Məhkəmə qərarları › İş №1(102)-2358/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2358/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2358/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Sarıyev Musa Kahov oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qarayev Malik İbrahim oğlu) Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Əsgəran rayonunun Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, Əsgəran rayonunun Kosalar kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşamış, CM-nin 234.2-ci mad dəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşıyaraq narkotik vasitəni satmışdır. Belə ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan 447,92 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 10 fevral 2022-ci il tarixdə saat 16:30 radələrində Qax rayonu, Ağyazı kəndində 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs 40 manata satmış, həmçinin 11 fevral 2022-ci il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, Qax rayonu, Ağyazı kəndi ərazisində yerləşən körpünün altında gizlətdiyi 3 ədəd kibrit qutusunda hər birində 3,29 qram, 5,85 qram, 2,82 qram olan və 01 ədəd sellofan torbada 430 qram ümumilikdə, 441,96 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə qurud ulmuş marixuana baxış zamanı aşkar edilərək götürülmüşdür. Hökmdən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs, habelə Məhkum müdafiəçisi Muradlı Yeganə Rafail qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməs ini, müdafiəçisi M.K.Sarıyev isə kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: İşin faktiki hallarına, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində qəbul edilən qərarlar saxta sənədlərə əsaslanmışdır. Belə ki, 10 fevral 2022-ci il tarixdə Qax rayonu Qipçax kəndində kafedə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq axtarışda olduğunu demiş və üzərinə baxış keçirmişlər. Üzərindən heç nə çıxmasına baxmayaraq onu polis şöbəsinə apararaq Təqsirləndirilən şəxs adlı şəxsə 40 manat müqabilində narkotik vasitə satması barədə əvvəlcədən hazırladı qları sənədlərə işgəncə verməklə və ona qarşı alçaldıcı hərəkətlər etməklə imzalamağa məcbur etmişlər. Eyni zamanda onu məhkəmədə bu barədə danışacağı təqdirdə evindən də narkotik vasitə və silah çıxacağı, bunu videolentə alacaqları ilə hədələmişlər. Birinci instansiya məhkəməsində həqiqəti söyləsə də, onun dedikləri, həmçinin Təqsirləndirilən şəxs adlı şəxsin onu tanımadığı və istintaq zamanı guya ondan narkotik vasitə alması barədə ifadəni təzyiq altında imzalaması barədə şahid ifadəsi də nəzərə alınmamışdır. Məhkəmə iclasında verdiyi vəsatətlərin əksəriyyəti təmin edilməmiş, təkrar həkim müayinəsindən keçməsinin nəticəsi olaraq əvvəlki ekspertiza rəyinin əksi olan rəy verilmişdir. Apellyasiya instansiya məhkəməsi də heç bir istintaq aparmadan barəsində çıxarılan hökmü qüvvədə saxlamış dır. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi M.K.Sarıyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi üzrə sübutlar düzgün qiymənləndirilməmiş, məhkumun əməlinin tövsifində səhvə yol verilmiş və son nəticədə o, əsassız olaraq uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayə t işinin materiallarından göründüyü kimi, Məhkum CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərində qurulmuşdur. Cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut ibtidai araşdırma zamanı əldə olunmamış və məhkəmə iclasında da araşdırılmamışdır. Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ona qarşı zor tətbiq edilərək ondan etirafedici ifadələr alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş amb ulator məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 1493 saylı rəyindən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal-hazırda narkotik absitensiya əlamətləri (narkotik aclığı) olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə istintaq dövründə töplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən, Məhkum digər Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 16:30 radələrində Qax rayonu, Ağyazı kəndində 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı satması, həmçinin Məhkum üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda hər birində 3,29 qram, 5,85 qram, 2,82 qram olan və 01 ədəd sellofan torbada 430 qram ümumilikdə, 441,96 qram çətənə bitkisində küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhz satış məqsədi ilə əldə edib, saxlayaraq daşıması öz təsdiqini tapmamışdır. Lakin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 349-cu maddəsinin tələblərini kobud surətdə pozaraq sübutları CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada qiymətləndirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmayan ehtimal və mülahizələrinə əsaslanaraq Məhkum barəsindəki qanunsuz və əsassız ittiham hökmünü qüvvəsində saxlamışdır. Halbuki, məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmuyuna əsasən, hüquqlarını müdafiə etdiyi Məhkum istinad edilən cinayətin törədilməsində təqsiri müəyyən edilmə diyi üçün barəsində ittiham hökmü çıxarıla bilməzdi. Qeyd olunanlara əsaslanaraq müdafiəçi M.K.Sarıyev kassasiya şikayətinin təmin edilərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi M.K.Sarıyev naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçi M.K.S arıyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar X idmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 28 avqust 2023-cü il tarixli 3-16-17/31/2-3375/2023 saylı müşaiyətedici məktubla Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmiş və həmin şikayətlərə baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protest inə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin tələbinə görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçi M.K.Sarıyev tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərar ından Məhkum və onun müdafiəçi M.K.Sarıyev tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın və həmin kassasiya şikayətləri üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar