Məhkəmə qərarları › İş №1(102)-235/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-235/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-235/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil İmanzadə Nicat Ramiz oğlunun iştirakları ilə, Şəki Ağır Cina yətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs - xx xxxx 1987-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Zaqatala rayonunun Muxax kəndində daimi pasport qeydiyyatında olmaqla tutulana qədər həmin kənddə yaşamış Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü, 181.2.1-ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.5-ci, 232.2.1-ci və 232.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.2.1-ci, 181.2.2- ci, 181.2.3-cü, 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 232.2.1-ci və 232.2.4-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edil miş cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 10 (on ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 08 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X3 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X3 və Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək təkrarən quldurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və sağ lamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə odlu silahları ələ keçirməklə talamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişlər. Belə ki, X3 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 dekabr 2016-cı ildə saat 02 radələrində Zərərçəkmiş şəxs8 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, “Məktəb yolu döngəsi” adlanan ərazidə yerləşən fermada yaşadığı vaqon evin plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz olaraq həmin yaşayış sahəsinə girdikdən sonra, həmin vaxt vaqon evin girişindəki otaqda yatan və səsə yuxudan oyanan Zərərçəkmiş şəxs8 başına yataq örtüyü atıb onun boğazına kəndir keçirib silah qismində istifadə edilən əşya olan dəmir linglə baş nahiyəsinə zərbə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etmişlər, qrupun üzvü Təqsirləndirilən şəxs əlində silah qismində istifadə etdiyi “dəmir linglə” Zərərçəkmiş şəxs8 həyatı və sağlamlığı ücün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə ondan evdəki pulların yerini deməsini tələb etmiş, Zərərçəkmiş şəxs8 pulların yerini dedikdən sonra onun yatdığı divanın üzərindəki döşəklərin arasına qoyduğu 1400 (bir min dörd yüz) manatını və həmin otaqda saxladığı 02 (iki) ədəd olmaqla odlu silah hesab edilən 01 (bir) ədəd 12 kalibrli “TS-870 Ortsan” modelli nömrəsi pozulmuş təklülə və 01 (bir) ədəd 16 kalibrli “İJ-43E” modelli ******* nömrəli qoşalülə ov tüfənglərini talayaraq ələ keçirməklə quldurluq etmişlər. Bundan başqa, X3 v ə Təqsirləndirilən şəxs digər şəxslə özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 yanvar 2017-ci ildə saat 22:30 radələrində Zərərçəkmiş şəxs3 Beyləqan rayonunun İmamverdilər kəndində yaşadığı evinin həyətyanı sahəsinə qanunsuz daxil olaraq həmin həyətdə yerləşən mal tövləsindən ümumilikdə 04 (dörd) baş iribuynuzlu heyvanı, o cümlədən 1450 (bir min dörd yüz əlli) manat dəyərində, ölü çəkisi 180 kq olan 01 (bir) baş dişi inəyi, 1350 (bir min üç yüz əlli) manat dəyərində, ölü çəkisi 170 kq olan 01 (bir) baş inək düyəsini, 1000 (bir min) manat dəyərində, ölü çəkisi 200 kq olan 01 (bir) baş dişi camışı və 1200 (bir min iki yüz) manat dəyərində, 400 kq çəkidə 01 (bir) baş ana camışı ələ keçirib gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 (beş min ) manat maddi ziyan vuraraq, təkrarən oğurluq etmişlər. Daha sonra, X3 və Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 iyun 2017-ci ildə saat 21 radələrində Zərərçəkmiş şəxs9 Zaqatala rayonunun Muxax kəndində yaşadığı evdə heç kimin olmamasından istifadə edərək həmin evin hamam otağının açıq olan kiçik pəncərəsindən evə qanunsuz daxil olaraq, yataq otağında olan aynalı termonun üzərinə qoyulmuş 15 (on beş) manat məbləğində pulu, 1000 (bir min) manat dəyərində 583 əyarlı 20 qram çəkidə olan 01 (bir) ədəd qızıl qadın qolbağını, 500 (beş yüz) manat dəyərində 4,2 qram çəkidə olan 01 (bir) ədəd üzərində brilyant qaşlı qızıl qadın üzüyünü və 150 (bir yüz əlli) manat dəyərində 583 əyarlı 3 qram çəkidə 01 (bir) ədəd mirvari qaşlı qızıl q adın üzüyünü gizli yolla talayaraq, Zərərçəkmiş şəxs9 ümumilikdə 1665 (bir min altı yüz altmış beş) manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Həmçinin, X3 və Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 avqust 2017-ci ildə saat 02 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Zeytun bağları yaşayış sahəsi yaxınlığında işlətdiyi fermanın açıq olan pəncərəsindən içəriyə qanunsuz daxil olaraq oradan hər biri 160 (bir yüz altmış) manat dəyərində və 40 kiloqram çəkidə, Ukrayna sortlu, dişi cinsli 10 (on) baş donuzun başını kəsib onları gizli yolla ələ keçirib talayaraq, zərərçəkmiş şəxs7 ümumilikdə 1600 (bir min altı yüz) manat ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, X3 Təqsirləndirilən şəxs və Şəki Ağır Cinayətlər Məhkəməsinin01 fevral 2019-cu il tarixli hökmü ilə CM-nin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələri ilə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X1 özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 oktyabr 2017ci ildə saat 03:50 radələrində Zərərçəkmiş şəxs10 Zaqatala rayonunun Muxax kəndində yerləşən yaşayış evinin həyətyani sahəsinin darvazasının hasarını aşıb həyətə daxil olduqdan sonra, özləri ilə oraya gətirdikləri və kimsənin onları tanımaması, həmçinin əlbarmaq izlərinin qalmaması üçün geyim paltarlarının parçasından hazırladıqları maskaları başlarına və əlcəkləri isə əllərinə geyinmiş, Təqsirləndirilən şəxs özündə olan 01 (bir) ədəd vintaçanla Zərərçəkmiş şəxs10 yaşayış ev inin 1-ci mərtəbəsindəki otağın həyətə baxan plastik pəncərəsini aralayıb onu açaraq qanunsuz olaraq evə girib həmin evin qonaq otağında sonuncunun nəvəsi Zərərçəkmiş şəxs12 məxsus olan 35 (otuz beş) manat dəyərində 01 (bir) ədəd qara rəngli qış dəri gödəkçəsini, giriş otağının qapısı ağzında yerə qoyulmuş 4 (dörd) manat dəyərində 01 (bir) cüt “adidas” markalı idman ayaqqabısını, həmin otağın giriş qapısının ağzındakı güzgülü asılqanın siyirtmələrindən Zərərçəkmiş şəxs12 anası Zərərçəkmiş şəxs11 məxsus cəmi 03 (üç) ədəd olmaqla 14 (on dörd) manat dəyərində mis ərintidən hazırlanmış 61,91 qram çəkidə, 8 (səkkiz) manat dəyərində mis ərintidən hazırlanmış 23,18 qram çəkidə və 01 (bir) manat dəyərində dəmir-xrom ərintidən hazırlanmış 13,87 qram çəkidə qolbağları, cəmi 6 (altı) ədəd olmaqla 31 (otuz bir) manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 7,59 qram çəkidə, 12 (on iki) manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 2,98 qram çəkidə, 12 (on iki) manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 3,02 qram çəkidə, 12 (on iki) manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 2,87 qram çəkidə, 8 (səkkiz) manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 1,83 qram çəkidə, 2 (iki) manat 50 (əlli) qəpik dəyərində mis ərintidən hazırlanmış 12,14 qram çəkidə üzükləri, cəmi 4 (dörd) cüt olmaqla 30 (otuz) manat dəyərində kulon dəsti üçün 925 əyarlı gümüşdən hazırlanmış 7,44 qram çəkidə, 04 (dörd) manat dəyərində dəmir əsaslı ərintidən hazırlanmış 10,67 qram çəkidə, 1 (bir) manat 50 (əlli) qəpik dəyərində mis əsaslı ərintidən hazırlanmış 9,46 qram çəkidə, 03 (üç) manat 50(əlli) qəpik dəyərində mis əsaslı ərintidən hazırlanmış 16,16 qram çəkidə sırğa cütlərini, cəmi 2 (iki) ədəd olmaqla 8 (səkkiz) manat dəyərində üzərində “Calvin Klein Quartz” yazılı gövdəsi və qolbağı olan dəmir əsaslı ərintidən hazırlanmış və 12 (on iki) manat dəyərində üzərində “Bravo” yazılı gövdəsi olan dəmir əsaslı ərintidən hazırlanmış qol saatlarını, cəmi 2 (iki) ədəd olmaqla 01 (bir) manat dəyərində qiymətsiz metal ərintidən hazırlanmış ürək formalı 4,34 qram çəkidə və 04 (dörd) manat dəyərində mis ərintidən hazırlanmış dairəvi formalı 6,14 qram çəkidə kulonları ələ keçirib, əlavə əmlak əldə etmək üçün digər otaqları da axtarmaq istəyərkən, həmin vaxt səsə yuxudan oyanıb onların yanına gələn Zərərçəkmiş şəxs10 ilə evin yataq otağının qapısı ağzında qarşılaşmışlar. Zərərçəkmiş şəxs10 həyatı və sağlamlığı ucun təhlukəli zorakılıqla bağlı olan basqın edərək, ona qarşı güc tətbiq edib yerə yıxmaqla, Zərərçəkmiş şəxs10 sol diz oynağının əziyi ilə müşaiyət olunan xəsarət yetirmış, sonra Təqsirləndirilən şəxs əlindəki silah qismində istifadə etdiyi vintaçanla Zərərçəkmiş şəxs10 həyatı və sağlamlığı ucun təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə onu hədələyərək evdəki pulların yerini deməsini tələb etmiş, bu zaman səs-küyə yuxudan oyanmış Zərərçəkmiş şəxs12 nənəsinə qarşı edilən qanunsuz hərəkətlərə müdaxilə etdikdə, sonuncunu əlləri ilə sifətinə vuraraq ona burun nahiyəsinin yumşaq toxumalarının əziyi ilə müşaiyət olunan xəsarət yetirməklə zərərçəkmiş şəxslərə ümumilikdə 213 (iki yüz on üç) manat, 50 (əlli) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən quldurluq etmişlər. Hökmd ən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 18 iyun 2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şəki Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil İmanzadə Nicat Ramiz oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri, 232.2.1, 232.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Ka ssasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil İmanzadə Nicat Ramiz oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, hazırkı cinayət işi məhkəməyə verilərkən təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4-cü maddələri ilə ittiham verilsədə Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs8 qarşı quldurluq edilməsindən xəbəri olmadığını, sonuncunun evindən silah oğurlamadığını, Zərərçəkmiş şəxs7 fermasinda donuzları oğurlamadığını, Beyləqan rayonunda Zərərçəkmiş şəxs3 tövləsindən iri buynuzlu heyvanların oğurlanmasında iştirak etmədiyini, Zərərçəkmiş şəxs9 evindən oğurluq etmədiyini, həmin oğurluq hadisələrindən məlumatının olmadığını göst ərmişdir. Qeyd olunan cinayət hadisələrinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübüt edən hər hansi bir mötəbər dəlil olmadığı halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi “etirafedici” ifadələri götürülməklə onun məhkəmə istintaqında sərbəst şəkildə verdiyi ifadələri nəzərə alinmadan, təqsirsizlik prezumpsiyasına riayət edilmədən barəsində ehtimala əsaslanaraq, əsassız ittiham hökmü çıxarılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işinin istintaqı yarımçıq və birtərəfli aparılmış, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4-cü maddələrində qeyd olunan cinayətin tərkib əlamətləri mövcud olmadığı halda əsassız olaraq həmin maddələrlə də məsuliyyətə cəlb edilmiş, ittiham istintaq orqanının fərziyyəsinə əsasən verilmiş, iş üzrə cinayət təqibi səthi aparılmaqla göstərilən pozuntularla ittihamedici hökm çıxarılmışdır. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkmişlərə hədəsi və hücum etməsinə dair heç bir dəlil, sübut yoxdur. İş materiallarında təqsirləndirlən şəxslərin oğurluğa girən zaman üzərlərində pəncərələrin çəftəsini açmaq üçün vint açarının olduğun bildirsələrdə, istintaqı aparan müstəntiq zərərçəkmiş şəxslərin oğurluq hadisəsini qurdurluq kimi göstərmiş və tövsif etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs8 boğazına kəndir keçirib silah qismində istifadə edilən əşya olan dəmir linglə baş nahiyəsinə zərbə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edilməsi epizodu üzrə qrupun üzvü, hadisədə iştirak etməyən Təqsirləndirilən şəxs silah qismində istifadə itdiyi dəmir linglə Zərərçəkmiş şəxs8 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə ondan evdəki pulların yerini deməsini tələb etdiyi iş materiallarında qeyd olunsada, ekspertiza rəyi zərərçəkmişin boğaz nahiyələrində, baş hissəsində hər hansı bir əlamət aşkar etməmiş və bunu təsdiq etməmişdir. Təqsirləndirilən şəxs həmin epizodda orda olmadığını ilkin izahatında dəfələrlə bildirmiş, ibtidai istintaq zamanı telefon antenn dairəsinin yoxlanılması barədə yazılı vəsatətlə müstəntiqə müraciət edərək istifadəsində olan ***-***-**-** mobil nömrəsinin yoxlanmasını tələb etmiş və hadisə günü barədə çı xarışın alınmasını xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və zərərçəkmiş X4 arasında üzləşdirmə keçirilməmiş, oğurlanmış yarasız silahların yerlərinin göstərilməsi və götürülməsi üçün aparılan istintaq hərəkətlərində digər təqsirləndirilən X3 iştirak edərək ov silahlarının yerini göstərmiş və istintaqa təhvil vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş X4 ilə üzləşdirmə keçirilməsi barədə vəsatət versə də vəsatəti təmin olmamışdır. Təqsirləndirlən şəxs X3 zərərçəkmiş X2 evindən tək oğurluq etdiyini öz izahat, ifadəsində qeyd etmiş və məhkəmə istintaqında təsdiq etmiş, silahların yerini özü göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş X2 silahlarının götürülməsində iştirak etməmişdir. Bütün yuxarıda sadalanan qanun pozuntuları məhkəmə prosesləri ndə aşkara çıxsada məhkəmələr buna heç bir reaksiya verməmiş, ehtimallara əsaslanan qanunsuz hökm qərar çıxarmışlar. Apellyasiya instansiyası məhkəməsidə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü sanki köçürməklə məhkəmə hökmünün dəyişdirilməsi üçün birbaşa əsas olan dəlilləri təkzib etməmiş, həmin dəlillərə qanunamüvafiq şəkildə hüquqi qiymət verməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarını ləğv edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4cü maddələri ilə bərarət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şi kayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi “etirafedici” ifadələri əsas götürülməklə onun məhkəmə istintaqında sərbəst şəkildə verdiyi ifadələri nəzərə alinmadan, təqsirsizlik prezumpsiyasına riayət edilmədən bar əsində ehtimala əsaslanaraq, əsassız ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən maddələrin məzmunundan müəyyən edilir ki, sübutların toplanılması həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı təmin edilir. Təqsirlənd irilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai araşdırma zamanı və həm də məhkəmə baxışı zamanı verdikləri ifadələr, üzləşdirilmələr zamanı ifadələri, əvvəlki (ibtidai araşdırma zamanı) ifadələri birlikdə məhkəmə iclasında elan edilərək təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hazırkı iş üzrə məhkumların ibtidai araşdırma zamanı ifadələri alınarkən qanunla müəyyən edilmiş prosedurların hər hansı formada pozulmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Həmin ifadələrdə hər iki məhkum tərəfindən göstərilən hallar həm uyğunluq təşkil etməklə cinayət işinin müəyyən edilmiş faktiki hallarına da uyğunluq təşkil etmişdir. Bu ifadələrdə göstərilən hallar cinayət işi üzrə toplanmı ş digər sübutlarla da, eləcə də onların özlərinin məhkəmə iclasındakı ifadələri ilə də qismən təsdiq olunmuşdur. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündə məhkəmə iclasında tədqiq edilmiş məhkumların ibtidai araşdırma zamanı verdikləri ifadələrə istinad edilməsi qanunsuz olmamışdır və bu barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs8 boğazına kəndir keçirib silah qismində istifadə edilən əşya olan dəmir linglə baş nahiyəsinə zərbə vurmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edilməsi epizodu üzrə qrupun üzvü, hadisədə iştirak etməyən Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi dəmir linglə Zərərçəkmiş şəxs 8 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə ondan evdəki pulların yerini deməsini tələb etdiyi iş materiallarında qeyd olunsada, ekspertiza rəyi zərərçəkmişin boğaz nahiyələrində, baş hissəsində hər hansı bir əlamət aşkar etməmiş və bunu təsdiq etməmişdir. Təqsirləndirilən şəxs həmin epizodda orda olmadığını ilkin izahatında dəfələrlə bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs və zərərçəkmiş X4 arasında üzləşdirmə keçirilməmiş, oğurlanmış yarasız silahların yerlərinin göstərilməsi və götürülməsi üçün aparılan istintaq hərəkətlərində digər məhkum X3 iştirak edərək ov silahlarının yerini göstərmiş və istintaqa təhvil vermişdir. Məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş X4 ilə üzləşdirmə keçirilməsi barədə vəsatət versə də vəsatəti təmin olmamışdır. Belə ki, Zər ərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 28 dekabr 2016-cı ildə gecə saat 02 radələrində yatdığı zaman onun otağından digər otağa olan plastik qapının açılan səsinə ayılmış, qapıya yaxınlaşan zaman qəflətən əvvəllər tanımadığı 02 (iki) nəfər şəxslə qarşılamış, həmin şəxslər üstünə hücum etmiş, əvvəlcə onlardan biri yataq örtüyü olan “odeyalı” başına ataraq kəndirdən hazırladığı ilməni boğazına keçirmiş, digəri isə əlində olan dəmir linglə onun başına vurmuşdur. Başında “odeyal” olduğundan dəmir lingin zərbəsindən xəsarət almamış, lakin zərbənin təsirindən yerə yıxılmışdır. Sonra digər şəxs ilgəklə onu boğmağa başlayanda o əlləri ilə kəndirin onun boğazında sıxılmasına mane olaraq onu boğmağa imkan verməmişdir. Bu zaman həmin şəxslər təpiklə bədənindən vurmaqla pulların yerini deməsini is təyərkən onlara «adamın Allahı olar, məni niyə öldürürsüz, pulların yerini soruşursuz, pullar yatdığım divanda döşəyin arasındadır» demişdir. Pulların yerini dedikdən sonra həmin şəxslərdən biri pulu götürərək qalan pulların yerini də deməsini ondan tələb etmiş və onu vurduqda “onlara imkan verin xəstə adamam yerdən qalxıb divanda oturum söhbət edək” demişdir. Bundan sonra həmin şəxslər onu yerdən qaldıraraq divanın üstündə otuzdurmuşlar. Divanda otuzdurduqdan sonra başqa yerdə pulunun olmadığını bildirdikdə, onlardan birisi tutduğu tapançaya oxşar əşyanı ona doğru tuşlayaraq “pulun yerini deməsə onu öldürəcəyini” söylədikdə, o cavabında “öldürsən də öldürməsən də olan pulumu götürmüsüz, mənim başqa pulum yoxdur” demişdir. Həmin vaxt onu buraxıb bir-bir növbə ilə vaqonun pəncərəsi tərəfə keçərək yoxa çıxmışlar. Həmin şəxslər onun qaldığı vaqon evdən çıxdıqlarında onlardan birisinin əlində ağ rəngli polietilen torba görmüşdür. Onların getdiklərini başa düşərək qalxıb işıqları yandırıb digər otaqlara keçdikdə həmin şəxslərin getməzdən qabaq evdəki seyfi açaraq axtarıb dağıtmalarını, bütün otaqları darmadağın etmələrini, evə vaqonun plastik pəncərəsini açmaqla daxil olub və oradan çıxıb getmələrini, həmçinin vaqon evdə saxladığı ona məxsus 02 (iki) ədəd ov tüfənglərini polietilen torbaya yığaraq aparmalarını bilmişdir. Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, qaldığı vaqon evdə ona hücum etmiş şəxslər ona qarşı fiziki zor işlədərkən gözlə görünən xəsarət yetirməmişlər. Buna baxmayaraq o həmin şəxsləri bağışlamış, onlarla barışmış və hazırda onlardan şikayətçi deyildir. O özü həmin şəxslərə vurmamış və xəsarət yetirməmişdir. Həmçinin Zərərçəkmiş şəxs8 bildirmişdir ki, ona hücum etmiş şəxslər maskalanmamışdır, onların ikisini də üzdən görmüşdür. Onlardan biri sarışın bəstə boylu, digəri isə qaraşın hündürboylu idi. Sonuncu onu həm yıxıb təpikləmiş, həm də başına dəmir linglə vurub boğazına kəndir atıb boğmaq istəmişdir. Bəstə boylu şəxs isə onu yerə yıxıb təpikləməklə yanaşı, üstünə “odeyal” atdığını, hətta tapançaya oxşar əşya çıxarıb hədələmişdir. O, təsərüfatdakı heyvanları yırtıcıların hücumundan qorumaq məqsədilə 22 dekabr 2003-cü ildə 01 (bir) ədəd İJ-43 modelli 12 kalibrli qoşalülə və 1 (bir) ədəd TS-870 Ortsan modelli, təklülə, 16 kalibrli ov tüfəngləri əvvəllər Bakı şəhərində keçmiş “Qələbə” kino-teatrı yanında ovçuluq mağazasından almışdır. Onun həmin tüfəngləri üstündə gəzdirmək üçün rəsmi icazəsi var idi. Bu barədə 22 dekabr 2003-cü ildə ona verilmiş şəhadətnamə var. Oğurlanana qədər həmin tüfənglər ikisi də yararlı olmuşlar. Məhkum Təqsirləndirilən şəxs, eləcə də digər məhkum X3 ibtidai araşdırma zamanı ifadələrində zərərçəkmiş X2 ifadəsində göstərdiyi hallara uyğun ifadələr vermişlər. Bundan başqa fotoşəkillərlə tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs8 ona təqdim olunmuş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs məxsus fotoşəkildə təsvir olunmuş şəxsi tanımış və həmin şəxsin 28 dekabr 2018-ci ildə gecə saat 02 radələrində onun Bakı şəhəri, Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi məktəb yolu döngəsində yaşadığı vaqon evə hücum etmiş iki şəxsdən biri olduğunu, onu yerə yıxıb təpiklədiyini, dəmi r linglə başına vurduğunu və kəndirlə onu boğmaq istədiyini bildirmişdi Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri, 232.2.1, 232.2.4-cü maddələri ilə bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarının ləğv ed ilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 232.2.1 və 232.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı məhkumun müdafiəçisi-vəkil İmanzadə Nicat Ramiz oğlu tərəfindən verilmi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar