Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2353/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli, 1(106)-565/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Müşfiq Məmmədov (sədrlik edən), Neymət Məmmədov və Cavid Səfərli) 02 noyabr 2023-cü il tarixli 1(099)-529/2023 nömrəli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötüdüyü üçün onun bərpa edilməsi barədə məhkəməyə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim X2) 11 mart 2024-cü il tarixli 1(099)-529/2023 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti vermə müddət inin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Habil Bəhmənov) 27 iyun 2024-cü il tarixli, 1(106)-565/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2024-cü il tarixli 1(099)529/2023 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli, 1(106)-565/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələrinin qərarlarını qanunsuz, əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, onun birinci instansiya məhkəməsi hökmündən vermiş olduğu apellyasiya şikayətini qanunvericilikdə göstərilən müddətdə verə bilməməyi həm hüquqi savadının olmaması, həm də ondan asılı olmayan digər səbəb olmuşdur. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli hökmünün surəti ona həmin vaxt saxlanıldığı Bakı İstintaq Təcridxanasında 27 noyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Lakin 12 dekabr 2023-cü il tarixdən etibarən səhhətində yaranmış ciddi problemlər ilə bağlı olaraq Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinə keçirilərək 2024-cü ilin mart ayına qədər müalicə almaq məcburiyyətində olmuşdur. Başından aldığı travma, bağırsaq qanaxması və ayaqlarında yaranmış şiş səbəbi ilə ba ğlı apellyasiya şikayətini qanunvericiliyə uyğun müddət ərzində vermək imkanı olmamışdır. Üstəlik də birinci instansiya məhkəməsi zamanı hüquqlarını müdafiə edən vəkil ilə sonradan heç bir əlaqəsi olmamışdır. Həmin vəkil də dövlət tərəfindən təyin edilmişdir. Onun 12 dekabr 2023-cü il tarixdən başlayaraq təcridxananın Tibbi Sanitar Hissəsində müalicə almağı və həmin müalicə müddəti ərzində apellyasiya şikayətini vermək iqtidarında olmadığını müəyyən etmək üçün bununla bağlı Bakı İstintaq Təcridxanasına sorğu göndərmək kifayət edər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tə rəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 1(099)-529/2023 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 1(099)-529/2023 nömrəli hökmünün surəti 27 noyabr 2023-cü il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, Məhkum hökmün surəti 27 noyabr 2023-cü il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 27 noyabr 2023-cü il tarixdən başlamış və 17 dekabr 2023-cü il tarixdə başa çatmışdır. Beləliklə, müəyyən olunur ki, məhkum tərəfindən apellyasiya şikayəti 17 dekabr 2023-cü il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən 3 ay sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunmuş 25 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlandığı müddətdə Məhkum səhətində hər-hansı kəskin hal müşahidə olunmamış, tibbi-sanitar hissəsində və Penitensiar Xidmətin Mualicə Müəssisəsində stasionar mual icədə olmamışdır. Göründüyü kimi, Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair kassasiya şikayətində göstərilən dəlilləri təsdiq olunmur və əsassız hesab olunur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli 1(099)-529/2023 nömrəli hökmündən qanunda nə zərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmə dən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(106)-565/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2353/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2353/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver