Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2352/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tar ixli hökmündən apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi) 4 fevral 2025-ci il tarixli 1(006)-6/2025 nömrəli hökmü ilə xx.xx.1985-ci il tarixdə X rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, X rayonu, X kəndində qeydiyyatda olan, məhkum olunmamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, onun 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkəməyədək icraat dövründə tutulduğu ümumi 3 (üç) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 4 fevral 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaş ı, subay, orta təhsilli, işləməyən, xxx-də qeydiyyatda olan, məhkum olunmamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 7 (yeddi) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 4 fevral 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin həbs qətimkan tə dbiri ilə əvəz olunaraq dərhal məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18 (3.000 manata münasibətdə), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs1 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Məhkum1 və Məhkum2, Zərərçəkmiş şəxs17 münasibətdə törədilmiş dələduzluq əməlinə görə isə Məhkum1 qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilməsi, Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 8.000 manat, mənəvi zərər ə görə 500 manat pul və dövlət rüsumu ilə bağlı ödənilmiş 100 manat, cəmi 8.600 (səkkiz min altı yüz) manat pulun Məhkum2 tutularaq Zərərçəkmiş şəxs6 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 verdikləri mülki iddiaların baxılmamış saxlanılması və onlara həmin iddialarla mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı Abbasova Natavan Gülhüseyn qızı tərəfindən apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli 1(006)-6/2025 nömrəli (hakim: Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi) qərarı ilə a pellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan dövlət ittihamçısı Abbasova Natavan Gülhüseyn qızı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim: Məmmədov Əli İrfan oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət məhkəmə tərkibində) 10 iyul 2025-ci il tarixli 1(103)-1514/2025 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 10 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protesti ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli hökmündən apellyasiya protesti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil ş öbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət prosessual qanunvericiliyinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi prinsipi əsasınd a həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.21-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərərçəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, ittiham tərəfi, 7.0.28-ci maddəsinə görə isə şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi və mülki cavabdeh müdafiə tərəfi hesab olunur. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsində təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir. Müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya c inayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir. (Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsi). Qanunverici tərəfindən cinayət-mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir. İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır. Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan digər prinsiplər də (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, təqsirsizlik prezumpsiyası və s.) cinayət mühakimə icraatında tərəflərin və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquq və vəzifələrinin dolğun yerinə yetirilməsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 65-ci maddələrinə əsaslanan vacib prinsiplərdən biri də qeyd olunan Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunmasıdır. Həmin maddəyə görə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçılarının cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəs inə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Ümumiyyətlə prosessual müddətlər CPM-lə müəyyən edilmiş elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquqları və vəzifələri icra etməli, prosessual qərarlar qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya hərəkətlərin edilməsindən çəkinməlidir. Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatında müəyyən olunmuş müdd ətlərə əməl edilməsi böyük əhəmiyyət kəsb edir və cinayət prosessual qanunvericiliyinin qarşısında duran vəzifələrin yerinə yetirilməsinin zəruri şərti, mühüm keyfiyyət xüsusiyyəti kimi çıxış edir. Cinayət-prosessual qanunvericiliyi həmçinin CPM-lə ilə müəyyən edilmiş müddətlərin buraxıldığı halda həmin müddətlərin bərpası qaydalarını da tənzim edir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd edilən maddəyə apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda apellyasi ya protesti verməyə hüquqi olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıra bilərlər. Apellyasiya şikayətin və ya apellyasiya protestinin vaxtında verilməməsinin üzrlü səbəbləri şikayət və ya protest verməyə mane olan xəstəlik, hökm və ya başqa məhkəmə aktının mahiyyətinin, şikayət vermə müddətinin vaxtında və düzgün izah edilməməsi, şikayət və ya protestin verilməsinə mane olan fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər halların olması, şikayət və ya protest vermək hüquqi olan şəxsin məcburiyyət altında şikayət və ya protest verə bilməməsi və s. İş materialında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü 4 fevral 2025-ci il tarixdə çıxarılmış l akin, dövlət ittihamçısı məhkəmənin hökmündən yalnız 8 may 2025-ci il tarixdə, yəni təqribən 3 (üç) ay müddət keçdikdən sonra apellyasiya protesti vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 1(006)-6/2025 nömrəli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Həmçinin, iş materiallarından görünür ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya protesti verilməsi müddətini buraxmaqla apellyasiya protesti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, bi rinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Abbasova Natavan Gülhüseyn qızının iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya protesti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya protesti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq ha qqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli hökmündən apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyul 2025-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2352/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2352/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver