Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2356/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonu, X qeydiyyatda olmaqla yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli, 1(103)-248/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.Əliyev (sədrlik edən),hakimlər C.Hüseyn və E.İsmayılovdan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin digər məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum olunmuşdular. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmündən məhkumlar Təqsirləndirilən şəxs2 və Məhkum, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Cəfərov Səlahəddin İsmayıl oğlu, Zərərçəkmiş şəxs tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 02 dekabr 2019-cu tarixdən hesablansın ifadəsi 18 mart 2020-ci il tarixdən hesablansın ifadəsi ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli 18 mart 2020-ci il tarixdən hesablansın ifadəsi 02 dekabr 2019-cu tarixdən hesablansın ifadəsi ilə əvəz edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum 18 may 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti, o cümlədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Məmmədov, hakimlər: C.V.Hüseyn, E.H.Allahverdiyev), Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bər pa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2023-cü il tarixli il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ailəsində yaranmış sıxıntılar və atasının dünyasını dəyişməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış, elə bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin qərarından vaxtında kassasiya şikayətini verə bilməmişdir. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 08 iyun 2023-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 23 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayətinin veril məsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlar a xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsi zliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı apellyasiya şikayətinə məhkəmə baxışı i clasında bilavasitə iştirak etmiş Məhkum, onun müdafiəçisi Şahmarov Məzahir Turab oğlunun və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarın surəti isə Məhkum təqdim edilməsi üçün 23 aprel 2021-ci il tarixli 1 (103)-248/2021 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıi İstintaq Təcridxanasına göndərilmiş, Məhkum da 17 may 2021ci il tarixdə müvafiq qəbzə imza edərək rəsmi qaydada qərarın surətini almışdır. Belə olan halda kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı müdafiəçi üçün 23 aprel 2021-ci il tarixdən, məhkum üçün isə 17 may 2021-ci il tarixdən başlamış və şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 18 may 2022-ci il tarixdə başa çatmışdır. Öyrənilmiş cinayət işi m ateriallarında görünür ki, Məhkum tərəfindən tərtib olunmuş kassasiya şikayəti 18 may 2023-cü tarixdə imzalanmaqla 23 may 2023-cü tarixdə Bakı Apellyasiya Məhkəməsində qeydiyyatdan keçmişdir. Göründüyü kimi müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayətini 18 may 2022-ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 12 ay ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Kassasiya şikayətinin məzmununa görə, məhkum barəsindəki 23 aprel 2021-ci il tarixli qərardan kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə verməməsini xəstə olduğunu və bu səbəbdən kassasiya şikayətin ver ilmək imkanın olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəx si vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəf inin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Belə ki, məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətdə səhhətində ciddi problemlərə istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 aprel 2021-ci il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarında n kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Belə ki, Avropa Məhkəməsi Ryabıx Rusiyaya qarşı və Kot Rusiyaya qarşı işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti v ə məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayətinin veril məsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 08 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin məhkəmənin 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2356/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2356/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver