Məhkəmə qərarları › İş №1(102)-2349/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2349/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2349/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Məhkum2 müdafiəçisi – Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, məhkumlar Məhkum1 və Məhkum2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs7 hüquqi varis i X10 nümayəndəsi – XXX9nun vəkili Nümayəndə3, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim R.Ə.Sadıxov, hakimlər N.A.Kərimov və L.S.Əsgərova-Məmmədovadan ibarət məhkəmə tərkibi) 5 dekabr 2023-cü il tarixli, 1(101)-140/2023 nömrəli hökmü ilə (hökmdə Məhkum2 ilə bağlı anlaşılmazlığın aradan qaldırılmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(101)-140/2023 nömrəli qərarı nəzərə alınmaqla) Məhkum1 (xx xxxxxxxx 1983-cü ildə ünvan15ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan14-də qeydiyyatda olmaqla, faktiki ünvan16-də yaş amış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxxxx 1985-ci ildə ünvan4ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, X2 sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan5-da qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 309.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 75.1 və 75.1.1-c i maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə CM-in 46.2ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 311. 2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar və əlavə cəzalar ayrılıqda qismən toplanılmaqla və müəyyən olunmuş əlavə cəza cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya birləşdirilməklə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) Məhkum1, onun müdafiəçisi Müdafiəçi1, Məhkum2 və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə və məhkum edilmiş Məhkum2 müdafiəçisi Müdafiəçi4 ilə birgə verdikləri apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli, 1(101)-140/2023 nömrəli hökmü Zərərçəkmiş şəxs1 mülki iddiasına aid hissədə dəyişdirilmiş, Zərərçəkmiş şəxs1 vurulmuş 189.500 manat ziyan, 494 manat dövlət rüsumu və 5.000 manat mənəvi ziyanın - cəmi 194.994 manat məb ləğində pul vəsaitinin müştərək qaydada məhkumlar Məhkum2 və Məhkum1 Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qərara alınmış, hökm qalan hissələrdə apellyasiya şikayətlərinə və əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs7 hüquqi varisi X10 nümayəndəsi Nümayəndə3, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Məhkum1 tamah niyyəti ilə etib ardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiyini, daha çox qazanc əldə etmək üçün pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə qaytaracağına dair yalandan vəd verib sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, rəfiqə olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandıraraq bu adla 2020-ci ilin noyabr ayından həmin ilin dekabr ayının ortalarına kimi olan müddət ərzində ünvan6ndə yerləşən “XXX12” gözəllik salonunda hissə-hissə olma qla ümumilikdə 13.000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid8 özünü geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək sonuncunun atası Zərərçəkmiş şəxs9 ürəyindən əməliyyat olunması üçün təcili pul lazım olduğundan valideynlərinin özlərinə məxsus qızıl-zinət əşyalarını satmaq istədiyini bilib həmin qızıl-zinət əşyalarını nisyə verəcəyi halda baha qiymətə satıb pulunu ona verəcəyi adı ilə aldadaraq 2020-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanınd a 62.000 manata hesablayıb dəyərləndirərək müxtəlif çeşidli qızıl-zinət əşyalarının bir hissəsini, 05 dekabr 2020-ci il tarixdə isə həmin ünvanda qızıl-zinət əşyalarının qalan hissəsini Şahid8 vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs9 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiyini, daha çox qazanc əldə etmək üçün pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları almaqla əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə satıb əlavə qazancla birlikdə qaytaracağını və Zərərçəkmiş şəxs2 məxsus qızıl-zinət əşyalarını ona nisyə verəcəyi halda baha qiymətə satıb pulunu qazancı ilə birlikdə verəcəyini yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, rəfiqə olduğu üçün onunla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırıb bu adla 2020-ci ilin noyabr ayından 14 yanvar 2021-ci il tarixədək olan müddətdə ünvan 2 ünvanında hissə-hissə olmaqla ümumilikdə 30.000 manat nağd pulunu və 8.000 manat dəyərində müxtəlif çeşidli qızılzinət əşyalarını alıb onun etibarını qazanaraq daha çox pulunu ələ keçirmək məqsədilə götürdüyü pullardan hissə-hissə olmaqla ümumilikdə 2.300 manatını qaytarıb 35.700 mana t pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qohumu Zərərçəkmiş şəxs7 özünün və bacısı Məhkum2 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs7 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırıb bu adla ünvan 3 ünvanında 08 dekabr 2020-ci il tarixdən 07 mart 2021ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 461.770 manat pulunu alıb onun etibarını qazanaraq daha çox pulunu ələ keçirmək məqsədilə götürdüyü pullardan hissə-hissə olmaqla ümumilikdə 134.050 manatını özünə qaytarıb 327.720 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan ə lbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Göstərilənlərdən başqa, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, qohumu Zərərçəkmiş şəxs7 vasitəsilə Zərərçəkmiş şəxs5 özünün və bacısı Məhkum2 geniş əlaqələrə malik olmaqla qızıl-zinət alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs5 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağın ı yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, Zərərçəkmiş şəxs7 qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 21 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 4 ünvanında 40.000 manat, 06 yanvar 2021-ci ildə həmin ünvanda 60.000 manat, 10 yanvar 2021-ci il tarixdə həmin ünvanda 30.000 manat, 15 yanvar 2021-ci il tarixdə həmin ünvanda 70.000 manat olmaqla ümumilikdə 200.000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs7 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum1 təkrarə n tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, qohumu Zərərçəkmiş şəxs7 vasitəsilə Zərərçəkmiş şəxs6 özünün və bacısı Məhkum2 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs6 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olm asına, Zərərçəkmiş şəxs7 qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 17 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 4 ünvanında 20.000 manat, 01 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat, 06 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.100 manat, 10 yanvar 2021-ci il tarixdə həmin ünvanda 7.000 manat, 15 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat olmaqla ümumilikdə 45.100 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb onun etibarını qazanaraq daha çox pulunu ələ keçirmək məqsədilə götürdüyü pullardan 10.000 manatını qaytarıb verdiyi vədə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halın da təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 Zərərçəkmiş şəxs1 özünün və bacısı Məhkum1 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha şox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs1 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, Zərərçəkmiş şəxs1 övladı Şahid2 ilə rəfiqə olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin fevral ayının sonuna kimi olan müddət ərzində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 189.500 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə geniş əlaqələrə malik olmaqla qızıl-zinət alqı-satqısı ilə məş ğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha sox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs4 qızılzinət və geyim əşyalarını ona nisyə verəcəyi halda baha qiymətə satıb pulunu ona qaytaracağı adı ilə aldadaraq 17 mart 2021-ci il tarixdə ünvan17ndə 1.500 manat dəyərində qızıl üzük və sırğa, 23 mart 2021-ci il tarixdə ünvan18in qarşısında 500 manat dəyərində qızıl sırğa, 3.000 manat dəyərində qadın xəz dəri geyimi olmaqla ümumilikdə 5.000 manat dəyərində əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “XX12” ti carət mərkəzində qızılzinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs10 özünü geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək ona nisyə qızıl-zinət əşyaları verəcəyi təqdirdə respublikanın müxtəlif rayonlarına aparıb sataraq bir həftə müddətində pulunu ödəyib yenə qızıl-zinət əşyaları alacağını yalandan vəd verib aldadaraq 05 avqust 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən “XX12” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs10 çəkisi 72 qram olan 5.482 manat dəyərində müxtəlif çeşidli qızılzinət əşyalarını nisyə alıb sonradan vədinə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum1 təkrarən tamah niyyəti ilə et ibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs8 özünü geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiyini, daha çox qazanc əldə etmək üçün pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, onunla əməkdaşlığın təhlükəsiz və səmərəli olmasına inandırıb 15 avqust 2021-ci il tarixdə ünvan 7 ünvanında 2.000 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla təkrar dələd uzluq etmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum2 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, həmçinin vəzifəli şəxs olaraq xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyib rüşvət almış, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bil ə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, bundan başqa, hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb satmış və bilə-bilə saxta sənədlərdən istifadə etmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Məhkum2 28 yanvar 2015-ci il tarixdən 2020-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu X2 sədri vəzifəsində işlədiyi dövrdə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə anası X12 ilə razılıq əld ə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyətindən çıxış edib anası Afaq Dadaşovanın vasitəsilə Zərərçəkmiş şəxs11 25.000 manat pul müqabilində Bakı şəhəri, Binəqədi rayonu, X2 inzibati ərazisinə aid olan 30 sot torpaq sahəsini qanuni şəkildə adına rəsmiləşdirib satacağına dair yalan və d verib aldadaraq 2015-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs11 yaşadığı ünvan 8 ünvanında sonuncudan anası XX13 vasitəsilə 25.000 manat pul alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və cinayət əməlini gizlətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxs və 2015-2020-ci illərdə X2 ümumi şöbəsində dəftərxana və arxiv müdiri vəzifəsində işləmiş qohumu Şahid5 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib səlahiyyətlərini aşmaqla şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 2000-2010-cu illərdə X2 sədri vəzifəsində işləmiş Şahid4 adından 500 və 2500 kvadrat metr torpaq sahələrinə dair «Vətəndaş Zərə rçəkmiş şəxs11 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında» 30 iyun 2005-ci il tarixli, 1212/1 nömrəli və 30 iyun 2005-ci il tarixli,1213/1 nömrəli rəsmi sənəd hesab edilən sərəncamlara, fevral 2004-cü il tarixli, 678748 nömrəli və mart 2014-cü il tarixli, 675819 nömrəli kassa mədaxil orderinin qəbzlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə, bələdiyyənin dəftərxana və arxiv müdiri Şahid5 vasitəsilə həmin saxta sərəncamlar üzrə Zərərçəkmiş şəxs11 adına ayrılmış 500 və 2500 kvadrat metr torpaq sahələrinin saxta eskizlərini və «Torpaqların alqı-satqısına dair» saxta müqavilələri hazırlayıb, sərəncamlarda «Sədr:… Şahid4» qrafasında və kassa mədaxil orderinin qəbzlərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirərək, müqavilələrin möhür yerində özü şəxsən imza edib üzərinə «X8» sözləri yazılmış əslindən fərqlənən başqa möhür vurmaqla təsdiqləyib Zərərçəkmiş şəxs11 təqdim edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən suiistifadə etmiş və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlə rini aşmış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhkum2 28 yanvar 2015-ci il tarixdən 2020-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu X2 sədri vəzifəsində işlədiyi dövrdə tamah niyyəti ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq, həmçinin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əla qədar qanunsuz hərəkətlərə görə birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyib rüşvət alıb rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törədib X6 12 sentyabr 2013-cü il tarixdə XXX18nda X7 ilə bağladığı «İlkin müqavilə» əsasında ünvan 9 ünvanında 04 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evini 42.000 manata alaraq 22 avqust 2014-cü il tarixdə Şahid12 XX15 ilə ailə qurub həmin ünvanda yaşamasına baxmayaraq, 28 iyul 2018-ci il tarixdə İrşad Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsindən sonra mərhumun anası Şahid13 evin ona məxsus olmasını əsas gətirərək gəlini Şahid12 azyaşlı övladı ilə birlikdə evdən çıxardığına görə sonuncunun müraciəti əsasında Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Şahid12 mərhum əri XX16 tərəfindən özbaşına inşa edilmiş, mülkiyyət hüququ olmayan ünvan20ə köçürülməsi qət edildikdən sonra Şahid13 həmin vaxt X2 sədri işləyən Məhkum2 həmin mübahisəli ünvanın əvvəlki tarixə onun adına sənədləşdirilməsi ilə bağlı müraciət edərkən Məhkum2 xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə 2.000 manat rüşvət müqabilində bunu edəcəyinə razılaşıb, 13 avqust 2018-ci il tarixdə ünvan 11 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayonu X2 inzibati binasındakı öz iş otağında şəxsən Şahid13 2000 manat pulu rüşvət olaraq almış, daha sonra şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxs və həmin dövrdə X2 ümumi şöbəsində dəftərxana və arxiv müdiri vəz ifəsində işləmiş qohumu Şahid5 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək vəzifə səlahiyyətlərindən suiistifadə edib səlahiyyətlərini aşmaqla20002010-cu illərdə X2 sədri vəzifəsində işləmiş Şahid4 adından 400 kvadrat metr torpaq sahəsinə dair «Vətəndaş Şahid13 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında»31 oktyabr 2005ci il tarixli, 1650/1 nömrəli saxta sərəncamı, həmin saxta sərəncam üzrə Şahid13 adına ayrılmış 400 kvadrat metr torpaq sahəsinin saxta eskizini, «Torpaqların alqı-satqısına dair» saxta müqaviləni, 20 avqust 2018-ci il tarixli, 404 nömrəli saxta arayışı və oktyabr 2005-ci il tarixli, 675670 nömrəli saxta kassa mədaxil orderinin qəbzini bələdiyyənin dəftərxana və arxiv müdiri Şahid5 vasitəsilə məzmununabilə-bilə yalan məlum atlar daxil etməklə qanunsuz hazırlayıb, sərəncamda «Sədr:… Şahid4» qrafasında, eskizdə «Memar» qrafasında, kassa mədaxil orderinin qəbzində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə imza etdirərək, müqavilənin möhür yerində özü şəxsən imza edib üzərinə «X8» sözləri yazılmış əslindən fərqlənən başqa möhür vurmaqla təsdiqləyib Şahid13 təqdim etmiş və nəticədə vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelər inə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmış, vəzifəli şəxs olaraq xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəyib rüşvət almış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qohumu Zərərçəkmiş şəxs7 özünün və bacısı Məhkum1 geniş əlaqələrə malik olmaqla qızıl-zinətə şyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəl ir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs7 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyalarıalıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırıbbu adla ünvan 3 ünvanında 08 dekabr 2020-ci il tarixdən 07 mart 2021ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla ümumilikdə 461.770 manat pulunu alıb onun etibarını qazanaraq daha çox pulunu ələ keçirmək məqsədilə götürdüyü pullardan hissə-hissə olmaqla ümumilikdə 134.050 manatını bacısı Məhkum1 vasitəsilə özünə qaytarıb 327.720 manat pulunu vahid niyyə tlə əhatə olunmuş qəsdləetibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Göstərilənlərdən başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, qohumu Zərərçəkmiş şəxs7 vasitəsilə Zərərçəkmiş şəxs5 özünün və bacısı Məhkum1 geniş əlaqələrə malik olmaqla qızıl-zinət alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs5 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, Zərərçəkmiş şəxs7 qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 21 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 4 ünvanında 40.000 manat, 06 yanvar 2021-ci ildə həmin ünvanda 60.000 manat, 10 yanvar 2021-ci il tarixdə həmin ünvanda 30.000 manat, 15 yanvar 2021-ci il tarixdə həmin ünvanda 70.000 manat olmaqla ümumilikdə 200.000 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs7 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək v erdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan əlavə, Məhkum2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, qohumu Zərərçəkmiş şəxs7 vasitəsilə Zərərçəkmiş şəxs6 özünün və bacısı Məhkum1 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha çox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs6 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksək vəzifəl i və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə ona qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, Zərərçəkmiş şəxs7 qohumu olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 17 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs6 ünvan 4 ünvanında 20.000 manat, 01 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat, 06 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.100 manat, 10 yanvar 2021-ci il tarixdə həmin ünvanda 7.000 manat, 15 yanvar 2021-ci il tarixdə həmin ünvanda 6.000 manat olmaqla ümumilikdə 45.100 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb onun etibarını qazanaraq daha çox pulunu ələ keçirmək məqsədilə götürdüyü pullardan 10.000 manatını qaytarıb ve rdiyi vədə əməl etməyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək barədə bacısı Məhkum1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 Zərərçəkmiş şəxs1 özünün və bacısı Məhkum1 geniş əlaqələrə malik olmaqla qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək yüksək gəlir əldə etdiklərini, daha şox qazanc əldə etmək üçün Zərərçəkmiş şəxs1 pul verəcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatəsində olan yüksə k vəzifəli və maddi cəhətdən imkanlı müştərilərə baha qiymətə sataraq əlavə qazancla birlikdə qaytaracağını yalandan vəd verib aldadaraq sonuncunu təklifinin həqiqiliyi və əlverişli olmasına, Zərərçəkmiş şəxs1 övladı Şahid2ilə rəfiqə olduğu üçün onlarla əməkdaşlığın təhlükəsiz, etibarlı və səmərəli olmasına inandırmış, bu adla 2021-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin fevral ayının sonuna kimi olan müddət ərzində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 189.500 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum2 28 yan var 2015-ci il tarixdən 2020-ci ilin dekabr ayının sonunadək olan müddət ərzində Bakı şəhəri Binəqədi rayonu X2 sədri vəzifəsində işlədiyi dövrdə tamah niyyəti ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törədib şəxsiyyəti istintaqla araşdırılan na məlum şəxs və həmin dövrdə X2 ümumi şöbəsində dəftərxana və arxiv müdiri vəzifəsində işləmiş qohumu Şahid5 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2000-2010cu illərdə X2 sədri vəzifəsində işləmiş Şahid4 adından 500 və 2500 kvadrat metr torpaq sahələrinə dair «Vətəndaş Zərərçəkmiş şəxs11 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında» 30 iyun 2005-ci il tarixli, 1212/1 nömrəli və 30 iyun 2005-ci il tarixli,1213/1 nömrəli rəsmi sənəd hesab edilən sərəncamları, həmçinin xalası X3 adına 1000 kvadrat metr və 1,5 ha torpaq sahələrinə dair “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 12 avqust 2005-ci il tarixli 1539 nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 1620 nömrəli və sərəncamları saxtalaşdırmaqla qanunsuz hazırladıqdan və bacısı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 189.500 manat pulunu və Zərərçəkmiş şəxs7 327.720 manat pulunu dələduzluq yolu ilə ələ keçirdikdən sonrakı müddətdə Zərərçəkmiş şəxs1 aldıqları külli miqdarda pulun əvəzində ona qanuni sənədlərlə torpaq sahəsi verəcəyini yalandan vəd verib saxta hazırladığı «Vətəndaş Zərərçəkmiş şəxs11 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında» 30 iyun 2005-ci il tarixli,1213/1 nömrəli və “X1 torpaq sahəsinin alqısatqı qaydasında ayrılması haqqında” 03 oktyabr 2005-ci il tarixli, 1620 nömrəli saxta sərəncamları rəsmi sənəd kimi istifadə etmək məqsədi ilə 2021-ci ilin aprel ayında istintaqa məlum olmayan naməlum şəraitdə saxtalaşdırıb qanunsuz hazırladığı 2500 kv metr və 1,5 ha torpaq sahələrinə dair “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Zərərçəkmiş şəxs1 adına və istifadəsinə verilməsi haqqında” 04 dekabr 2005-ci il tarixli, 1805 nömrəli və 15 fevral 2006-cı il tarixli, 41 nömrəli saxta sərəncamları həqiqi sənəd kimi Zərərçəkmiş şəxs1 təqdim etmiş, həmçinin digər Zərərçəkmiş şəxs7 aldıqları külli miqdarda pulun əvəzində ona qanuni sənədlərlə torpaq sahəsi verəcəyini yalandan vəd verib qanunsuz hazırladığı «Vətəndaş Zərərçəkmiş şəxs11 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında» 30 iyun 2005-ci il tarixli, 1212/1 nömrəli və “X1 torpaq sahəsinin alqısatqı qaydasında ayrılması haqqında” 12 avqust 2005-ci il tarixli, 1539 nömrəli saxta sərəncamlardan bilə-bilə istifadə edərək həmin sənədlər əsasında 19 mart 2021-ci il tarixdə Bakı şəh əri 11 saylı notariat ofisində Zərərçəkmiş şəxs11 adından 500 kv metr torpaq sahəsinə dair 7E-2420 reyestr nömrəli və Bakı şəhəri 50 saylı notariat ofisində XX20nın adından 1.000 kv metr torpaq sahəsinə dair7E-3220 reyestr nömrəli etibarnamələrin Zərərçəkmiş şəxs7 qardaşı Şahid16 adına rəsmiləşdirilməsini təşkil etmiş, nəticədə o, vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla v əzifə səlahiyyətlərini aşmış, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmiş, hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb satmış və bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs7 hüquqi varisi X10 nümayəndəsi Nümayəndə3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 həddindən artıq yüngül cəzalar təyin edilmişdir. Nümayəndə3 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarının cəzanın təyini hissəsində ləğv olunmaqla Məhkum1 11 il müddətə, Məhkum2 isə 14 il müddətə azadlıq dan məhrum etmə cəzasının təyin edilməsinə dair yeni qərarın çıxarılmasını xahiş edir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iş üçün əhəmiyyətli olan hallar, o cümlədən pandemiya ilə əlaqədar onun məşğul olduğu qızıl-zinət əşyalarının alverində durğunluğun yaranması, zərərçəkmiş şəxslərin onun maddi vəziyyətinin yaxşılaşmasını gözləmədən şişirdilmiş rəqəmlərə istinad etməklə ondan şikayət etmələri, ev dustaqlığında olduğu dövrdə borcundan müəyyən qədər ödənişlər etməsi, tənha ana və himayəsində bir azyaşlı uşağının olması nəzərə alınmamış, nəticədə ona həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli q ərarının ləğv edilib ona təyin olunmuş cəza müddətinin yüngülləşdirilməsi barədə yeni qərarın çıxarılmasını xahiş edir. Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə Məhkum2 vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini, vəzifə səlahiyyətlərini aşmasını, vəzifə saxtakarlığı etməsini, sənədləri saxtalaşdırmasını və saxta sənədlərdən istifadə etməsini, külli miqdarda ziyan vurmaqla dələduzluq etməsini, rüşvət almasını təsdiq edən mötəbər sübutlar və hərəkətlərində həmin cinayətlərin tərkib əlamətləri olmadığı halda o, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 309.1, 311.2, 313, 320.1 və 320.2- ci maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi4 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarının ləğv edilməsini, əməllərində cinayət tərkibi olmadığı üçün Məhkum2 barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsində təsbit edilmiş qaydaya görə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Odur ki, məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edərək, Zərərçəkmiş şəxs7 hüquqi varisi X10 nümayəndəsi Nümayəndə3, Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi4 kasasiya şikayətləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2025-ci il tarixli 1(103)-20/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İstər barəsində verilmiş kassasiya şikayətində ümumiyyətlə cinayət törətməsi inkar edilən Məhkum2, istərsə də verdiyi kassasiya şikayətində həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edən Məhkum1 hökmlə onlara isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, hökmdə Məhkum1 qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Məhkum2 qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələri ilə irəli sürülmüş ittihamın əsasına qoyulmuş faktiki halları təsdiq edən sübutlar qismində məhkəmə ekspertizaların, o cümlədən məhkəmə-fonoskopik ekspertizasının rəylərinə, mobil telefon danışıqlarına dair məlumatlara, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına istinad olunmuşdur. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmununa uyğun olaraq və bir-biri ilə müqayisə edilməklə şərh edildiyindən (apellyasiya məhkəməsi də öz mülahizələrini həmin sübutların obyektiv qiymətləndirilməsi üzərində qurduğundan), kassasiya şikayətində göstərilənlər isə məhkəm ələrin sözügedən məsələlər üzrə gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir edilməsini zəruri saymır və məhkəmələrin Məhkum1, eləcə də Məhkum2 əməllərinin faktiki məzmunu, Məhkum1 hərəkətlərinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, Məhkum2 hərəkətlərinin isə Cinayət Məcəlləsinin 178.3.2, 309.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsi, onların Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinmələri üzrə yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Bununla belə, Məhkum2 eyni bir cinayətkar hərəkətləri həm vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, həm də vəzifə səlahiyyətlərini aşma kimi qiymətləndirilib, tam şəkildə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə əhatə olunmasına baxmayaraq, həm də əməlin hüquqi tövsifində səhvə, yəni CPM-in 416.1.15-ci maddəsində göstərilən pozuntuya yol verilməklə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif olunduğundan, Məhkum2 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir. İttihamın bu şəkildə, yəni faktlara şamil edilmiş CM-in xüsusi hissəsinin maddələrindən birinin xaric edilməsi hesabına yüngülləşdirilməsi Məhkum2 cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasında da özünü göstərməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş məsələlər üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan çıxış etməklə hesab edir ki, Məhkum2 birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 178.3.2, 309.1 və 311.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təyin olunan əsas və əlavə cəzalar Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə müvafiq qaydada ayrılıqda qismən toplanılmaqla və bu qaydada müəyyən olunmuş yekun əlavə cəza cinayətlərin məcmusu üzrə təyin olunmuş əsas cəzaya birləşdirilməklə ona 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunan dəyişikliyin digər Məhkum1 aidiyyəti olmadığından və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza təyin olunarkən Cinayət M əcəlləsinin 8, 41.2, 58.1, 58.3-cü maddələrinin və cəza təyini məsələlərini tənzimləyən digər normalarının tələblərinə əməl olunduğundan, onun kassasiya şikayətində irəli sürdüyü cəzanın yüngülləşdirilməsinə dair tələbi əsassız hesab edilməli və ona aid hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə, eləcə də Zərərçəkmiş şəxs7 hüquqi varisi S.Zərərçəkmiş şəxs7 nümayəndəsinin kassasiya şikayətində məhkumların cəzalarının ağırlaşdırılmasını zəruri edə biləcək heç bir dəlil irəli sürülmədiyindən, məhkəmə kollegiyası həmin kassasiya şikayətini əsassız müraciət kimi qiymətləndirir və onun təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərinin təmin edilməsinə, Zərərçəkmiş şəxs7 hüquqi varisi S.Zərərçəkmiş şəxs7 nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinin isə təmin edilməməsinə dair məhkumlar Məhkum2 və Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi4, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 və Zərərçəkmiş şəxs7 hüquqi varisi S.Zərərçəkmiş şəxs7 nümayəndəsi Nümayəndə3 kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 münasibətdə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum2 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 5 mart 2025-ci il tarixli 1(103)-20/2025 nömrəli qərarı Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində göstərilən əsasla Məhkum2 aid hissədə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs7 hüquqi varisi X10 nümayəndəsi Nümayəndə3 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 5 mart 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarı Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 5 ma rt 2025-ci il tarixli, 1(103)-20/2025 nömrəli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 1(101)-140/2023 nömrəli hökmü Məhkum2 aid hissədə dəyişdirilsin, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə və həmin maddə ilə ona cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılsın və Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 aid qalan hissələrdə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar