Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2353/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1998-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 10 radələrində əvvəllər tanımadığı, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs1 məx sus Bakı şəhəri Xətai rayonu Kənd Əhmədli qəsəbəsi 5 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin yerləşdiyi həyətə dəmir giriş qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq həyətdə saxlanılan sonuncuya məxsus 01 ədəd 2020-ci il buraxılışlı 49 sm3 “MOON ZX 50 QT-30” markalı 2300 manat dəyərində göy rəngli mopedi gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 2300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 19 mart 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Səbail rayonu Ş.Allahverdiyev küçəsi 2 saylı evin qarşısında saxladılmış əvvəllər tanımadığı, Goranboy rayon sakini Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 2020-ci il buraxılışlı 150 sm3 "Tufan Sl 5o Motosikl” markalı 99 C 821 dövlət qeydiyyat nişanlı 3.000 manat dəyərində parlaq göy rəngli motosiklı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
4. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 26 mart 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar yolu 150 "A” saylı evin qarşısında saxladılmış əvvəllər tanımadığı, Neftçala şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 2022-ci il buraxılışlı 49 sm3 "Ckytep Kuba X-Boss Black” markalı 2400 manat dəyərində qara rəngli mopedi gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 2400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
5. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli ola raq talamaqla ələ keçirmək məqsədi ilə 01 aprel 2022-ci il tarixdə saat 23 radələrində xalası Zərərçəkmiş şəxs2 məxsus Masallı rayonu Qızılağac kəndində yerləşən fərdi yaşayış evinə taxta pəncərinin şüşəsinin çıxartması üsulu ilə qanunsuz olaraq daxil olub ümumi zalda olan 1 ədəd 2010-cu il buraxılışlı Almaniya istehsallı "Geepas” firmasına məxsus işlək vəziyyətdə olan 350 manat dəyərində ağ rəngli elektrik ətçəkən maşını; 1 ədəd Rusiya istehsallı mis materialından zavod üsulu ilə hazırlanmış istifadəyə tam yararlı 10 litr su tutumu olan 320 manat dəyərində kömür samovarı; 1 ədəd Rusiya istehsallı latun materialından hazırlanmış istifadəyə tam yararlı 10 litr su tutumu olan 300 manat dəyərində elektrik samovarı; 1 ədəd 2002-ci il buraxılışlı Rusiya istehsallı "Vertical” firmasına məxsus ya rımavtomat rejimdə işləyən 7 kiloqram paltar çəki tutumunda işlək vəziyyətdə olan 120 manat dəyərində ağ rəngli paltaryuyan maşını və 1 ədəd Çin istehsallı "Philips” firmasına məxsus işlək vəziyyətdə olan 1800 Vt istehlak gücündə 300 manat dəyərində qara rəngli tozsoranı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 1390 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
6. Bundan əlavə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Masallı rayonu Qızılağac kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi-1,504 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür.
7. Masallı Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 1(050)-243/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X3) Məhkum Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası C inayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək, 07 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək və 17 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək olan saxlanıldığı 6 gün müddətin ona təyin olunmuş azadlıqdan mərhumetmə cəzasına daxil edilməsi və üzərində 02 (iki) il, 05 (beş) ay, 24 (iyirmi dörd) gün müddətə azadlıqdan mərhumetmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 19 sentyabr 2022ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
8. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2 2 noyabr 2022-ci il tarixli 1(050)-243/2022 saylı hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın 2 (iki) ilə qədər azaldılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətə azadıqdan məhrum etmə cəzasının ona halhazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə ediməklə üzərində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə qəti cəzası saxlanılması, hökmün apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılması qərar a alınmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
11. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (narkotik vasitə istifadəçisi olmaması, ata anasının yaşlı və xəstə olması, evli olmaqla, 1 azyaşlı övladı olması, zərərçəkənin şikayətçi olmaması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarını n dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
13. Qərardan kassasiya protest verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiya sı məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etm əyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Məhkum kassasiya şikayətində tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (narkotik vasitə istifadəçisi olmaması, ata anasının yaşlı və xəstə olması, evli olmaqla, 1 azyaşlı övladı olması, zərərçəkənin şikayətçi olmaması) halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olu nmuş halla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
22. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
24. Cəzanı y üngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
25. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
26. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədal ətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
27. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanı n digər məqsədlərini təmin edə bilsin.
28. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
29. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi qismən razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təyin edilmiş cəzanı 2 (iki) ilə qədər azaltmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 ay müddətə azadıqdan məhrum etmə cəzasını ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və177.2.3-cü maddələri ilə təyin etdiyi 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etməklə üzərində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə qəti cəzası saxlamışdır.
30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən onun törətdiyi oğurluq cinayətinin törədilməsinin üsulunu, intensivliyini, onun qəsdinin predmetinin eyni növdən olan əmlakların olmasını və 3 epizodda olmaqla onun bu əməli törətməsinin bir növ vərdişə çevrilmiş olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növdə cəza təyin edilməsi ilə apellyasiya şikayətinin təmin edilməsini məqsədə uy ğun hesab etməmiş, bununla belə məhkəmə kollegiyası apellyasiya şkayətinin təyin edilmiş cəzaların ağır olması barədə dəlillərini qismən əsaslı hesab edərək apellyasiya şikayətinin məhkum edilmiş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azaldılması ilə qismən təmin edilməli olduğunu hesab etmişdir.
31. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə qismən razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayət inin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hall arla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
34. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas ların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(106)-163/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.