Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2357/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 21 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 avqust 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instan siya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxs və qeyriləri ilə istifadəsində olan “Samsung A5” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” vasitəsilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə 05 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün İran İslam Respublikası vətə ndaşı “Ramin” adlı şəxsin istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə külli miqdarda 01(bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığına qoydurması, həmin narkotik vasitə heroini götürdükdən sonra 3 hissəyə bölüb bildirəcəyi ünvanlara çatdırması və bunun müqabilində ona 800 manat pul göndərəcəyi barədə məlumat verməsi ilə bağlı razılığa gəldikdən sonra bu barədə tanışı X2 bildirmiş, sonuncu ilə həmin ünvana gedib təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroini qeyd olunan yerdən götürməsi, həmin narkotik vasitə heroini birlikdə 3 hissəyə bölüb İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxsin sonradan ona bildirəcəyi ünvanlara çatdıracaqları, bunun müqab ilində İran vətəndaşının ona göndərməli olan 800 manat puldan 500 manatının özünə, 300 manatının isə Rüstəm Qurbanova çatacağı ilə bağlı razılığa gəlib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin tarixdə, gecə saatlarında Rüstəm Qurbanovun sifariş etdiyi taksi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə birlikdə gedərək aralarında olan rol bölgüsünə əsasən Rüstəm Qurbanov avtomobildə gözləmiş, o isə İran İslam Respublikası vətəndaşı “Ramin” adlı şəxslə aralarında olan rol bölgüsünə əsasən razılaşdıqları kimi sonuncunun ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi fotoşəkil və ərazini işarəliyib göndərdiyi məkan əsasında həmin ərazini müəyyən edib 1 (bir) bükümdə, təmiz çəkisi 1.315,9 qram narkotik vasitə heroni Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yer ləşən “Bravo” marketin yaxınlığında qoyulduğu yerdən götürərək Rüstəm Qurbanovla 3 hissəyə bölüb “Ramin” adlı İran vətəndaşının bildirəcəyi yerlərə çatdırmaları məqsədi ilə üzərində daşımaqla saxlamış, 06 may 2022-ci il tarixdə, saat 00:15 radələrində Sumqayıt şəhər Polis idarəsinin Cinayət axtarış şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığında, küçədə saxlanılaraq Sumqayıt şəhər Polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən sağ əlində satış məqsədi ilə saxladığı, külli miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 13.15,9 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Sumqayıt Ağır Cina yətlər Məhkəməsinin 1(124)-76/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-76/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum barəsində seçilmiş cəza müddətinin ağır olmasını, ona ədalətsiz cəza təyin edildiyini iddia edib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarının qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Mə cəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instans iyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum ona ağır cəza təyin edildiyini iddia edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onlar ın hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddə sində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azər baycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alı nmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Şərh edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı cəza təyininə aid hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun olsa da, bununla belə məhkumun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də baxılan işdə məhkumun cəzasını yüngüll əşdirən halların olması və ağırlaşdıran halların olmaması halı məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.
23. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə Məhkum cəzasını yüngülləşdirən hallar olaraq onun müharibə veteranı olmaqla, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunması, cəzasını ağırlaşdıran halların olmaması müəyyən edilmişdir.
24. Habelə məhkəmə kollegiyası onu da qeyd edir ki, narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsi il ə müqayisədə sərt mövqedən çıxış edən aşağı instansiya məhkəmələri Məhkum təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan daha yuxarı həddə cəza seçmələrini hər hansı formada əsaslandırmamışlar.
25. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasın a və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).
26. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə g örə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).
27. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş cinayət əməlinin tö rədilməsi halları, 23-cü paraqrafda sadalanan və cəza təyininə təsir edən xüsusiyyətlər, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alındıqda, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı həmin hissədə dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılmalıdır.
28. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatm aq mümkündür.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-76/2024 n ömrəli, 23 may 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılsın və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-502/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.