Məhkəmə qərarları › İş №1(102)-235/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-235/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-235/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Məhku m Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)-1526/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Səfərov Rəşad Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 1(101)-999/2023 nömrəli hökmü (hakimlər C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.S.Hüseynov) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi və cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) v erilmiş apellyasiya şikayəti və apellyasiya protestini qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum CM-in 263-1.3-cü maddəsi ilə təyin edilmiş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 11 ay 2 8 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Rəşad Sahib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum ədalətsiz və ağır cəza təyin edilmişdir. Odur ki, barəsində təyin olunmuş cəza müddətini azaldaraq daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müz akirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, Müdafiəçisi Səfərov Rəşad Sahib oğlunun vermiş olduğu kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu ka ssasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli, 1(103)-1526/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar