin bu səhvini düzəltmək əvəzinə özü də bu xüsusata münasibət bildirməmişdir. Bundan başqa, müdafiəçi qeyd etmişdir ki, şahidlərin telefon anten məlumatları məhkəmə istintaqı zamanı tədqiq edilərək müdafiə tərəfinin bildirdiyi xüsusatlar təsdiq olunsa da, məhkəmə şahidlərin telefon anten məıumatlarına (sübutlara) heç bir qiymət verməmişdir. Daha sonra müdafiəçi bildirmişdir ki, məhkəmə Məhkum üzərində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatının 2 mart 2022-ci il tarixdə saat 14:07-də Hacı Zeynalabdin qəsəbəsini göstərməklə Sumqayıt şəhər polis şöbəsindən 10.8 km uzaqlığı, 15:13:09-da Sumqayıt şəhəri ərazisini göstərməklə Sumqayıt ŞPİ-dən 2.8 km uzaqlığı,18:08:03-də isə Sumqayıt ŞPİ-in 160 metr yaxınlığını g östərməsini hökmdə qeyd etsə də məsafəni hansı meyarlara əsasən müəyyən etdiyini hökmdə əsaslandırmamışdır. Məhkəmə bildirmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olan Bakcell MMC-yə məxsus nömrəyə gələn sonuncu zəng və SMS-in verdiyi anten məlumatı şəxsin saat 16:37-də Sumqayıt ŞPİ-dən 550 metr məsafədə yerləşən anten bazasından şəbəkəyə qoşulduğunu göstərir, yəni saat 16:37-də təqsirləndirilən şəxsə məxsus nömrə öz istifadəsində olmuşdur. Bu yanaşması ilə məhkəmə tamamilə subyektiv mülahizələrə əsaslanaraq əslində bütün fikiri yayındırmağa çalışsa da bir daha müdafiə tərəfinin arqumentlərinin əsaslı olduğunu özü də bilmədən təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs zatən saat 14 radələrindən polis əməkdaşları tərəfindən tutularaq polis idarəsinə gətirildiyini bildirmişdir. Belə olan halda telefonun təqsirləndirilən şəxsdə və ya polis əməkdaşlarında olması deyil, Sumqayıt şəhər Polis idarəsinin inzibati binasını göstərməsi əhəmiyyət kəsb edir. Müdafiəçi göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli, 1(105)-232/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQ İ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bil məz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun təqsirsiz olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-c i maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkumun təqsirinin olmamasını iddia edərək məhkuma bəraət verilməli olduğunu iddia etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində qaldırdığı məsələləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və apellyasiya məhkəməsinin qərarında bütün dəlillərə ətraflı əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamağa ehtiyac olmaması qənaətinə gəlir və hesab edir ki, mötəbər sübutların məcmuyu ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünü və həddini də müza kirə edərək belə nəticəyə gəlir ki, məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və həmin cəzanın yüngülləşdirilıməsi üçün hər hansı faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2024 nömrəli 06 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 10 iyul tarixli, 1(105)-232/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar