Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2351/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli, 1(103)-120/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Hacılı Ramiz İmran oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Kərimov Seymur Aydın oğlu tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(101)-492/2024 nömrəli hökmü ilə (hakimlər S.İ.Əliyev (sədrlik edən), F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxx 1991-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, x kəndində yaşamış, hazırda cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 08 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, üzərində qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəz asını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmış, xx xxxx 1999-cu ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Hacıyeva Səbirə Sabir qızı, Məhkum müdafiəçisi Hacılı Ramiz İmran oğlu, məhkumlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən apellyasiya şi kayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarı ilə, (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cü hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hacılı Ramiz İmran və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Kərimov Seymur Aydın oğlu tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum müdafiəçisi Hacılı Ramiz İmran oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Kərimov Seymur Aydın oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə edilməsini kifayət qədər nəzərə alınmamış, ona ədalətsiz və ağır cəza təyin edilmişdir. Bu səbəbdən müdafiəçi apellyasiya instansiya məhkəməsinin qər arının dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 barəsində aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsindən, Məhkum isə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ayrı ayrılıqda ərizələr ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumların ərizələrinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, müda fiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məcəllənin 414.8-ci maddəsinin tələblərindən həmçinin görünür ki, kassasiya şikayətini və ya kassas iya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Kərimov Seymur Aydın oğlu və Məhkum müdafiəçisi Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumların ərizələri təmin edilməli, məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum ərizələri təmin edilsin. Təqsirləndirilən şəxs1 və Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli, 1(103)-120/2025 nömrəli qərarından müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2351/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2351/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver