Məhkəmə qərarları › İş №1(102)-2354/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2354/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2354/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22 1.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 1(042)-30/2022 nömrəli (sədrlik edən Kazımov Marif Sabir oğlu) hökmü ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, xxx-də mühafizə departamentində atıcı vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, 2-ci döngə ünvanında qeydiyyatsız olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından 15 faiz döv lət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, onun 9 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu iki gün müddət islah işləri cəzasının üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasının təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin qazancından tutmalar aparıldığı vaxtdan hesablanması, barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfi ndən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Verdiyev Mövlanverdi Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli 1(104)-148/2023 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya protesti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsə təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, hökm ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təyin edilmiş qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, 9 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bili nib məhkum edilmişdir, ona görə ki, o, 14 yanvar 2020-ci il tarixdə saat 15:30 dəqiqədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı vəzifəsində işləyən baş çavuş Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, həmkəndlisi Şahid8 hansı səbəbə görə hərbi xidmətə aparılmadığını və sonuncu 2020-ci ilin yanvar ayı ərzində həqiqi hərbi xidmətə aparılmayacağı təqdirdə 9 ay müddətində həqiqi hərbi xidmətə aparılmadığına görə kompensasiya alacağını bildirib heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, özü, habelə ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nalayiq ifadələr işlədərək ona izah verən Zərərçəkmiş şəxs2 xidməti geyim formasından, yəni yun poluver və paqonundan tutub dartaraq, poluverin sol çiyin nahiyəsinin sökülməsi və paqon bərkidilməsi üçün nəzərdə tutulmuş düymənin qoparılması ilə nəticələnən 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dəyərində özgə əmlakını zədələməklə öz xuliqanlıq hərəkətlərini davam etdirən zaman yaranmış səs-küyə oraya gəlmiş həmin şöbədə Səfərbərlik Hazırlığının Səfərbərlik Bölməsinin zabiti vəzifəsində işləyən baş leytenant Zərərçəkmiş şəxs1, yəni ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib əli ilə sonuncunu itələyib yerə yıxaraq ona başın şişkinliyi və qançır ı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə 35-40 dəqiqə ərzində şöbənin iş rejiminin pozulmasına səbəb olan və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, hadisədən və bu hadisədə özünü zərərçəkmiş kimi təqdim edən X da ifadəsində qeyd edir ki, o X-a ilkin söhbətindən narazı qalaraq şöbənin rəisinə müraciət etmək üçün sonuncunun otağına getmişdir. Bu hərəkətin artıq şəxsin nizam-intizamlı olduğunu göstərir. Yəni, o özü ilə kobud danışan şöbənin çavuşundan narazı qalaraq şöbənin rəisinə müraciət edir. Narazılığını yazılı və ya şifahi formada orqanın yuxarı instansiyasına bildirmək qanuni və ədəbli hərəkətdir, lakin buna qarşı çıxmaq qanunsuz hərəkətdir, özbaşınalıqdır. Məhkəmə isə bu nizam intizamlı davranışı hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq kimi qiymətləndirmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilərək, cinayət işinin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum verdiyi kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı maddələrində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 14 iyul 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş mater ialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşı sını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutula n mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox ins anın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, İrlandiya Birləşmiş Krallığa qarşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutlar ı qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istin taqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qeyd olunanlara əsasən, kassasiya şi kayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə xuliqanlıq hərəkətlərini törətməsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrin, ekspertiza rəylərin, istintaq hərəkətinin aparılmasına dair protokolların, 14 yanvar 2020-ci il tarixli aktın, Gədəbəy rayon Polis şöbəsinin 5 oktyabr 2020-ci il tarixli 198-16814-1120 nömrəli məktubun və işin digər halları ilə məhkəmədə tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, götürmə aparılması və baxış keçirilməsi haqqında 9 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd tünd yaşıl rəngdə, yun materialdan hazırlanmış jaketin sol çiyini üzərində rütbə birləşdirmək üçün nəzərdə tut ulan hissə qopmuş və həmin hissədə 12 sm ölçüdə tikişlər sökülmüşdür. Lakin təqdim olunan 1 ədəd rütbə üçün nəzərdə tutulan paqonun üzərində isə zədə yoxdur. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 14 yanvar 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində Məhkum ona qarşı zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri törədərkən sonuncu onun əynində olan jaketin üzərindəki paqonu dartıb sökməklə həmin jaketi zədələmişdir. Həmçinin məhkəmə tibbi ekspertizasının 16 yanvar 2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - başın şişkinliyi və qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 14 yanvar 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. O cümlədən, məhkəmə-trasoloji ekspertizasının 15 mart 2022-ci il tarixli 16/299 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, təqdim olunan zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş poluverin üzərində 2 ədəd “a”, “b” zədələri fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-sökülmə, qopma zədələridir. Bundan başqa, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi Şahid1, mayor Şahid2, baş-leytenantı Zərərçəkmiş şəxs1, gizir Şahid6, baş çavuş Zərərçəkmiş şəxs2, müfəttiş Şahid5 iştirakları ilə tərtib olunmuş 14 yanvar 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 15:30 radələrində çağırı şçı Şahid8 və yanında tanımadıqları şəxs, çağırışçı ilə heç bir qohumluq əlaqəsi və vəkillik etibarnaməsi olmayan X7 və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinə gələrək həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş məsul icraçısı baş çavuş Zərərçəkmiş şəxs2 müraciət etmiş və Zərərçəkmiş şəxs2 bu barədə bölmənin rəisinə məlumat vermişdir. Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, baş məsul icraçı, çağırışçı və yanında gələn vətəndaş şöbə rəisinin qəbuluna qalxmışdır. Bu zaman Məhkum şöbə rəisini və baş məsul icraçını təhqir etməyə başlamış və otaqdan çıxmışdır. Otaqdan çıxarkən şöbə rəisinin haqqında “sən kimsən”, “sənə kimliyimi göstərəcəm” ifadələrini işlətmiş, buna etiraz olaraq bölmə rəisi mayor Abbasov və baş çavuş Məhkum düzgün və nizam-intizamlı danışmağa dəvət etməsinə baxmayaraq, baş məsul icraçını çox nalayiq şəkildə söyüşlə təhqir etmiş, kişisənsə gecə mənimlə görüşməyənin demiş, pis söyüşlər işlətmiş, fiziki güc tətbiq edərək hərbi rütbəsini cırmış və bu səs küyə səbəb olmuşdur. Bu zaman baş leytenant Zərərçəkmiş şəxs1 Məhkum Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsində normal etik qaydalara əməl etməsini bildirsə də vətəndaş Məhkum baş leytenant Zərərçəkmiş şəxs1 üzərinə yeriyərək mübahisə etmiş, əli ilə itələməsi nəticəsində Zərərçəkmiş şəxs1 müvazinətini itirmiş, geriyə yıxılaraq başı yerə dəymiş və zədə almışdır. Bu hadisədən sonra Məhkum ərazini tərk etməsinə imkan verməyərək Gədəbəy RPŞ-nə məlumat verib sonuncunu polis nəfərlərinə təhvil vermişlər. Habelə, Gədəbəy rayon Polis şöbəsinin 5 oktyabr 2020-ci il tarixli 198-16814-1120 nömrəli məktubundan görünür ki, 14 yanvar 2020-ci il tarixdə saat 15:30 dəqiqədə Gədəbəy rayonu, Novo-Saratovka kənd sakini Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati binasında həqiqi hərbi xidmətə çağırışçı Şahid8 hərbi xidmətə göndərilməsi ilə əlaqədar olaraq əvvəlcə həmin şöbənin əməkdaşlarına hədə-qorxu gələrək inzibati binada normal etik davranış qaydalarına əməl etməsini bildirdikdə Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Gədəbəy rayon şöbəsinin sabiq baş məsul icraçısı baş çavuş Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söymüş, müqavimət göstərərək hərbi rütbəsin i cırmış, bu zaman ictimai qaydanın pozulmasının qarşısını alan baş leytenant Zərərçəkmiş şəxs1 müqavimət göstərərək sonuncunu itələyib yıxması nəticəsində Zərərçəkmiş şəxs1 baş nahiyəsi beton dayağa dəyərək ona başın şişkinliyi və qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli hərəkətlər - xuliqanlıq etmişdir. Cinayət işinin materiallarına nəzər yetirən kassasiya məhkəmə kollegiyası da belə nəticəyə gəlir ki, Məhkum zərər çəkmiş şəxsin onun üzərinə kobud sözlər işlətməklə hücum çəkməsi, sonra onun qaçmasının qarşısını alaraq sürüməklə məcbur növbətçi otağa aparıb şöbə əməkdaşları tərəfindən döyülməsi barədə bildirdikləri zərər çəkmiş şəxslərin ifadələri, həmin ifadələrə uyğunluq təşkil edən və bir-birini tamamlayan şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanılmış digər sübutlarla tam təkzib olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onl ar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun verdiyi kassasiya şikayətində iş üzrə yeni faktiki hallardan çıxış edərək ittiham olunduğu əməli törətməməsi səbəbindən barəsində olan apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmalı olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun kassasiya şikayətində (iş üzrə müəyyən olunmuş faktiki hallarından fərqli hallara istinad etməklə) kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmə ləri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə t utulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyiş dirilmədən saxlanılmalı, məhkumun verdiyi kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 14 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar