Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2358/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri il ə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli, 1(104)-263/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müşviq Mehdiyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Abdulla Məmmədovdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli 1(100)171/2024 saylı hökmü ilə xx.xx.2004-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Tərtər şəhəri, Mübariz Kərimov küçəsində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.1, 126.2.2, 126.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 3 iyun tarixli, 1(104)-263/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin x x.xx.2024-cü il tarixli 1(100)- 171/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum iki və ya daha çox şəxsə qarşı, ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməllərini törətmişdir. Belə ki, o, 10 may 2023-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən ictimai yer hesab edilən «Aristokrat» adlı kafenin qarşısında sərxoş halda Şahid1 həmin gün saat təxminən 21 radələrində Tərtər şəhəri, H.Əliyev prospektində ünvanına «72-lərə eşq olsun» nalayiq sözlər deməsinə görə ona irad bildirməsini bəhanə edib kafedə olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyət normalarına qarşı saymamazlıq göstərməklə, həmçinin vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək kafenin iş fəaliyyətini və kafedə olan şəxslərin istirahət hüququnu pozub üzərində əvvəlcədən gətirdiyi silah qismində istifadə etdiyi istintaq tərəfindən növü və təyinatı müəyyən edilməmiş cib bıçağı ilə Şahid1 ilə onun arasında baş verən dava-dalaşın qarşısını ictimai borcunu yerinə yetirərək almaq istəyən Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, həmçinin ictimai borcunu yerinə yetirərək Şahid1 ilə onun arasında baş verən dava-dalaşın qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən bıçaqla vuraraq ona döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlü kəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏŞİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müşviq Mehdiyev kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, baş vermiş hadisə məhz təqsirləndirilən şəxsin ehtiyatsızlığı ucbatından baş vermişdir. Hadisənin baş verməsinə səbəbkar təqsirləndirilən şəxs deyil Kamal adlı şəxs olmuşdur. Belə ki, o təqsirləndirilən şəxsi çağırıb bayıra aparmış və bu zaman onu vuraraq yerə yıxmışdır. T.Yusibovun həmin vaxt etdiyi hərəkət ictimai qaydanı pozan şəxsə qarşı olmuşdur. Məhkumun müdafiəçisi məhkumun şəxsiyyətini xarakterizə edərək bildirmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkumla barışdıqla rını, məhkuma qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını, apellyasiya şikayətlərinin təmin edilməsinə etiraz etmədiklərini məhkəmədə bildirdirmişlər. Tamerlan Yusibov yaşayış yeri üzrə müsbət xarakterizə olunur, həmçinin uşaqlıqdan psixi sarsıntılar keçirmiş və uzun illərdir psixiatrik dispanserlərdə müayinə və müalicə kursu keçmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(104)-263/2024 saylı qərarını dəyişdirməklə Məhkum əməlinin CM-in 126.2.1, 126.2.2, 126.2.4-ci maddələrindən CM-in 131.2-ci maddəsinə tövsif edilməklə ona yüngül cəza təyin edilməsi, əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından qərarın həmin hissədə ləğv edilməklə barəsində bəraət hökmü çıxarılmasına dair qərar qəbul edilməs ini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasi ya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının bir hissədə dəyişdirilməsi, bir hissədə də ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15 -ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tə ləbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirm ək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessua l qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdaiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək m əhkuma CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsini, əməlinin CM-in 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 131.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri tam, hərtərəfli və obyektiv formada araşdırılaraq qanuni və əsaslı münasibət bildirilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə tam razılaşaraq, həmin əsaslandırmanı təkrarlamadan qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bütün dəlillərinə və qarşıya qoyduğu suallara dəqiqliklə münasib ət bildirilmiş, cavablar verilmiş, inandırıcı sübutlardan istifadə edilməklə müdafiə tərəfinin dəlilləri təkzib edilmişdir. Kasssaiya instansiyası məhkəməsi də məhkumun əməlinin hüquqi tövsifi ilə razılaşır və həmin tövsifi qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək hesab edir ki, təyin edilmiş cəza həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx. 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Mehdiyev Müşviq Mürşüd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-171/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 iyun tarixli, 1(104)-263/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Mehdiyev Müşviq Mürşüd oğlunun kassasiya şikayətinə münasibətdə də
Məhkəmə qərarları › İş №1(102)-2358/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2358/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver