Məhkəmə qərarları › İş №1(102)-235/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-235/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-235/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun, Məhkum və onun müdafiəçisi– X80nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 se ntyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.V.Hüseyn) Məhkum (xx xx xx 1995-ci ildə ünvan2ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 221.2.1 və 315.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 yanvar 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə X6 və X5 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi və məhkum X3 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkə məsinin 27 iyun 2019-cu il tarixli hökmü Məhkum və X4 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum biri qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, həmçinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, ağır dərəcəli sərxoşluq vəziyyətində tanışları X6 və X5 ilə 03 yanvar 2019-cu il tarixdə saat 19 radələrində ünvan4 ünvanında yerləşən “Mega S tore” marketin qarşısında avtomobil yolunun kənarında evlərinə getmək məqsədi ilə nəqliyyat vasitəsi gözlədikləri zaman X3 yolun kənarında dayanmış “Mersedes-Benz Vito” markalı, **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobilin ictimai nəqliyyat vasitəsi olduğunu zənn edərək sağ yan qapısını açıb sürücü Zərərçəkmiş şəxs1 ünvan5nə gedib-getməməsini soruşduğunu və rədd cavabı aldıqda sonuncunun ünvanına nalayiq ifadələr işlədərək həmin avtomobilin sol yan sürücü tərəfdən olan qapısını açaraq heç bir səbəb olmadan sifət nahiyəsinə bir yumruq zərbəsi vurduğunu görüb, XXX60 ilə XXX88a qoşularaq bir qrup şəxs halında öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə p ozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə əlləri və ayaqları ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub Zərərçəkmiş şəxs1 dərəcələrinə görə sağlamlığa zərər vurmayan burun əsasının və burun-dodaq büküşü nahiyəsinin sıyrıqları, sağ göz yuvasının bayır səthinin, boyunun arxa-sol yan səthinin, sağ bazunun, sol baldırın qançırları ilə müşayiət olunan xəsarətlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvuran dişlərin travmatik laxlanması ilə müşayiət olunan üst və alt dodağın iç səthinin, ağızın selikli qişasının əzilmiş yaraları və qansızması kimi xəsarətlər yetirmiş, habelə həmin vaxtı Zərərçəkmiş şəxs1 şalvarının cibində olmuş “LG G3 Pro” markalı mobil telefonunu sındırmaqla məhv edərək sonuncuya 200 manat maddi ziyan vurmaqla bir qrup şəxs halında xuliqanlıq etmiş, daha sonra həmin vaxt xidməti vəzifəsinin icrası ilə əlaqədar idarə etdiyi “VAZ 2121 Niva” markalı ""- xx xx xx-"" dövlət qeydiyyat nömrəli avtomobil ilə hərəkətdə olarkən onun, XXX60in və XXX88un bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini gördüyündən idarə etdiyi avtomobili saxlayıb onları Zərərçəkmiş şəxs1 aralamaqla xuliqanlıq hərəkətlərinin qarşısını aldıqdan sonra XXXX45nin baş əməliyyat müvəkkili, polis mayoru Zərərçəkmiş şəxs2 xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirməklə ictimai asayişə riayət edib qanuna tabe olaraq hadisə yerinə çağırılmış PPX avtomobili ilə polis idarəsinə getmək tələbinə məhəl qoymayıb 03 yanvar 2019-cu il tarixdə saat 19 radələrində ünvan8 ünvanda yerləşən “Mega Store” adlı marketin qarşısında olan səkidə, üzərində olan ülgücü çıxararaq Zərərçəkmiş şəxs2 bir daha xidməti vəsiqəsini göstərib hakimiyyət nümayəndəsinə tabe olmağa dəvət etməsinə baxmayaraq əlindəki ülgüclə hücum edərək sonuncuya sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol əlin İ barmağının əsas falanqasının ovuc səthinin bir ədəd, sağ əlin V barmağının orta falanqasının arxa səthinin bir ədəd, dırnaq falanqasının arxa səthinin bir ədəd (cəmi üç ədəd) səthi kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətləri yetirərək hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmişd ir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlədən Məhkum xuliqanlıq etməsini və polis əməkdaşına sağlamlığına təhlükə törətməyən zor tətbiq etməklə müqavimət göstərməsini təsdiq edən sübutlar olmadığı halda, məhkəmələr ibtidai istintaq zamanı toplanmış saxta materiallardan və Məhkum XXX77ndə işgəncə verilməklə, hətta ayağı sındırılmaqla əldə olunmuş məlumatlardan Cinayət- Presessual Məcəllənin 125-ci maddəsinin ziddinə olaraq ittihamın əsaslandırılmasında istifadə olunmuş, məhkəməyədək icraatda yol verilmiş pozuntuların aradaşdırılması üçün müdafiə tərəfinin irəli sürdüyü vəsatətlər təmin edilməmiş, Məhkumn polis əm əkdaşına qəsdən xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs2 ülgücü onunla özünə xəsarət yetirən Məhkum alarkən təsadüfən zədələnməsi nəzərə alınamamış, nəticədə Məhkum əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədən və təqsirliliyi sübuta yetirilmədən, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunması, cavanlığı nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkumnun b arəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının a pellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetmyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı, təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın dəyişdirilməsi, Məh kum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1-416.0.3, 416.0.6 və 416.0.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum heç bir cinayət törətmədiyini, tanışları XXX88 və XXX60lə Zərərçəkmiş şəxs1 arasında münaqişə baş verdiyi vaxt onun mağazada olub həmin münaqişədə iştirak etmədiyini, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə aparıldıqda ülgüclə etiraz əlaməti oplaraq zərərçəkmiş şəxs qsimində tanınmış Zərərçəkmiş4va deyil, özünə xəsarətlər yetirdiyini, Zərərçəkmiş şəxs2 əlinə isə ülgücün təsadüfən toxunduğunu iddia etməklə əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yeririlməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 221.2.1 və 315.1-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, bəraətverici əsaslarla Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqına kassasiya tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasi ya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanu nun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, cinayət tərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 221.2.1, 315.1-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 315.1-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlan ılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 221.2.1, 315.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, müdafiəçinin baxılan işdə Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu və təqsirliliyini təsdiq edən sübutların olmaması, ittihamın sübuta yetirilmiş olmasına dair nəticələrin təqsirləndirilən şəxsdən ibtidai istintaqda işgəncəni n təsiri altında alınmış “etirafedici” ifadə vasitəsi ilə əsaslandırılması haqında iddialarının əksinə olaraq, hökmdə məhkəmənin Məhkum hərəkətlərinin faktiki məzmununa dair nəticələri, yəni onun tanışları XXX88 və XXX60lə qrup halında Zərərçəkmiş şəxs1 zor tətbiq edilməsi, əmlakının – 200 manat dəyərində mobil telefon aparatının məhv edilməsi ilə müşayiət edilən xuliqanlıq cinayətini törətməsi və bundan sonra xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hadisə yerinə gəlmiş polis əməkdaşı Zərərçəkmiş şəxs2 ülgüclə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmək kimi həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3ağa Əliağa oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ifadələri, sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair tibbi müayinə protokolu, məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallar vasitəsi ilə əsaslandırılmışdır. Məhkum işgəncəyə məruz qalmadığını, sağ incik sümüyünün qapalı yerdəyişməyən sınığı kimi xəsarəti xuliqanlıq cinayətini törətdikdən sonra hadisə yerindən qaçmağa cəhd edərkən yıxılaraq aldığını təsdiq edən sübutlar kimi isə hökmdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri ilə yanaşı məhkəməyədək icraat dövründə həmin hal üzrə aparılmış yoxlama nəticəsində cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsinə istinad olunmuşdur. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvi r edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum cinayət əməllərinin faktiki məzmunu və onun C inayət Məcəlləsinin 221.2.1, 315.1-ci maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 315.1-ci maddələri ilə və bu maddələrdə gəstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0-cı maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.0.1 – 416.0.3, 416.0.6, 416.0.11-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X3 barəsində o lan 16 sentyabr 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və X3 barəsində olan 16 sentyabr 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar