Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-235/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxx 1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli 1(103)-1775/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Səfərov Vüsal Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(002)-22/2024 nömrəli hökmü ilə (hakim X3) Məhkum - Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 iyun 2024-cü il tarixdə n hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsindən həmin Məcəllənin 213-1.1-ci maddəsinə tövsif edilmiş, Məhkum təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2000 (iki min) manat cərimə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən, Məhkum 24 iyun 2024cü il tarixdən 6 avqust 2024-cü il tarixədək həbsdə o lduğu nəzərə alınmaqla ona təyin edilmiş cəza yüngülləşdirilərək 1000 (min) manat miqdarında cərimə cəzası müəyyən edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 213-1.2.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, Məhkum 23 may 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 ədədinin qiyməti 32 manat təşkil edən 2496 manat dəyərində 78 ədəd “Nemiroff Delikat” markalı və 1 ədədinin qiyməti 32 manat təşkil edən 64 manat dəyərində 2 ədəd “Nemiroff Wheat” markalı olmaqla ümumilikdə külli miqdarda 2560 manat də yərində araqları idarə etdiyi “Toyota Prius” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə yerləşdirib satış məqsədi ilə saxlamış və daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində avtomobil 23 may 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “20 yanvar dairəsi” adlanan yerdə saxlanılaraq Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu 57 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin gün saat 23 radələrində nəqliyyat vasitəsinin yük yerinə keçirilmiş baxış zamanı qeyd olunan alkoqollu içkilər aşkar edilərək götürülmüşdür. Kass asiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi olmadığı üçün barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, onu qanunsuz, əsassız və qeyrihumanistdir. Məhkum Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsi ilə ittiham olunmağına heç b ir hüquqi əsas yoxdur. Müdafiə tərəfi qeyd edir ki, Məhkum və iş üzrə şahidlərin ifadələrinə diqqət yetirilsə görünür ki, cinayət işi üzrə Məhkum məhkəmə iclasında ifadəsində özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqı zamanı özünün və şahidlərin ifadələrindən göründüyü kimi, 23 may 2023-cü il tarixdə idarə etdiyi “Toyota prius” markalı, 99BL360 dövlət qeydiyyat nişanlı minik avtomobilin yük yerinə yerləşdirdiyi alkoqollu içkiləri satış məqsədi ilə saxlamadığını, toyu olacağı üçün müxtəlif şəxslərdən ucuz qiymətə almış, lakin toyu baş tutmadığı üçün həmin günü avtomobilin yük hissəsinə yükləyərək rayona apararaq atasına vermək qərarına gəlmişdir. Həmçinin Məhkum ifadəsində üzərilərində aksiz markası olan 21 ədəd alkoqollu içkilərin nişanların həmin alkoqollu içkilərə aid olmadığını bilmə diyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Məhkum alkoqollu içkiləri satışı ilə məşğul olmasına dəlalət edən hər hansı sübutlarının olmadığını, ehtimallara əsasən Məhkum avtomobilinə baxış keçirtdiyi, üzərində aksiz markası olan 21 ədəd alkoqollu içkilərinin nişanlarının yalnız mütəxəssislər tərəfindən baxış keçirilərək onun həmin içkilərə aid olub-olmadığının mümkün olmasını müəyyən edildiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən üzərində aksiz markası olan alkoqollu içkilərin üzərinə necə və nə vaxt həmin aksizlərin yapışdırılması, "xxxx" MMC-ə məxsus içkiləri vurulmalı olan aksizlərin kimlər tərəfindən içkilərin üzərinə yapışdırılması araşdırılmadan məhkəmə qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. Belə ki, ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, 21 ədəd alkoqollu içkilərin üzərində aşkar edilmiş aksiz markaları "xxxx" MMC-ə məxsusdur. Bundan başqa məhkəmə istintaqı zamanı Məhkum ifadəsində 10-15 manata aldığını bildirsə də məhkəmə həmin hissədə sükütla keçmiş, ittihamın əsasını təşkil edən ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin ifadəsi arasında olan ziddiyyəti araşdırmamışdır. Həmçinin cinayət işi üzrə hazırlıq iclası zamanı Məhkum cəmi bir dəfə istintaqın sonunda iştirak etdiyini bildirmiş, bununla bağlı müvafiq sorğular verilmiş, anten məlumatları götürülmüş, anten məlumatlara əsasən Məhkum yalnız bir dəfə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əsasən Məhkum is tintaqın sonunda iki dəfə istintaq hərəkətlərində iştirak etdiyi görsənsə də məhkəmə müstəntiq tərəfindən yol verilmiş kobud prosessual qaydalara əhəmiyyət vermədən, ədalətsiz qərar qəbul edərək məhkəmə baxışına işi təyin edərək araşdırma aparmışdır. Araşdırmanın ilk günündən başlayaraq birinci instansiya məhkəməsi cinayət təqibi orqanından asılılıq və onlara təəssübkeşlik nümayiş etdirərək qarşı tərəfə nisbətdə müdafiəni əlverişsiz vəziyyətə salıb. Qaradağ rayon məhkəməsi məhkəmə baxışı zamanı işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi Məhkum alkoqollu içkiləri satış məqsədi ilə saxlamamışdir. Həmçinin alkoqollu içkilərin 21 ədədini əldə edən zaman üzərilərində aksiz markası olduğunu gördüyü üçün heç bir şübhəli hal olmadığından həmin alkoqollu içkiləri toyunda istifa də etmək üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum qeyd edilən alkoqollu içkilər aşkar edildikdən sonra istintaqla əməkdaşlıq etmiş, əldə etməsinə dair bütün məlumatları istintaq orqanına səmimi bildirmiş, istintaqdan yayınmamışdır. Məhkəmə ittiham hökmü çıxaran zaman Məhkum qarşı qərəzli yanaşmış onun əvvəllər məhkum olunmamasını, ali təhsilli olmasını, gələcəkdə dövlətə və vətəni üçün faydalı şəxs ola biləcəyini, törədilmiş əməl məhkəmə tərəfindən cinayət olması qənaətinə gəlinsə belə az əhəmiyyətli olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza vermə imkanı olduğu halda məhkəmə Məhkum 3 ay azadlıqdan məhrum etmə cəzası vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız cinayət məsuliyyətinə cəlb olunduğu qeyd edilir və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsinə görə “Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi n işanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməiki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şə xsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məh kəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, la kin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məh kəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apelyasiya instansi ya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəru ri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum özünü CM-in 213-1.1-ci maddəsi ilə təqsirli bilməsə də, onun həmin cinayəti törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlər Şahid1 və Şahid2 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “baxış keçirilməsi və götürülməyə dair” xx.xx.2023-cü il tarixli protokol, “videogörüntüyə baxış keçirilməsi haqqında” 22 avqust 2023- cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş CD disk, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/750 nömrəli sənədlərin məhkəmə-texniki ekspertizasının rəyi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 5/1257 nömrəli sənədlərin məhkəmə texniki ekspertizasının rəyi, habelə toplanmış digər sübu tlarla tam sübuta yetirilmişdir. Bununla əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkumun törətdiyi əməlin – aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməsi kimi qiymətləndirilməsinin əsassız olmasına dair kassasiya şikayətində əks edilmiş mövqe həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığın dan məhkuma bəraət verilə bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını onun cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisə ləndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 avqust 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-235/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-235/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver